KÖHNƏ VERSİYA            

Qərbin Ermənistan siyasəti Kremli hövsələdən çıxardı...

Image

Bu gün Qərb ölkələri tərəfindən Emənistanın aktiv şəkildə silahlandırılması həyata keçirilir. Amma bu hal Ermənistanı getdikcə daha təhlükəli vəziyyətə salmaqdadır. Ən azından, Rusiyanın olaylara reaksiyası erməni tərəfi üçün müsbət heç nə vəd etmir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıq mətnlə bildirir ki, ABŞ və Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir və Ermənistan bu məsələdə alət rolunu oynayır.

Onun sözlərinə görə, ABŞ və kollektiv Qərb yalnız münaqişələri alovlandırmağı bacarır: “Onlar ölkələri barışdırmağı, münaqişələri nizamlamağı, qan tökülməsini dayandırmağı bilmirlər. Aprelin 5-də Brüsseldə keçirilən görüş zamanı Ermənistana “Building Armenia's Defense and Security Resilience” adlı planın (Rusiya hərbi bazasının və rusiyalı sərhədçilərin ABŞ-Aİ-NATO qüvvələri ilə əvəz edilməsini, onların Ermənistan sərhədində Azərbaycan və İrana qarşı təxribat işlərini genişləndirmələrinin, həmçinin “Metsamor” atom elektrik stansiyasının sökülməsi yolu ilə Ermənistanın mühüm infrastrukturunun və enerji sisteminin yenidən istiqamətləndirilməsini özündə ehtiva edir) zorla qəbul etdirilməsi üzə çıxarsa, təəccüblənməyəcəyik. Rusiya hərbi bazasının və rus sərhədçilərinin ABŞ-Aİ-NATO mütəxəssisləri ilə əvəzlənməsi, amerikalıların və Aİ-nin Ermənistan sərhədində Azərbaycan və İrana qarşı təxribat fəaliyyətinin genişləndirilməsi, eləcə də Ermənistanın mühüm infrastrukturunun və enerji sisteminin istiqamətinin dəyişdirilməsinin nəzərdə tutulduğu aydın olsa, bu təsdiqini tapacaq. Həqiqətən də ABŞ nümayəndələri və Avropa İttifaqı bu ideyaları İrəvana fəal şəkildə aşılayıblar”. Zaxarova qeyd edib ki, Vaşinqton və Brüssel Ermənistanla Rusiya arasında həm təhlükəsizlik, həm də iqtisadiyyat sahəsində bütün əlaqələri məhv etməyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqına əsaslanan regional təhlükəsizlik və iqtisadi tərəfdaşlıq mexanizmlərini zəiflətməyi qarşılarına məqsəd qoyublar: “Qərb ölkələri Cənubi Qafqazda sülh haqqında nə qədər xoş sözlər desələr də, Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə kimi ən yaxın qonşuları bir-birinə qarşı qoymağa can atırlar”. Bundan əvvəl də Moskva İrəvanı Qərbin onu aldatmasına və Ermənistanı yanlış yola salmasına imkan verməməyə çağırıb.  Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan-ABŞ-Aİ formatında yüksək səviyyəli görüşlə bağlı bəyanatında bu xüsusda deyilirdi: “İrəvan rəhbərliyini Qərbin özünü aldatmasına və ölkəni təhlükəsizlik boşluğunun yaranması, iqtisadiyyatda ciddi problemlər və əhalinin xaricə axını ilə dolu olan yanlış yola yönəltməsinə imkan verməməyə çağırırıq”. Bəyanatda qeyd edilirdi ki, Rusiya Ermənistan-ABŞ-Aİ görüşünü Qərbin Cənubi Qafqazı geosiyasi qarşıdurmaya sürükləmək üçün növbəti cəhdi kimi qiymətləndirir. Regiondankənar qüvvələrin Cənubi Qafqazın işlərinə dağıdıcı müdaxiləsi ən mənfi nəticələrlə sonlana bilər. Qərb Ermənistanı Cənubi Qafqazda son dərəcə təhlükəli planlarını həyata keçirmək üçün alətə çevirmək istəyir: “Bizə məlumdur ki, Vaşinqton və Brüssel müvəqqəti vədlər altında Ermənistanın KTMT və Avrasiya İqtisadi Birliyindən çıxmasına, Rusiya hərbi bazası və sərhədçilərinin çıxarılmasına can atırlar”. Rusiyanın narahatlığı əbəs deyil. Məsələ burasındadır ki, Qərb Ermənistanı anti-Rusiya plasdarmına çevirmək istiqamətində səylərini davam etdirməkdədir. Bundan başqa, yenə Qərb Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına deyil, regionda yeni gərginlik ocağı yaratmağa can atır. İrəvan, Kremlin hədə və narazılıqlarına baxmayaraq, aktiv şəkildə təhlükəli planın reallaşmasında mühüm rol oynayır. “Zvartnots” aeroportundan Rusiya hərbçilərinin çıxarılması, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətinin dondurulması, 102 saylı Rusiya hərbi bazasının vaxtından əvvəl ölkədən çıxarılması cəhdləri, eləcə də Metsamor AES-in bağlanıb, əvəzində Qərb stansiyalarının gündəmə gətirilməsi də planın tərkib hissəsidir.

