KÖHNƏ VERSİYA            

ABŞ Azərbaycanı niyə vurur - şok geosiyasi səbəblər...

Image

ABŞ və Azərbaycan arasında cərəyan edən proseslər bir daha təsdiqlədi ki, dünyanın bir sıra ölkələrindən fərqli olaraq, Vaşinqtonun Bakıya qarşı da təzyiq siyasəti işlək olmayacaq. Azərbaycan buna müqavimət göstərəcək imkanlara malik ölkədir. 

Elə bu səbəbdən Bakı ABŞ Konqresində ölkəmizlə bağlı dinləmələrə sərt reaksiya verərək, qərəzli yanaşmanı qəbul etməyəcəyini nümayiş etdirdi.

Xatırladaq ki, ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində səsləndirdiyi birtərəfli və qərəzli fikirlər Bakının sərt reaksiyasına səbəb olub. Ceyms O’Brayn deyib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi əldə edilməyənədək, Azərbaycanla münasibətlər əvvəlki səviyyədə olmayacaq. Diplomat Azərbaycanın sentyabrın 19-da Qarabağda keçirdiyi antirerror əməliyyatlarlarından sonra ABŞ-ın Azərbaycana hərbi yardımı dayandırdığını və bir neçə yüksək səviyyəli görüşü ləğv etdiyini deyib. Rəsmi Bakı Ceyms O’Braynın hesabatını birtərəfli və qərəzli hesab etdiyini deyərək, onun fikirlərini səmərəsiz, əsassız və qəbuledilməz kimi qiymətləndirib. Azərbaycan dinləmələrdən sonra, həmçinin, Ermənistanla sülh danışıqlarının Vaşinqton platformasından imtina etdiyini və yüksək səviyyəli ABŞ rəsmilərinin Bakıya mümkün səfərlərini yersiz saydığını bildirib. Azərbaycan Xarici İşlər Nazirliyi isə deyib ki, ABŞ-dan verilən belə açıqlamalar regionda sülh və təhlükəsizliyi sarsıdır. ABŞ rəsmiləri dinləmələrdə bildiriblər ki, ABŞ-da Azərbaycana birbaşa yardımları qadağan edən, “907-ci düzəliş” kimi tanınan qanunun tətbiqini dayandıran qərarın müddətini uzatmayacaqlar. Azərbaycan bunu bədxah addım kimi qiymətləndirib və ABŞ-ın yadına Əfqanıstanı tərk edən sonuncu tərəfdaş ölkə olduğunu salıb. Xatırladaq ki, Birinci Qarabağ müharibəsindən sonra ABŞ Konqresinin ”Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi edilib ki, bu da bu ölkədən Azərbaycana birbaşa yardımları qadağan edir və hər il ABŞ prezidentinin qərarı ilə bu sənədin tətbiqi müvəqqəti dayandırılırdı. Dinləmələrdə isə ABŞ dipomatları deyiblər ki, regionda Rusiya və İranın iştirakı ilə təhlükəsizlik təminatı stabil deyil və Ermənistanla Azərbaycan üçün arzuolunan deyil. Rəsmi Bakı isə dinləmələri və səsləndirilən çıxışları Azərbaycanla ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə zərbə kimi qiymətləndirir.  Burada geosiyasi faktor da öz sözünü deyir. Son vaxtlar ABŞ və Avropa İttifaqı rəhbərliyindən səslənən bəyanatlarda Ermənistanın hakimiyyətinin gücləndirilməsinə, iqtisadi müstəqilliyin təmin olunmasına, ordu quruculuğuna, ticarətin saxələndirilməsinə və siyasi islahatların aparılmasına dəstək ifadə edilir. Ermənistana bu istiqamətlərdə maliyyə, təlim, planlaşdırma sahələrində kömək vəd edilir, siyasi dəstək dilə gətirilir. Ekspertlərin  fikrincə, bu fonda Konqresdə dinləmələr vasitəsilə və avropalı diplomatların bəyanatları ilə Ermənistan siyasi cəhətdən motivasiya olunur. Bu da Ermənistanla Rusiya arasında münasibətlərin pisləşməsinə səbəb olur, birincini Moskva ilə qarşıdurmaya razı olmağa sövq edir. Siyasi təhlilçi Fuad Şahbazova görə isə, ABŞ Rusiyanın Qafqazdan çıxmasını istəyir: “Rusiyanı Qafqazdan çıxarmağın indi ən yaxşı yolu Ermənistan-Rusiya münasibətlərinin korlanmasına daha çox töhfə verməkdir. Son vaxtlar ABŞ və Avropa rəsmilərinin Ermənistana tərif dolu komplimentlər yağdırması ondan irəli gəlir ki, onlar Ermənistanın Rusiya ilə münasibətlərinin daha da korlanmasına nail olsunlar”. Onun sözlərinə görə, ABŞ Qafqaza girib buradan Mərkəzi Asiyaya getmək və qısa yol olaraq, Cənubi Qafqazdan istifadə etmək istəyir. Təhlilçi hesab edir ki, buna görə də ABŞ Qafqazda əsas oyunçular olan Rusiya və İranın təsirlərinin olmamasını və ya minimum olmasını istəyir. Amma Ermənistanın xoşuna gəlmək üçün Azərbaycanı əsassız yerə tənqid etmək ABŞ-ın regionda mövqeyini zəiflədir.

