Qorxunc proses - əyalətlərimizdə "gey"lərin sayı çoxalır...
Son illər ölkəmizdə cinsi azlıqların sayının artdığını müşahidə edirik. Bu mövzu tez-tez sosial şəbəkələrdə müzakirə olunur, müxtəlif görüntülər paylaşılır və s. Görüntülər daha çox TikTok platformasında yayılır.
Bu şəxslərin həmin platformadakı görünüşü, hərəkəti, danışığı, adi yemək yeməsi belə insanlarda bir sıra sualların yaranmasına səbəb olur.
Maraqlı məqam ondan ibarətdir ki, “gey”lərin sayının artması halı daha çox bölgələrdə müşahidə olunur. TikTok platformasında bir neçə gün bu mövzu ilə bağlı araşdırma aparanda məlum olur ki, cinsi azlıqlar ucqar rayonlarda sürətlə yayılır.
Qeyd edək ki, bir qisim insanlar cinsi azlığı xəstəlik adlandırır. Ancaq mütəxəssislər isə homoseksuallığı psixoloji xəstəlik adlandırır. Onların fikrincə, psixoloji faktorlardan, qidalanmadan, həyat tərzindən asılı olaraq hormonlar dəyişə bilir. Qadınlarda kişi, kişilərdə isə qadın hormonları olur. Geylərdə qadın hormonları üstünlük təşkil edir və feminizasiya prosesi baş verir.
Elçin Bayramlı: “Cinsi azlıqlar öz həyatlarını açıq şəkildə təbliğ edirlər, xüsusi mərkəzlər tərəfindən bu proses idarə olunur”
Mövzu ilə bağlı fikir bildirən sosioloq Elçin Bayramlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son illər bu bəla bütün ölkələrdə yayılır: “Geylərin sayının artmasının müxtəlif, fərqli səbəbləri var. İlk olaraq bildirim ki, bəzi qidalar, xüsusilə süni qidalar orqanizmdə hormonal dəyişikliyə səbəb olur. Bu da cinsi azlıqların sayının artmasına təsir edir. İkinci bir səbəb isə mənəvi-psixoloji sarsıntı nəticəsində xoşagəlməz halın yaranması ilə bağlıdır. Daha bir səbəb isə bioloji anomaliyalardır. Bu səbəblərin aradan qaldırılması üçün ciddi tədbirlər görülməlidir. Tendensiyanın bu formada davam etməsi strateji planda böyük təhlükədir. Milli genofondun məhv olmaması üçün bu məsələyə xüsusi diqqət edilməlidir. Cinsi azlıqlarla bağlı dövlət tərəfindən xüsusi reabilitasiya mərkəzləri yaradılmalıdır. Belə şəxslər aşkar olunduqca dövlət tərəfindən məcburi şəkildə ora cəlb olunmalıdır. Həmin mərkəzdə həm bioloji formada orqanizm sağlamlaşdırılmalıdır, həm də mənəvi-psixoloji reabilitasiya lazımdır. Bu şəxslər müəyyən müddət müalicə olunub, normal həyata qayıtmalıdır”.
Həmsöhbətimiz hesab edir ki, cinsi azlıqların öz həyatlarını açıq şəkildə təbliğ etməsi prosesi xüsusi mərkəzlər tərəfindən idarə olunur: “Cinsi azlıqların təbliği ilə məşğul olan xüsusi təşkilatlar var. Onlar bunun yayılmasında maraqlıdır və bu işə külli miqdarda vəsait ayrılıb. Genofondumuzun məhv olmaması üçün bu sahəyə xüsusi nəzarət olunmalıdır. Gənclərə, uşaqlara valideynlər tərəfindən nəzarət artırılmalıdır. Uşaqların normal şəkildə inkişafına diqqət edilməlidir. Qızları xanım, oğlanları da kişi kimi böyütmək lazımdır. Həmçinin, zərərli təbliğatların qarşısı alınmalıdır. Məsələn, sosial şəbəkələrdə cinsi azlığı təbliğ edənlər cəzalandırılmalıdır. Bu sahədə kompleks proqramlar həyata keçirilməlidir. Gözümüzün qabağında proses mənfiyə doğru gedir. Bunun sonunun necə olacağını təsəvvür etmək çətin deyil. Vaxtında qarşısı ciddi şəkildə alınmalıdır”.
Könül İsmayılova: “Problem, bəla bundadır ki, kütlə bu gün geylərə tamaşa edir, gənclər də asan yolla pul qazanmaq üçün özlərini onlara oxşadır”
Psixoloq Könül İsmayılova “Bakı-Xəbər”ə şərhində bildirdi ki, son zamanlar cinsi azlıq nümayəndələri ilə bağlı mövzular çox müzakirə olunur. Bu bir faktdır ki, homoseksualların da sayında artımlar var. Əgər əvvəllər bunu gizlədirdilərsə, indi daha açıq formada səhifələrdə, saytlarda bu haqda paylaşımlar edilir: “Valideynlər övladları ilə yaxın olsalar, övladları da rahat bir şəkildə onları narahat edən, keçirdikləri hissləri, öz fikirlərini valideynlərinə deyə bilərlər. Valideynlər də onlara düzgün və uyğun vaxtda kömək edərlər. Homoseksuallıq insanın təbii instinktindən irəli gəlmir. Heç kim homoseksual doğulmur, bu sonradan yaranmış meyldir və dəyişə bilər. Bunun üçün də insanlara uşaqlıqdan düzgün istiqamət vermək və lazımi diqqət göstərmək lazımdır. Məsələn, ata oğlu ilə o qədər səmimi olmalıdır ki, oğlan özünü atası ilə assosiasiya etsin”.
Psixoloq onu da əlavə etdi ki, son zamanlar geylərin sayının artması müşahidə olunur. Sosial şəbəkəyə nəzər yetirəndə bu halın daha çox bölgələrdə baş verdiyini görmək olur: “Bunun da səbəbi TikTok platformasında geylərə çoxlu, bahalı hədiyyə atılması ilə bağlıdır. Hazırda TikTok-da məşhur cinsi azlıqlar var və onlara böyük məbləğdə hədiyyələr atılır. Hansısa alim, qazi, araşdırmaçı maraqlı nəsə desə ona baxış olmayacaq, hədiyyə də atılmayacaq. Ancaq geylərin yemək yeməsi, evlərini yığışdırmasına 20-50 min adam baxır və bahalı hədiyyələr göndərilir. Problem, bəla bundadır ki, kütlə bu gün geylərə tamaşa edir, gənclər də asan pul qazanmaq üçün özlərini onlara oxşadır. Cəmiyyətin məhv olmaması üçün bu məsələyə nəzarət olunmalıdır. Aidiyyəti qurumlar diqqətli olmalıdır”.
Günel CƏLİLOVA