Parisdə kamikadze kəməri geyinmiş şəxs İran konsulluğuna girdi - polis binanı mühasirəyə aldı...
Parisin 16-cı rayonundakı İena prospektində yerləşən İran konsulluğuna bu gün yerli vaxt ilə saat 11 radələrində əlində qumbara və ya partlayıcı jilet olan kişi girib.
Bu barədə Paris polis qərargahı məlumat verib. İran konsulluğunun tələbi ilə polis prefekturası diplomatik nümayəndəliyi tamamilə əhatəyə alıb.
İran konsulluğuna ən yaxın olan və Trokadero stansiyasına xidmət göstərən metronun 6 və 9-cu xətlərində nəqliyyatın hərəkəti dayandırılıb. Ətrafa çox sayda polis qüvvələri toplaşıb.
Son məlumatlara gör, Paris polisi kamikadze kəməri geyinmiş və İran konsulluğunu partlatmaqla hədələyən şəxsi həbs edib.
ZÜMRÜD