Qeyd edək ki, son üç ildir Ermənistan etiraz etdiyindən, Azərbaycanın Zəngəzur dəhlizi marşrutunun  İrandan keçən digər bir marşrutla əvəzlənməsi işləri başlayıb. ABŞ-dakı son dinləmələrdən belə məlum olur ki, bu ölkə son Azərbaycan-İran tranzit marşrutu müqaviləsindən narazıdır. Elə Ceyms O’Brayn  da  Konqresdə deyib ki, sülhün iqtisadi faydaları ola bilər və bu, region ölkələrinin beynəlxalq ticarət yoluna çıxışına şərait yaradar. O, bu yolun İrandan keçməsini uğurlu saymayıb və sadəcə seçimlərdən biri kimi qiymətləndirib. Azərbaycan XİN bu bəyanata sərt reaksiya verib və deyib ki, İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququdur. Ekspertlərə görə, ABŞ-ın Azərbaycana hərbi yardımı dayandırmasının da ciddi təsiri olmayacaq. Belə ki, hərbi yardım ən həssas dövr olan 1991-ci ildən 2001-ci ilə qədər ayrılmayıb və 2023-cü ildə də onun dayandırılmasının rəsmi Bakı üçün ciddi nəticələri olmayacaq. Dinləmələrdə səsləndirilən fikirlər Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına birbaşa təsir edib. Rəsmi Bakı deyib ki, noyabrın 20-də Vaşinqtonda keçirilməsi təklif olunan Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün baş tutmasını mümkün hesab etmir. Təhlilçilər hesab edirlər ki, Ermənistan Rusiya ilə münasibətlərinin soyuqluğu və etimad əskikliyinə görə Moskva formatında sülh danışıqlarından boyun qaçırır. Brüssel formatında isə Azərbaycan Fransanın iştirakına görə könülsüz davranır. Azərbaycan Fransanın Ermənistanı silahlandırmasını və Azərbaycana qarşı siyasi addımlarını əsas gətirərək onun neytral mövqeyini qəbul etmədiyini bildirir. Sülh danışıqları üçün Vaşinqton platforması bu dinləmələrdən sonra ən azı hələlik mümkünsüz görünür. Vaşinqton platformasında irəliləyiş üçün Azərbaycan hökuməti bundan öncə də ABŞ-a hiss etdirib ki, bu ölkənin rəsmiləri Qarabağın Azərbaycan ərazisi olduğunu açıq bəyan etmədiyi təqdirdə bu formatda da pauza yaranacaq. İndi Azərbaycan tələb edir ki, Avropa və ABŞ rəsmiləri bəyanatlarında və nitqlərində Qarabağın Azərbaycan ərazisi olduğunu açıq-aşkar desinlər. Yalnız ondan sonra Azərbaycan Vaşinqton formatına yenidən maraq göstərə bilər. Amma ABŞ rəsmlərinin indiki ritorikası altında Azərbaycanın ora gedib Vaşinqton formatında sülh danışıqları aparması zəif ehtimaldır. Bundan itirən isə ABŞ-dır.

Tahir TAĞIYEV







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

Paşinyan Zəngəzur dəhlizi barədə mühüm məqamı kobudcasına təhrif etdi...

İnternetdə 100 Mb sürəti almaq üçün əlavə 25 manat da xərc çəkilməlidir...

Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

SON XƏBƏRLƏR

12.09.2024 | 09:20
İlk adı "Yoksulluk" idi, dəyişib "Sahipsizler" oldu...

12.09.2024 | 09:15
Norveçdən Türkiyə QƏRARI - bütün məhdudiyyətləri aradan qaldırdı

12.09.2024 | 09:06
Narkotiklərin təsiri altında avtomobil sürürdülər, yaxalandılar...

12.09.2024 | 09:00
ABŞ Ukraynaya 700 milyon dollarlıq əlavə yardım paketi ayırıb - Antoni Blinken Kiyevdə bəyan etdi

12.09.2024 | 08:39
Məşhur "BNA" Bakıda taksi dayanacaqlarını necə ləğv etdisə, hələ də bərpa oluna bilmir...

12.09.2024 | 00:19
Ukrayna Qara dənizdə Rusiyanın qazma platformasını ələ keçirməyə cəhd etdi, ancaq çoxlu itki verib geri çəkildi...

