KÖHNƏ VERSİYA            

8 ildə Aprel döyüşlərinə bir sanballı film çəkilmədi...

Image

Xəyalə Rais: “Bizdə kinoya təbliğat vasitəsi kimi yox, biznes maraqlarından yanaşıldığı üçün  Aprel döyüşləri ilə bağlı filmimiz yoxdur, halbuki, bu barədə film çoxdan çəkilməli idi”

 Müstəqil dövlərçilik tarixində Dörd günlük Aprel döyüşlərinin müstəsna yeri var. Azərbaycan Ordusunun sücaətinin, qəhrəmanlığının, gücünün rəmzinə çevrilən bu döyüşlər barədə bədii ədəbiyyatda, publisistikada, sənədli kinoda kifayət qədər uğurlu nümunələr yaradılsa da, təəssüf ki, kino sahəsində, bədii film formatında hansısa bir örnəyə rast gələ bilmirik. Torpaqlarımızın azadlığına, işğaldan azad edilməsinə gedən yolun başlanğıcı olan Aprel döyüşləri və onun qəhrəmanları sanki kino sahəsinə rəhbərlik edənləri qəti maraqlandırmır. 

Bu il də Aprel döyüşləri haqda bədii film çəkilmədi, yenə də bu Zəfərimizi təbliğ edən filmə rast gəlmədik. 

Bildiyiniz kimi, əvvəlki illərdə İTV-nin sifarişi ilə Aprel döyüşlərindən bəhs edən bir bədii film çəkildi, lakin sonra onu da ekrana buraxmadılar. Səbəb kimi onu göstərdilər ki, çəkilən film Aprel döyüşlərini tam ifadə etmir. Bu gün bizim Aprel döyüşləri ilə bağlı  möhtəşəm bir bədii filmə ehtiyacımız var. Xalq olaraq, bizə Zəfər bəxş edən bu mühüm hadisəni ekranlarda görmək istəyirik. 

Əslində, məsələyə ciddi yanaşılsaydı indiyə qədər o film çoxdan çəkilərdi, çünki ortada kifayət qədər məlumatlar, faktlar, real qələbə var. Ümumikdə yanaşsaq, heç Birinci Qarabağ müharibəsi haqda da normal bir filmimiz yoxdur. Acı da olsa deməliyik ki, ermənilər Qarabağ müharibəsi haqda da, Aprel döyüşləri barədə də öz qondarma, mifik düşüncələri əsasında filmlər çəkib dünyaya yayıblar. Filmlə informasiya müharibəsi aparırlar. Bizim isə onların qarşısına çıxaracaq bir filmimiz yoxdur ki, onun vasitəsilə ermənilərin çəkdikləri filmlərin saxtakarlıqdan başqa bir şey olmadığını ortaya qoyaq. Danışmaqla, yazmaqla heç nə edə bilmərik, ortaya film qoymalıyıq ki, biz ermənilərin təqdim etdiyi kimi deyilik. Başqa bir tərəfdən, Aprel döyüşlərində Azərbaycan igidlərinin göstərdikləri şücaəti, ordumuzun əzəmətini dünya niyə görməli deyil? Görməlidir, gerçəkliyi dərk etməlidir.

44 günlük Vətən müharibəsindən sonra Mədəniyyət Nazirliyi elan etdi ki, qardaş Türkiyə şiurkətlərindən biri ilə Zəfər tariximizlə bağlı serial çəkilir, amma sonda ortaya heç bir nəticə çıxmadı. 

Zəfər tariximiz haqda film çəkməyə pul tapmaq o qədərmi çətindir? 

Məsələ burasındadır ki, kinoya ayrılan vəsaitin özü məişət mövzusunda filmlərə xərclənir, bir dənə də olsun ideoloji, mənəvi yükü olan filmə rast gəlmirik. 

Biz qalib dövlətik, qalib xalqıq, Müzəffər Orduya sahibik. Şəhidlərimizin, qazilərimizin, Ordumuzun haqqını özlərinə qaytarmalıyıq. Gəlin, qardaş Türkiyəyə baxaq, o ölkədə Türkiyə ordusunun, əsgərinin, zabitinin qəhrəmanlığını, gücünü ifadə edən nə qədər filmlər, seriallar çəkilib, adam baxmaqdan doymur, az qala təkrar-təkrar baxırsan. 

Öz özünə sual verirsən ki, bəyəm bizim ordumuz belə filmləri haqq etmirmi? Niyə kinoya rəhbərlik edən qurumlardan səs çıxmır? Niyə Mədəniyyət Nazirliyi bu barədə bir iş görmür? Bu suallar uzun müddətdir ki, cavabsızdır, açıqdır. 

Aprel döyüşləri ilə bağlı bədii filmin, yaxud filmlərin hansı səbəbdən çəkilmədiyini öyrənmək üçün Mədəniyyət Nazirliyinə sorğu göndərdik. Nazirlik sorğumuza cavab verən kimi, onu təqdim edəcəyik.