Baş verənləri şərh edən Ermənistan parlamentinin “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan qeyd edir ki, Qərb baş nazir Nikol Paşinyanın əliilə ölkə ərazisində gərgin vəziyyət yaradır: “Nikol Paşinyan Rusiyanı günahlandırır, Rusiyanın Ermənistanda hakimiyyəti dəyişmək istədiyini deyir”. Onun sözlərinə görə, Paşinyan müxalifətdən uzaqlaşıb, sonra Rusiyanı, Qarabağdan könüllü köç etmiş şəxsləri günahlandırıb: “İkincisi, Qərb bu marionet hökumətdən istifadə edərək, Rusiyanın bu regionda təsirini azaltmaq kontekstində Ermənistanın anti-ruslaşmasına təkan verməyə çalışır. Onlar bu rola asanlıqla daxil oldular”. Rusiyanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə və Ermənistana vəd etdiyi silahları vermədiyinə toxunan Minasyan bildirib ki, bu problemi həll etməyin yolu getmək, Rusiya ilə oturub danışmaq, müzakirə etmək, almağı tələb etmək və ya heç olmasa alternativ həll yolu tapmaqdır, minnət qoymaq deyil. Rusiyalı politoloq Aleksandr Krılov isə baş verənlər fonunda bildirir: “Ermənistan rəhbərliyi bu istiqamətdə hərəkət etmək qərarına gəlsə və Qərb ölkələrinin təhlükəsizlik zəmanətlərinə üstünlük versə, Rusiya hərbi bazasının və sərhədçilərinin Ermənistandan çıxarılmasının başlayacağını istisna etmirəm”. O qeyd edib ki, göründüyü kimi, bu istiqamətdə fəal iş aparılır. Krılov bildirib ki, Ermənistan bəlkə də kollektiv Qərbdən istədiyi qədər deyil, amma təkcə Rusiyadan yox, digər ölkələrdən də təhlükəsizlik zəmanətləri almağa çalışır: “Əgər bu baş verərsə, Rusiyanın Ermənistandakı hərbi mövcudluğu, Ermənistan liderlərinin bəyan etdiyi kimi, lazımsız və hətta təhlükəsizliyə təhdid kimi görünə bilər. Əgər Rusiya qoşunları Ermənistandan çıxarılsa və Qərbin verdiyi təminatlar nəticə verməsə, bu, Azərbaycana azadlıq verəcək. Əgər bu zəmanətlər işləsə, ABŞ və müttəfiqləri yeni müharibə təhlükəsinin qarşısını almaq üçün təsir göstərə bilsələr, Ermənistan üçün heç bir təhlükə olmayacaq. Ancaq hər şey söz və düsturlarla məhdudlaşırsa, o zaman ən dramatik hadisələrin inkişafını güman etmək olar”. Bunlar fonunda Ermənistanın Rusiyadan iqtisadi asılılığını nəzərə alsaq, ilkin mərhələdə Moskva İrəvanı iqtisadi sanksiyalarla boğmağa çalışa bilər. Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasını həyəcan siqnalı ilə qaldırmasının isə İrəvana qarşı dramatik uğurlu cavab kimi nəzərdən keçirilməsi mümkündür. Hər halda, Ermənistanı olduqca narahat günlər gözləyir.

