"Qarabağ" 11-ci dəfə Azərbaycan çempionu oldu
![Image](/uploads/posts/2024-03/1711732456488686918_1200x630.webp)
Futbol üzrə Azərbaycan Premyer Liqasında dördüncü dövrənin növbəti oyunu keçirilib. XXVIII turun ikinci matçında "Kəpəz" və "Qarabağ" komandaları üz-üzə gəliblər. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüş Ağdam təmsilçisinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da xallarını 69-a çatdıran Ağdam təmsilçisi sona 8 tur qalmış 11-ci ölkə çempionluğunu rəsmiləşdirib.
Günün digər oyununda isə "Neftçi" səfərdə "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib.
Mətləb