KÖHNƏ VERSİYA            

İran Ermənistanı silahlandırır – İrəvan isə Tehrana quyu qazır...

Image

Ermənistan İranla əlaqələri inkişaf etdirməyə davam edəcək. Belə bir açıqlama ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çıxış edib. O bildirib ki, Ermənistan və İran strateji prioritetlərdən biri kimi ərazi bütövlüyü məsələsində yüksək səviyyədə qarşılıqlı anlaşmaya malikdir: “Biz İranla əlaqələri yüksək qiymətləndiririk”.

Qriqoryanın sözlərinə görə, Ermənistanla İran arasında münasibətlər həm də o kontekstdə strateji xarakter daşıyır ki, onlar bu münasibəti açıq və səmimi dialoq çərçivəsində qura biliblər: “Biz bu əlaqələri başqa ölkələrlə bağlamırıq. Təbii ki, Ermənistan sanksiyalara tam əməl edir, lakin biz də İranla işləyirik və strateji prioritetlərimizə aid bir çox məsələlərdə İranın mövqeyini yüksək qiymətləndiririk”. Müxalifət düşərgəsinin Avropa müşahidə missiyasının müşahidəçilərinin İran ərazilərində kəşfiyyat aparması ilə bağlı səsləndirdiyi fikirləri şərh edən Təhlükəsizlik Şurasının katibi bildirib ki, İrəvan bütün mövcud məsələləri Tehranla yüksək səviyyədə müzakirə edir: “İran problem qaldırarsa, biz onu həll etməyə çalışırıq. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik”. O, iki ölkə arasında, o cümlədən narahatlıq doğuran məsələlərlə bağlı çox intensiv dialoqun olduğunu bildirib. Qərblə münasibətlərin dərinləşməsinin İranla münasibətlərə xələl gətirə bilməyəcəyi anlayışının olub-olmaması ilə bağlı sualı cavablandıran Qriqoryan qeyd edib ki, Ermənistan hər iki tərəflə müzakirələr aparır: “Ermənistan-ABŞ və Ermənistan-Aİ münasibətləri bir istiqamətdir, bizim işlədiyimiz bir ərazidir. Ermənistan-İran münasibətləri bizim işlədiyimiz başqa bir ərazidir. Hesab edirəm ki, hər iki tərəfdə Ermənistanın bu mövqeyi ilə bağlı anlayış var. Biz şəffafıq, bu kontekstdə gizli heç nə etmirik”. Beləliklə, Armen Qriqoryan bir daha təsdiq edir ki,  ölkəsi İranla münasibətlərini intensiv qaydada inkişaf etdirir. Özü də bütün bunlar Ermənistanın Qərb qüvvələrini regiona intensiv şəkildə gətirməsi fonunda baş verir.  Deməli, İran bundan sözdə ifadə etdiyi kimi narahat deyil. Əksinə, İran da Ermənistanı silahlandıran əsas tərəflərdən biri kimi çıxış etməkdə davam edir. “MaidenTower” “Telegram” kanalı bildirir ki,  İran hava yollarına məxsus “Boeing” yük təyyarəsi ilə Ermənistana davamlı olaraq silah daşınır. Xəbərdə qeyd olunur ki, İrana məxsus “Boeing 747-21AC ” yük təyyarələri ilə Ermənistana silah daşımalarına bu il martın 29-dan başlanılıb. “MaidenTower” bəhs olunan məlumatı təsdiqləyən hava marşrutunun uçuş xəritəsini də paylaşıb. Qeyd olunur ki, İR4705 bort nömrəli təyyarə 29 martda 12:10-da, 30 martda 14:03-də, 2 apreldə 05:48-də, 3 apreldə 07:32-də, 4 apreldə 12:29-da İrəvana uçub. Səfərlərin üçünün Təbriz yaxınlığından - Sarabdan, ikisinin isə Tehrandan həyata keçirildiyi radarlarda əksini tapıb. Ehtimal edilir ki, təyyarə SEPAH-ın Sarabdakı hərbi bazasından qalxıb. Belə ki, bu təyyarə əvvəllər İran İnqilabı Keçikçiləri Korpusunun istifadəsində olub. Hava nəqliyyatı əsasən silah daşımaq üçün istifadə edilib. Elə indi də Ermənistana silah daşındığı ehtimal olunur. Beləliklə, İranda yenə Ermənistanı dəstəkləmək xətti əsas götürülüb.  Amma Ermənistanın regiona gətirdiyi Qərb dövlətlərinin, xüsusən də ABŞ-ın İslam Respublikasına münasibəti aydındır. İran isə bunların fərqində olmayıb yenə Azərbaycana qarşı mövqe sərgiləyir.

Görünən odur ki, regionda baş verən geosiyasi dəyişikliklər, Azərbaycanın İkinci Qarabağ müharibəsində işğal edilmiş ərazilərini və İran-Azərbaycan sərhədində nəzarəti bərpa etməsi əvvəlki kimi Tehranın  maraqlarına cavab vermir. Xatırladaq ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə İran həmin torpaqlarda qanunsuz olaraq fəaliyyət də göstərib. 30 illik işğal müddətində İranın separatçı qurumla işbirliyi qurması, işğal altındakı Azərbaycan ərazilərində birgə qeyri-qanuni fəaliyyətlə məşğul olmasına dair saysız-hesabsız faktlar var. Azərbaycan həmişə İranla sıx qonşuluq və tərəfdaşlıq münasibətlərinə can atıb, bir sıra mühüm regional layihələrdə onunla tərəfdaşdır. Lakin İran qonşuluq, vahid din birliyi məsələsini unudub, Azərbaycanın ona qarşı humanist dəyərlərinə qarşılıq olaraq təxribatlara əl atır. Ermənistanın ərazi bütövlüyünü özünün qırmızı xətti kimi qələmə verən İran Azərbaycan torpaqları 30 ilə yaxın işğalda saxlanıldığı dövrdə eyni münasibəti sərgiləyə bilmədi. Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal altında olan dövrdə İran yalnız növbətçi bəyanatlarla kifayətlənib. İran hakimiyyəti, nədənsə, müstəqil və güclü Azərbaycanı özünə qarşı təhlükə qismində görür. Bu fonda İran heç bir halda Azərbaycanın maraqlarının reallaşmasına imkan verməməyə, onun güclənməsinin qarşısını almağa cəhd edir. Əslində, Zəngəzur dəhlizi ilə bağlı İranın tutduğu mövqe bütün məqamlara işıq salıb. Azərbaycan cəmiyyətinə bəllidir ki, İran bütün dövrlərdə Ermənistanın yanında olub. İndi də bu ölkəni silahlandırır. Amma Ermənistanın fəaliyyəti İranın özü üçün ciddi təhdidə çevrilir. Hər halda, proseslər regionda İranın mövqeyinə də xələl gətirəcək, amma molla rejimi hələ də bunu görmək istəmir. 

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031