11.09.2024 | 23:17
Rəsmi Bakıdan Avropa İttifaqının qərəzli bəyanatına tutarlı cavab....

11.09.2024 | 21:12
Azərbaycanla Ermənistan ilin sonunadək saziş imzalaya bilər?..

11.09.2024 | 20:57
Paşinyan Avropa Birliyinin üzvlük prosesinə rəsmi start verdi - həm də BRİCS-ə gedir...

11.09.2024 | 20:42
Qərbin növbəti addımı Ukraynada sülh ümidlərinin üzərindən xətt çəkdi...

11.09.2024 | 20:28
Harrislə Trampın ilk debatında inanılmaz ittihamlar yağdı

11.09.2024 | 20:15
Ermənistan mifik “Zəngəzur əməliyyatının” məhz sentyabrda olacağına əmindir - niyə?

11.09.2024 | 20:01
İranın "Zəngəzur siyasəti" əslində Ermənistanın daxili işinə müdaxilədir... "Bir oynayırlar"...

11.09.2024 | 19:48
Zəngəzur dəhlizi hara, Türkmənçay müqaviləsi hara - iranlı ekspert "ağ elədi"...

11.09.2024 | 19:34
Türkiyə və Rusiya “İrəvan dialoqunu” heçə saydı...

11.09.2024 | 19:21
Nazirin dediyi belə məktəb direktorlarından tanıdığınız varmı...

11.09.2024 | 19:07
Elmi əsaslar, müvafiq proqramlar üzərində qurulan inkişaf strategiyası...

11.09.2024 | 18:53
Erkin Qədirliyə görə saxtakar 6 məntəqə sədrinə cinayət işi açıla bilər...

11.09.2024 | 18:47
İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verdi

11.09.2024 | 18:39
Paşinyan Zəngəzur dəhlizi barədə mühüm məqamı kobudcasına təhrif etdi...

11.09.2024 | 18:38
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Prezidentə müraciət etdi

11.09.2024 | 18:25
İnternetdə 100 Mb sürəti almaq üçün əlavə 25 manat da xərc çəkilməlidir...

11.09.2024 | 18:12
Bakıda avtobus zolaqlarının xeyirdən çox ziyan vurduğunu düşünənlər var...

11.09.2024 | 17:57
Paşinyan düz deyir? - 9 noyabr sənədinin 7 və 8-ci maddələrini kim pozub?

11.09.2024 | 17:44
Putin sərhədlər məsələsində Monqolustandan Paşinyana da söz atdı...

11.09.2024 | 17:30
Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

11.09.2024 | 17:24
İnanılmaz - Azərbaycanda "dirijorluq" ən bahalı ixtisaslardan imiş - izah verildi...

11.09.2024 | 17:11
Putinin Türkiyə səfərinin təxirə salınmasının səbəbi açıqlandı - Moskva onun təyyarəsini rus qırıcılarının müşayiət etməsini istəyir, ancaq...

11.09.2024 | 17:03
Banklarımız mənfəətə görə gürcülərə və ermənilərə uduzur - unikal səbəb var...

11.09.2024 | 16:50
22 saylı seçki dairəsində də 3 məntəqədə səsvermənin nəticələri ləğv edildi

11.09.2024 | 16:43
Əli Məmmədbağıroğlunun “XVII əsr Azərbaycan əlyazma kitabı” çapdan çıxıb

11.09.2024 | 16:18
MSK iki seçki məntəqəsində nəticələri ləğv etdi...

11.09.2024 | 15:50
Rəşadət zirvəsinin Xəyalı

11.09.2024 | 15:33
Rusiya ordusu Kurskda hücuma keçdi - 10 kənd geri qaytarıldı...

11.09.2024 | 15:18
BMU ilə İndoneziyanın dövlət universiteti arasında memorandum imzalanıb

11.09.2024 | 15:06
Prezident cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sərəncam imzaladı

11.09.2024 | 14:35
Rusiya kəşfiyyatından şok iddia - ABŞ-la ATƏT razılaşdı, seçkidən əvvəl Gürcüstanı qarışdıracaqlar...

11.09.2024 | 14:21
Yasamalda marketdən oğurluğa cəhd edən şəxs saxlandı

11.09.2024 | 14:00
2-ci Qarabağ müharibəsi robotlaşdırılmış sistemlərlə qazanılmış ilk müharibə oldu - İsveçrə nəşri ordumuzdakı inqilabi dəyişikliklərdən yazdı

11.09.2024 | 13:44
İsmayıllıda meşədə çətənə kolu yetişdirən şəxs tutuldu

11.09.2024 | 13:29
Bakıda müğənnini toyda fonoqram ifa etdiyi üçün döydülər...

11.09.2024 | 13:18
Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsinə görə saxlananlar var...

