ABŞ və İngiltərə Moskvadakı terror aktından əvvəlcədən məlumatlı olub? - Serbiya liderindən ŞOK İDDİA...
Serbiya lideri Vuçiç bəyan edib ki, ABŞ və İngiltərə Moskvada baş vermiş terror aktı barədə əvvəlcədən məlumatlı olublar.
"Bu, biz dəfələrlə demişik, lakin çox az adam bunu eşitmək, inanmaq istəyir, çox az adam faktlara baxmağı düşünür. Martın 7-də ABŞ səfirliyi (Moskvadakı) öz vətəndaşlarını ticarət mərkəzlərinə getməməyə çağıranda, ingilislər və digərləri də eyni addımı atdılar. Deməli, bu o deməkdir ki, onların xüsusi xidmət orqanları bəzi danışıqlara qulaq asıb, məlumat alıblar və bilirdilər ki, belə bir hadisə olacaq" - deyə Vuçiç bildirib.
Vuçiç Moskvada baş verən hadisənin əvvəlcədən təxmin edilməz nəticələrə səbəb ola biləcəyini bildirib və Serbiya Milli Təhlükəsizlik Şurasının toplantısını çağırıb. Şuranın iclasının keçirilməsi üçün müxtəlif səbəblərin olduğunu qeyd edən Serbiya prezidenti toplantıda Moskvadakı hücumun da müzakirə olunacağını bəyan edib.
Qeyd edək ki, dünən “Crocus City Hall” kompleksində Rusiya musiqi qrupunun konsertindən əvvəl atışma başlayıb və daha sonra yanğın baş verib. Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da atışma ilə əlaqədar terror aktı maddəsi ilə cinayət işi açıb.
Terror aktı nəticəsində ölənlərin sayı 60-ı ötüb, 100-dən çox insan yaralanıb. Ölənlərin sayının artacağı istisna edilmir.
Bu arada "Reuters" agentliyi DEAŞ-ın "Telegram" üzərindən yaydığı açıqlama ilə hücuma görə məsuliyyəti üzərinə götürdüyünü bildirib. Kremldən isə bildirilib ki, DEAŞ terror təşkilatının Moskvada törədilən terror aktına görə məsuliyyəti üzərinə götürdüyü iddiaları həqiqəti əks etdirmir.
TAHİR