Nahid SALAYEV







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

İkibaşlı Rusiya-Ermənistan oyunu, Azərbaycanın "oyunu pozan 2 addımı" - Moskva və Qərb "erməni məsələsində" niyə bir yerdədir?.. - Aydın QULİYEV yazır…

Dollara böyük tələb yaranıb - manat üçün hələlik təhlükə yoxdur...

Vətəndaşların İnternetdən imtina etmək hüququ varmı? - Cərimə nə deməkdir?

SON XƏBƏRLƏR

15.09.2024 | 23:33
Trampa ikinci sui-qəsd cəhdi - Məxfi Xidmət hərəkətə keçdi, bir nəfər saxlandı...

15.09.2024 | 17:33
NATO-nun baş katibi yeni vəzifəyə təyin olundu...

15.09.2024 | 16:50
Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlum oldu

15.09.2024 | 15:19
İki seçki dairəsində 6 məntəqədə səsvermənin nəticələri etibarsız sayıldı

15.09.2024 | 15:08
Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimi keçirildi - FOTO

15.09.2024 | 14:08
Türkiyə şirkəti Bakıdakı “ADEX 2024” sərgisində yeni məhsullarını təqdim edəcək

15.09.2024 | 13:41
Türkiyənin kəşf edilməyən cənnətləri : Tarixi kəndlər

15.09.2024 | 13:38
Rusiya Qara və Aralıq dənizlərində raket gəmilərinin sayını artırdı - Ukrayna narahatdır...

15.09.2024 | 13:10
Qəbələdə 3 narkokuryer saxlandı

15.09.2024 | 12:44
QHT sədrləri şəhidlərin məlumatlarının Vikipediyadan silinməsinə etiraz etdi...

15.09.2024 | 12:33
Azadlığının, qurtuluşunun, istiqlalının ildönümü mübarək, BAKI!!!...

15.09.2024 | 12:10
"Formula 1" - komandaların əsas yarışları zamanı zəncirvari qəza baş verdi

15.09.2024 | 11:40
XİN Bakının azad edilməsi ilə bağlı paylaşım etdi

15.09.2024 | 11:18
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - YENİLƏNDİ

15.09.2024 | 11:17
Prezident İlham Əliyev nikaraqualı həmkarını təbrik etdi

15.09.2024 | 11:03
Prezident İlham Əliyev Formula 1-in prezidenti və baş icraçı direktorunu qəbul etdi - FOTO/YENİLƏNDİ

15.09.2024 | 10:23
Türkiyə XİN Azərbaycanı təbrik etdi

14.09.2024 | 23:11
Sahib Məmmıdov kadr islahatlarına başladı...

14.09.2024 | 23:04
İkibaşlı Rusiya-Ermənistan oyunu, Azərbaycanın "oyunu pozan 2 addımı" - Moskva və Qərb "erməni məsələsində" niyə bir yerdədir?.. - Aydın QULİYEV yazır…

14.09.2024 | 19:53
FHN-in avtomobili Ağdərədə qəzaya düşdü - ölən və yaralananlar var...

14.09.2024 | 18:30
Ərdoğanın "Krım bəyanatından" sonra Rusiya hərəkətə keçdi....

14.09.2024 | 18:05
Erməni iqtisadçı Türkiyə ilə sərhədin açılışında 2 böyük məqsəd görür....

