Şimali Kipr Prezidenti Prezident İlham Əliyevə təşəkkür etdi
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Milli Məclisdə Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılması ilə bağlı rəsmi X hesabında paylaşım edib.
Prezident Ersin Tatarın paylaşımında Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılması münasibətilə "Türk dünyası bizim ailəmizdir, Türk dünyası ilə əlaqələrimizi gücləndirməliyik", - deyən Prezident İlham Əliyevə təşəkkürünü bildirib.