Bu gün AFFA-da yeni prezident seçiləcək
Bu gün AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçiriləcək. Konfransda AFFA-ın yeni prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək. Tədbir saat 10:00-da başlanacaq. Toplantının gündəliyinə konfransın tərkibinin yoxlanılması, AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi, Maliyyə Hesabatları, müstəqil auditorun hesabatı da daxildir.
Son 16 ildə AFFA-ya rəhbərlik etmiş Rövnəq Abdyllayev namizədliyini irəli sürməyib. Bu dəfə yeganə namizəd SOCAR-ın prezidenti Rövşən Nəcəf olduğundan o, AFFA-nın növbəti prezidenti seçiləcək. Beləliklə, R.Nəcəf Fuad Musayev, Ramiz Mirzəyev və Rövnəq Abdullayevdən sonra AFFA tarixində 4-cü prezident olacaq.
Konfransda AFFA İcraiyyə Komitəsinin yeni tərkibi də təsdiqlənəcək.
Mətləb