Beynəlxalq məhkəmə Ermənistanın iddiası ilə biabırçı qərar verdi...
Ona görə biabırçı deyilir ki, BMT- nin iki missiyasının Qarabağda sentyabrda apardığı müşahidələr barədə iki hesabatını saya almadı. BMT 2 dəfə belə bəyanat yaymışdı ki, Qarabağda ermənilər heç bir etnik təmizlənməyə məruz qalmayıb. Ancaq məhkəmə sentyabrın 28- də Ermənistanın verdiyi iddia üzrə elə qərar verib ki, BMT- nin hesabatlarını yerə vurub. Məhkəmə qərar verib ki, Azərbaycan ermənilərin Qarabağa qayıtmasına təminat versin, buradan getmək istəyənlərə şərait yaratsın və sair.
Azərbaycan nə zaman ermənilərin qayıdışından imtina edib?! Getmək istəyənlərə də heç maneə törədilməyib. Belədə bunu qərara salmağın nə mənasının olduğunu da bilirik. Ermənistan 10 illər sonralar bizə qarşı yeni hüquqi iddialara guya əsaslar yaradır. Ən absurdu isə budur ki, Məhkəmə tələb edib ki, Azərbaycan Qarabağ ermənilərinin mülkiyyət hüquqlarını təsdiqləyən sənədləri qoruyub saxlasın və 8 həftə sonra Məhkəməyə hesabat versin...
Gülməlidi. Qarabağda o mülkiyyət sənədlərini hansı dövlət qurumu verib? Ermənistan ,ya qondarma Sarsax dövləti? Məhkəmə tələb edir ki, Azərbaycan ləğv etdiyi separatçı qurumun sənıdlərini özü də qanuniləşdirsin....
Belə şeymi olar?!...
Namiq Quliyev