11.09.2024 | 13:03
Политика - не шарлатанство, Пашинян - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.09.2024 | 12:48
"ABŞ 11 sentyabr terroru zamanı Azərbaycanın dəstəyini unutmayıb" - Səfirlik

11.09.2024 | 12:30
Azərbaycanda iqtisadi artım 4 faizi ötüb

11.09.2024 | 12:20
Naxçıvan istiqamətində mövqelərimiz yenə atəşə tutuldu

11.09.2024 | 12:00
Şəmkirdə yük maşını dərəyə aşıb

11.09.2024 | 11:57
"Sosial şəbəkələrdən asılılıq qorxunc həddə çatıb"

11.09.2024 | 11:30
Respublikaçılardan Baydenə çağırış- Rusiyanı vurmağa icaz ver!

11.09.2024 | 11:10
Nədən Ermənistan yarımçıq "sülh müqaviləsi"nə can atır? - CANLI

11.09.2024 | 11:05
Bir gündə 50 cinayətin üstü açılıb - DİN açıqladı

11.09.2024 | 11:00
Fransada 50 kişi kütləvi zorakılığa görə məhkəmə qarşısına çıxarılıb - ŞOK

11.09.2024 | 10:30
"Artıq aktrisalıq etməyəcəm" - "Titanik"in aktrisasından AÇIQLAMA

11.09.2024 | 10:20
Yolu keçən 15 yaşlı gənci maşın vurub

11.09.2024 | 10:16
Məsud Pezeşkian İraqda səfərdədir

11.09.2024 | 10:06
Rusiyalı komediya aktyoru həbs edildi - vətəndaşlara qarşı təhqiramiz zarafatlarına görə...

11.09.2024 | 10:00
ABŞ -dan Rusiya və İrana qarşı növbəti sanksiya - siyahıda 10 fiziki və 6 hüquqi şəxsin adı var

11.09.2024 | 09:30
Gürcüstan millisi albanları da devirdi - gözümüzə "su verək"...

11.09.2024 | 09:27
Bank əmanətləri azalıb, Mərkəzi Bankın "Naxçıvanbank" izahı qəbul olunmadı...

11.09.2024 | 09:20
Antoni Blinken Ukrayna və Polşa yolçusudur

11.09.2024 | 09:16
Kamala Harris və Donald Tramp arasında ilk debat keçirilib

11.09.2024 | 09:10
Xocalıda yanğın baş verib - FHN məlumat yaydı

11.09.2024 | 09:06
Daha 18 ailə Laçına köçürüldü

11.09.2024 | 09:00
Bu ölkə Türkiyə üzərindən qaz almağa hazırlaşır

11.09.2024 | 08:40
Elə rayonlarımız var ki, ötən 6 ayda 1 yeni iş yeri açılmayıb - 45-in 36 mini Bakıya aiddir...

11.09.2024 | 00:17
ABŞ Rusiyaya ballistik raketlər verdiyinə görə İrana sanksiya tətbiq etdi - 5 gəmi müsadirə ediləcək...

10.09.2024 | 23:40
Paşinyandan Rusiyaya daha bir zərbə - Aİ-yə üzvlük prosesinə başlamaq imkanını nəzərdən keçiririk...

10.09.2024 | 21:41
MEDİA və AzTV birgə layihəyə start verdi

10.09.2024 | 21:05
Azərbaycanla saziş məsələsində erməni rəsmiləri dərin ziddiyyətlər içindədir...

10.09.2024 | 20:47
Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

10.09.2024 | 20:32
İran Ermənistanı, Borrel İranı dəstəklədi - təsadüf, ya..?

10.09.2024 | 20:17
Makron yeni parlament seçkisinə məcbur edilir - ən güclü müxalifət şərt qoydu...

10.09.2024 | 20:04
Prezident İlham Əliyevin rəsmi "Instagram" səhifəsində COP29-a hazırlıqla bağlı aparılan işlərin görüntüləri paylaşıldı - VİDEO

10.09.2024 | 20:00
Zəngəzur dəhlizinə görə Rusiya ilə qarşıdurma İrana baha başa gələcək...

10.09.2024 | 19:59
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi

10.09.2024 | 19:44
“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

10.09.2024 | 19:30
İrəvanda Azərbaycana şərt hazırlanır - “separatçıları azad edin, COP-a gələk”...

10.09.2024 | 19:20
Paşinyan saziş layihəsini və üçtərəfli bəyanatı açıq-aşkar təhrif etdi - Azərbaycan XİN-dən ifşaedici açıqlama...

10.09.2024 | 19:16
Zəngəzur dəhlizi yalnız İranın razılığı ilə açıla bilər? - "SEPAH-ın iddiaları şişir"...

10.09.2024 | 19:02
Saxta avtomobil hissələri - bazar xaos icərisində, bu heç kimi qayğılandırmır...

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30