Neftçalada axund müavini narkotiklə tutuldu
Neftçalada axund müavini işləyən şəxs narkotiklə tutulub.
Aprelin 11-də Neftçala RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, 1983-cü il təvəllüdlü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Neftçala şəhər dindarlarının dini icması məscidinin axund müavini işləyən Salamov Samid Şakir oğlunun üzərindən və yaşadığı evdən külli miqdarda müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Samid Salamov şübhəli şəxs qismində tutulub.
ZÜMRÜD