Britaniyanın Baş naziri dəyişə bilər - Sunakın yerinə namizədin adı da açıqlandı...
Qərb mediası yazır ki, Britaniyada Baş nazirin dəyişəcəyi və onun yerini İcmalar Palatasının lideri Penni Mordantın tutacağı istisna edilmir.
Qeyd edilir ki, bu dəyişikliklər ölkədə keçirilməsi planlaşdırılan yerli seçkilərdən sonra həyata keçiriləcək. “Bloomberg” nəşrinin mənbəsi bu ssenarinin Mühafizəkar Partiyasının seçkilərdə məğlub olacağı təqdirdə özünü doğruldacağını bildirir. Son sorğuların fonunda isə Mühafizəkar Partiyanın ümidverici proqnozu yoxdur.
Böyük Britaniyada seçkilər 2024-cü il mayın 2-nə təyin edilib.
TAHİR