KÖHNƏ VERSİYA            

Azərbaycanın kəndləri mövzusu Ermənistan siyasətini qaynadır...

Image

Ermənistan hakimiyyətinin davranışlarından belə bəlli olur ki, İrəvan işğal altında qalan Azərbaycan kəndlərini yaxın tezlikdə ölkəmizin nəzarətinə qaytarmaqda maraqlıdır. 

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Kirants kəndinin sakinləri ilə görüşündə bunun səbəbini onunla izah edib ki, İrəvanın Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasından imtina etməsi Cənubi Qafqazda yeni eskalasiyaya səbəb olacaq: “Əgər biz delimitasiya və demarkasiya ilə bağlı addımlar atmasaq, mən zəmanət verirəm ki, bölgəmizdə daha bir partlayış baş verəcək”.

Bununla yanaşı, o qeyd edib ki, Tavuş vilayətinin icma nümayəndələri delimitasiya və demarkasiya məsələləri üzrə işçi qrupa cəlb olunacaq. Onun sözlərinə görə, icma liderləri öz arqumentlərini yerindəcə delimitasiya və demarkasiya komissiyasına təqdim edə və prosesin gedişi barədə yerli sakinləri məlumatlandıra biləcəklər. Daha sonra Paşinyan Tavuş vilayətinin Əskipara (Voskepar) kəndinə də gəlib. Qeyd edək ki, bu, Nikol Paşinyanın Əskiparaya bu il ərzində ikinci gəlişidir. Paşinyanın Əskipara sakinləri ilə görüşü bir saata yaxın davam edib. Burada baş nazir yerli sakinlərə Azərbaycanla sülh, o cümlədən sərhədin demarkasiyası prosesində mövcud vəziyyəti təqdim edib. Paşinyanla yanaşı, görüşdə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan, Ermənistan tərəfdən sərhədin demarkasiyası komissiyasının rəhbəri, ərazi idarəetmə naziri Qnel Sanosyan, polis rəisi Vahe Qazaryan da iştirak edib. Xatırladaq ki, Paşinyan hələ ötən ay bildirmişdi ki, Bakının Qazax rayonundakı dörd kəndinin Azərbaycana qaytarılması tələbini qəbul etməyə hazırdır. O qeyd etmişdi ki, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı və Bağanis Ayrım kəndləri sovet dövründə də Azərbaycanın tərkibində olub. Bu kəndlər 1991-1992-ci illərdə Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilib. Erməni mediası yazır ki, Paşinyan Əskipara, Kirants və Berkaber kənd sakinləri ilə dörd saatdan çox çəkən qapalı görüşdən sonra heç bir açıqlama verməyib. O yalnız bunu deyib ki, bu mövzuda deyiləsi sözlərini artıq deyib və əlavə edə biləcəyi heç nə yoxdur. Ermənistanın “Qraparak” qəzeti isə yazır ki,  Paşinyan Tavuş vilayətinə gedərkən Azərbaycana qaytarılacaq kəndlərə girməmək üçün bu ərazilərdən yan keçib: “Nikol Paşinyanın Tavuşa vertolyotla getməsi ilə bağlı rəsmi kulisdə diqqətçəkən iddia dolaşır. Həmin iddiaya görə, məsələ yolda narazı insanların müqavimətindən qaçmaq yox, Əskiparaya gedən, bir hissəsi Almatı bəyannaməsi çərçivəsində Azərbaycana məxsus olan İcevan-Noyemberyan dövlətlərarası yolundan yan keçmək olub. Paşinyan yolun həmin hissəsinin Azərbaycana aid olduğunu artıq qəbul edib, ona görə də buradan istifadə etməkdən yayınır. Bir neçə gün əvvəl Avropa Birliyinin mülki missiyasının müşahidəçiləri də Əskiparaya gedərkən yolun həmin hissəsinin Azərbaycana məxsus olduğunu əsas gətirərək yan keçiblər”.

Beləliklə, Paşinyan kəndləri qaytarmaqda maraqlıdır. Amma Ermənistan müxalifəti və baş nazirin başqa tənqidçiləri Paşinyanın bu istəyindən narazıdırlar. Müxtəlif müxalifət fiqurları, Erməni Kilsəsinin nümayəndələri də Tavuşa səfər edərək yerli sakinlərin “birtərəfli güzəştlərə” qarşı mübarizəsini “dəstəklədiklərini” bildiriblər. Onlar iddia edirlər ki, Azərbaycanın tələb etdiyi kəndlər verilərsə, Ermənistan özünün yaxşı fortifikasiya olunmuş mövqelərini, habelə Azərbaycan sərhədi boyunca uzanan İrəvan-Tiflis strateji avtomobil yolunu itirmiş olacaq. Ermənistan parlamentində hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı, erməni general Qaqik Melkonyan da bildirir ki, bəzi müxalifətçilər Tavuşun sərhəd kəndlərində dolaşaraq, toqquşmaları təhrik edirlər. Erməni ekspert Vahe Davtyan isə iddia edir ki, həmin kəndlər təhvil verilsə, Ermənistan anklav-dövlət statusuna düşəcək: “Geosiyasi aktorlar kartlarını açıblar. Gözü olan görəcək, qulağı olan eşidəcək. Hazırda Lesoto bəlkə də anklav-dövlətin dərslik nümunələrindən biridir. Tamamilə Cənubi Afrika Respublikası ilə əhatə olunmuş Lesoto uzun müddətdir öz xarici siyasəti və milli silahlı qüvvələri olmayan kvazi-dövlət kimi çıxış edir. Sonuncu, əlbəttə ki, formal olaraq fəaliyyət göstərir, lakin yalnız daxili təhlükəsizliyi təmin etmək üçün fəaliyyət göstərir. Xarici təhlükəsizlik funksiyaları Cənubi Afrika Respublikası tərəfindən həyata keçirilir. Ermənistanı da bu gözləyir”. Amma “Qraparak” qəzeti yazır ki, sakinlər hökumətin addımlarını gözləmək qərarına gəliblər. Paşinyanla görüşdə iştirak etmiş Əskipara sakini deyib: “Hansı sualı təqdim etmişdiksə, həmin sualın cavabını verməyə gəlmişdi. Variant təqdim etmişdik, çay boyu sərhəd demişdik, o da dedi ki, 90 faiz həll edildiyini düşünün. Dedi ümid var ki, sizin istədiyiniz olacaq, amma hələ kağız üzərinə keçirilməyib. Gözləyək”. Başqa bir Tavus sakini də deyir ki, kəndlərdə onun bəyanatları ziddiyyətli olub. Xüsusilə Bibiş (Berkaber) ilə bağlı Əskipara kəndində Paşinyan bəyan edib ki, Berkaber su anbarından (Coğazçay su anbarı) o tərəfdəki torpaqlar Azərbaycana verilməlidir, Bibiş kəndində isə sizin torpaqlarınız sizə qalacaq. Son görüşlərdən sonra Tavus sakinləri bir az sakitləşsələr də, artıq bu hakimiyyətin sözlərinə inanmayıb, prosesləri gözləmək qərarına gəliblər”.   

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Prezident minimum aylıq əməkhaqqının artırılması ilə bağlı Sərəncam imzaladı

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031