"2021-ci ilin mayında mənə dedilər Azərbaycana hücum edək" - Paşinyan ilginc sirlər açdı...
Paşinyan öz partiyadaşlarına deyib ki, 2021-ci il mayın 12-də yeni seçkilər keçirmək üçün parlament və hökumət buraxılandan sonra ertəsi gün Azərbaycan Sotk-Xoznavar bölgəsində gərginlik yaratdı.
"O zaman bəzi qüvvələr mənə deyirdilər ki, Azərbaycana hücuma keçək, onların məntiqinə görə hərbi əməliyyat olmasa, KTMT bizə kömək etməyəcək. Halbuki KTMT onsuz da kömək edə bilərdi. Biz o zaman bu qüvvələrin məntiqinə uysaydıq, hərbi əməliyyatlar Ermənistanın içərilərinə doğru davam etdiriləcəkdi, sonra da aydınlaşdırmalı olacaqdıq ki, KTMT qüvvələri müttəfiq kimi yox, sülhməramlı kimi gəliblər, seçki prosesi pozulacaqdı, hökumətin olmadığı şəraitdə hakimiyyətə nəzarət sülhməramlıların əlinə keçmiş olacaqdı. Biz 2021-ci ilin mayında dövlətçiliyimizi xilas etdik" - deyə Paşinyan bildirib.
Nahid Salayev