14.09.2024 | 17:20
Formula 1-də sıralama turunun qalibi bəlli oldu

14.09.2024 | 17:00
Duma deputatı Rusiyanın gücünü göstərmək üçün nüvə sınaqlarının keçirilməsini təklif etdi

14.09.2024 | 16:32
Azərbaycanın COP29-un ev sahibi kimi kiçik ada dövlətlərinə dəstəyi yüksək qiymətləndirildi...

14.09.2024 | 15:27
Azərbaycanda yeni “5-ci kolon” hazırlanır...

14.09.2024 | 14:43
AŞPA-nın bu qərarınadək Azərbaycan qurumu tərk edəcək...

14.09.2024 | 14:06
Mərakeşdə ermənilərin təxribat cəhdi baş tutmadı - film nümayişi ləğv edildi...

14.09.2024 | 13:50
MN-dəki 143 milyonluq mənimsəmə işi - "Pulun 19 milyon 600 min manatını Nəcməddin Sadıqova verib"

14.09.2024 | 13:45
Baş nazir Əli Əsədov Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşdü

14.09.2024 | 13:14
Prezident İlham Əliyev Fatma Səttarovanın vəfatı ilə bağlı ailəsinə və yaxınlarına başsağlığı verib

14.09.2024 | 13:07
İlon Mask mühafizəsinə milyonlar xərcləyir - tualetə də cangüdənsiz getmir...

14.09.2024 | 12:48
Blinken Azərbaycan-Ermənistan danışıqlarında irəliləyişi alqışlayır...

14.09.2024 | 12:25
TƏBİB-in tabeliyindəki xəstəxanalarda elektron sistem çökdü, növbələr yarandı...

14.09.2024 | 11:30
DYP yeni tədris ilinin başlanması ilə bağlı sürücü və piyadalara müraciət etdi...

14.09.2024 | 11:08
COP29-da iştirakı planlaşdırılan bir qrup beynəlxalq təşkilatın nümayəndələri ilə görüş keçirildi

14.09.2024 | 10:06
Bərdə-Xankəndi avtobus reysi fəaliyyətə başlayıb

14.09.2024 | 10:00
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib - nazir açıqladı

14.09.2024 | 09:45
Prezident İlham Əliyev “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub - FOTO

14.09.2024 | 09:40
" Vikipediyada" şəhidlərimizə hörmətsizlik aktları cəzasız qala bilməz....

14.09.2024 | 09:35
Nikahdankənar uşaq doğumu kütləvi şəkildə artır...

14.09.2024 | 08:44
Sünnətdən daha vacib onkoloji xəstəlikləri tibbi sığortaya salmaq lazım idi...

13.09.2024 | 21:43
Türkiyənin Ermənistanla danışıqlar üzrə xüsusi nümayəndəsi Ceyhun Bayramovla görüşdü

13.09.2024 | 21:31
Birinci Azərbaycan-Rusiya maliyyə dialoqu keçirildi

13.09.2024 | 21:27
Dollara böyük tələb yaranıb - manat üçün hələlik təhlükə yoxdur...

13.09.2024 | 21:12
Ermənistan yola gəldi, İran yoldan çıxmır…

13.09.2024 | 21:10
COP29-un ilk rəsmi tərəfdaşları məlum oldu...

13.09.2024 | 20:57
Gürcüstanı devirirlər - hakimiyyət acığını müxalifətdən çıxır...

13.09.2024 | 20:43
Paşinyan milli təhlükəsizlik strategiyasını məxfi şəraitdə hazırlatdırır...

13.09.2024 | 20:30
NATO Ukraynaya girir - dünya məhv olmaq üzrədir...

13.09.2024 | 20:16
Vətəndaşların İnternetdən imtina etmək hüququ varmı? - Cərimə nə deməkdir?

13.09.2024 | 20:03
Azərbaycan Avropa Şurasından çıxır...