Görək bu barədə ekspert nə düşünür? 

“İki il əvvəl ermənilərin Aprel döyüşləri haqda çəkdikləri uydurma film...”

Sənətşünas, Moderator.az saytının baş redaktoru  Xəyalə Rais “Bakı-Xəbər”ə şərhində təəssüflə bildirdi ki, Aprel döyüşləri barədə hələ bir filmimiz yoxdur. “Film bir ölkənin dünya arenasında mədəniyyətini, tarixini, siyasətini göstərmək üçün ən gözəl  vasitədir. Azərbaycanın tarixən də, indi də çox istedadlı rejissorları, aktyorları olub və var. Ancaq di gəl ki, onları önə çəkmək, istedadlarından yetəri qədər istifadə etmək bir qədər qəliz məsələyə çevrilib. 

Tarixi filmlərin çəkilməsinə gəlincə isə, müharibə, döyüş səhnələri kifayət qədər büdcə tələb edir. Hər il yeni filmlərin çəkilməsi üçün dövlət tərəfindən büdcə ayrılsa da bu büdcə filmi çəkən rejissora, aktyora, aktrisaya gəlib çatana qədər 10 nəfərdən keçir. Onlardan hər biri bu büdcənin üzərindən öz payını götürəndə, demək olar ki, ortada heç nə qalmır. Elə ortalığa çıxan filmlər kimi. Filmlərdə rol alan aktyorlarla danışanda qeyd edirlər ki, bizə filmdə çəkilməyə geyim belə verilmir. Hər bölümdə öz geyimlərimizlə çəkilirik. Nəyimiz var, onu geyinirik. Halbuki, hesabatda geyimlər üçün də büdcə ayrıldığı vurğulanır. 

Yaxşı film yaxşı sərmayə deməkdir. Bu gün isə filmlərə yalnız dövlət sərmayə ayırır. Özəl şirkət rəhbərləri filmə sərmayə ayırmağı əlavə xərc, daha doğrusu itirilmiş vəsait hesab edirlər. Ondansa bir-iki manıs müğənniciyə dəstək olub onların kliplərini çəkdirib, “Youtube” platformasında ön sıralara çəkməyin onlara daha çox üstünlük bəxş edəcəyini düşünürlər. Hesab edirlər ki, ən azından tarixi filmlərə ayıracaqları böyük büdcələr onlara heç bir şəkildə geri dönüş etməyəcək. 

Onu da qeyd edim ki, film bir siyasətdir. Bizim mədəniyyət adamları isə buna siyasətdən çox iqtisadiyyat kimi baxır, filmə ayrılan büdcədən nə qədər, hansı şəkildə silmək olar deyə.

Məlumat üçünsə deyim ki, ermənilər isə dayanmadan, hələ müharibə gedə-gedə də, müharibədən sonra da Azərbaycan əleyhinə absurd filmlər çəkir, böyük, nüfuzlu beynəlxalq film festivallarına təqdim edir, əksər hallarda da mükafatlar qazanırlar.

İki il əvvəl ermənilərin Aprel döyüşləri haqda çəkdikləri uydurma film ABŞ-ın nüfuzlu 19-cu “Accolade Qlobal Film Yarışması”nda əsas mükafata layiq görülüb. 2022-ci ildə rejissor Roman Muşeqyan tərəfindən çəkilən film “Bahar...” adlanır və 2016-cı ildə baş vermiş Aprel döyüşlərinə həsr olunub. Filmdə ermənilər özlərini soyqırıma məruz qalan tərəf kimi göstərərək, əsl həqiqətləri tamamilə uydurublar. Film “Accolade Qlobal Film Yarışması”nın “Ən yaxşı şou film” nominasiyasında qalib olub”-deyə bildirən X.Rais vurğuladı ki,  Azərbaycan əleyhinə olan uydurma “Bahar... ” filmi həmçinin ABŞ-da “Sərhədsiz Sənədlər” Beynəlxalq Film Festivalında qalib olaraq, “Mükəmməllik Mükafatı”na layiq görülüb, Amerika festivalı “Qlendeyl Beynəlxalq Film Festivalı”nın müsabiqə proqramına daxil edilib. “Çox təəssüf ki, bu gün ermənilər Aprel döyüşləri barədə saxta filmlərlə dünyaya çıxa bilirlər. Əfsuslar olsun ki, bizdə kinoya təbliğat vasitəsi kimi yox, biznes maraqlarından yanaşıldığı  üçün   Aprel döyüşləri ilə bağlı filmimiz yoxdur. Halbuki, bu barədə film çoxdan çəkilməli idi. Hesab edirəm ki, bu məsələyə barmaqarası baxılmamalıdır”-deyə X.Rais bildirdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031