13.09.2024 | 19:49
Bina mənzillərində biznes ofislərinə qarşı narazılıqlar böyüyür...

13.09.2024 | 19:36
İlginc Türk-Rus müzakirələri - Ermənistan-Türkiyə sərhədi hələ açıla bilməz...

13.09.2024 | 19:22
Azərbaycan dili lüğəti ətrafında çəkişmələr səngimir - 2015-ci il nəşrində nə var?..

13.09.2024 | 19:09
Erməni nazir Azərbaycanla bağlı suala cavab verə bilmədi...

13.09.2024 | 18:55
Azərbaycanın əhali artımında unikal vəziyyət yaranıb...

13.09.2024 | 18:33
3 min şəhidimizə qarşı uğursuz qəsd - Dövri mətbuatın və Xatirə Kitabının cavabını verə biləcəksinizmi?

13.09.2024 | 18:25
MSK deputatlığa namizədlərin müraciətlərini araşdırdı – bir neçə məntəqədə nəticələr ləğv edildi

13.09.2024 | 18:19
“Formula 1”ə hazırlıq işlərinin mühüm hissəsi polisin üzərinə düşdü...

13.09.2024 | 18:05
Azərbaycana qarşı üçtərəfli İran-Ermənistan-Hindistan görüşü - təşkilatçı İrandır...

13.09.2024 | 17:48
Azərbaycanın ənənəvi müxalifət partiyalarından istefalar başladı - bu dəfə rəhbərlər gedir...

13.09.2024 | 17:35
Azərbaycana 1,2 milyon "sovet ermənisini" qaytarmaq iddiası absurddur...

13.09.2024 | 17:21
Azərbaycan QHT-nin erməni "dağ-mədən cinayətlərinə" qarşı mübarizəsi fəallaşır…

13.09.2024 | 17:16
“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində

13.09.2024 | 17:07
ABŞ senatoru Bakının İrəvandan konstitusiya tələbinə qarşı çıxdı...

13.09.2024 | 16:52
AMEA-dan “Vikipediya”dan şəhidlərimizlə bağlı məqalələrin silinməsinə reaksiya - səhv addımdır...

13.09.2024 | 16:47
MSK Mustafa Hacılının müraciətini əsassız saydı

13.09.2024 | 16:34
Dünyanın 3-cü ən varlı adamı Bezos ev alarkən endirim istədi – milyarderin sövdələşmə üsulu başına bəla oldu...

13.09.2024 | 16:22
BMU-da informasiya texnologiyaları üzrə yeni fakültə yaradılıb

13.09.2024 | 16:20
Putin ABŞ və Avropanı müharibə ilə hədələdi - bu baş verərsə...

13.09.2024 | 16:05
Rusiya 6 britaniyalı diplomatın akkreditasiyasını ləğv etdi

13.09.2024 | 15:55
"Formula 1-lə bağlı bütün zəruri təhlükəsizlik tədbirləri görülüb, heç bir neqativ hal baş verməyib" - DİN rəsmisi

13.09.2024 | 15:42
Bakıda Formula 2 komandalarının sıralama turu keçirildi

13.09.2024 | 15:36
Yasamalda obyektdən 11 noutbuk oğurlandı

13.09.2024 | 15:29
Azərbaycan Dillər Universitetinin rəhbərliyi ilə 220 saylı məktəb-liseyin şagirdlərinə tərifnamə verib

13.09.2024 | 15:12
Ordumuz Naxçıvanda hərəkətə keçdi - şərti düşmən hədəfləri məhv edildi

13.09.2024 | 14:30
Prezident İlham Əliyev “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib - YENİLƏNDİ

13.09.2024 | 14:28
Formula 1 Azərbaycan Qran-Prisi -“Ferrari”nin pilotu qəza törətdi

13.09.2024 | 14:15
Ermənistan rəsmilərinin Cənubi Koreyaya sıx səfərinin səbəbi bilindi - silah alırlar, sırada Yaponiya da var

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30