KÖHNƏ VERSİYA            

Ermənistanı fəlakətə sürükləyən Qərb Cənubi Qafqazda sülhə böyük zərbə vurur

Image

“Dünyada Rusiya qədər erməni maraqlarını nəzərə almağa hazır olan ikinci ölkə yoxdur”. Belə bir açıqlama ilə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin çıxış edib. 

O, qeyd edir ki, İrəvan Rusiyadan daha ermənipərəst birini tapa bilməz: “Bunun bir çox səbəbləri var - tarix və qan bağlarından tutmuş regional təhlükəsizlik prioritetlərinə qədər. Ciddi düşünməyin vaxtıdır”. Amma maraqlıdır ki, Rusiyada rəsmi səviyyədə ifadə edilən bu mövqeyə baxmayaraq, Ermənistanda tamam fərqli düşünürlər. İrəvan Rusiyanı Qərbə dəyişməyə hazır olduğunu artıq təkcə sözdə yox, praktiki əməldə də nümayiş etdirir. Qeyd edilən xüsusda Rusiyanın “Voennıy Osvedomitel” portalı olduqca maraqlı məlumat yayıb. Burada qeyd olunur ki, NATO-nun baş katibi Yens Stoltenberq və Ermənistanın baş naziri Nikol Paşinyan arasında İrəvanda keçirilən görüş fonunda olduqca diqqətcəlbedici proseslərin də getdiyi üzə çıxıb. Belə ki, ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenin iştirakı ilə də Paşinyan və Stoltenberqin daha geniş tərkibdə 2024-cü ilin aprelində növbəti görüşünün hazırlandığı barədə məlumat daxil olub: “Ehtimal olunur ki, ABŞ və Avropa İttifaqı Ukrayna ilə Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələr arasında ikitərəfli sazişlər kimi Ermənistana təhlükəsizlik zəmanətləri vermək üçün pakt imzalamağa hazırlaşır. Belə olan halda regionda geosiyasi hadisələr sürətlə inkişaf etməyə başlaya bilər. Əvvəla, Ermənistanın KTMT-də iştirakını “dondurmasından” sonra məntiqi addım ataraq, təşkilatdan qəti şəkildə çıxma prosesinə, eləcə də Rusiyanın Gümrüdəki 102-ci bazasının ləğvinə başlayacaq. Bu da faktiki olaraq müttəfiq qoşunlarının Ermənistan ərazisindən qəti şəkildə çıxarılmasına gətirib çıxarır. Gözlənilir ki, İrəvan tərəfindən artıq qovulmuş Rusiya sərhədçiləri və Rusiya hərbçilərinin yerinə artıq sərhəddə yerləşdirilmiş Avropa Monitorinq Missiyasının tərkibində göndərilə bilən ABŞ hərbçiləri olacaq. Bu, şübhəsiz ki, mümkün olan ən pis variantdır, lakin indi artıq göz qabağındadır ki, Rusiyanın nüfuzu proqressiv şəkildə postsovet məkanından sıxışdırılır, burada Mərkəzi Asiya Qafqazdan sonra növbəti sırada yer alır. Mövcud təhlükəli vəziyyətdə Rusiya hakimiyyəti hələ də münaqişəyə qarışmadan gözləmə mövqeyini davam etdirir, lakin təcrübədən göründüyü kimi, Paşinyanın Fransa və ABŞ kimi Qərb dövlətləri ilə hərbi əməkdaşlığa kəskin dönüş yaratmaq üçün atdığı addımlar yalnız Rusiyanın mövqeyi baxımından pisləşir. Maraqlıdır ki, indi Paşinyanın qorxduğu yeganə arqument Rusiyanın təsiri deyil, hərbi nöqteyi-nəzərdən çox güclü olan qonşu Azərbaycandır”.

Beləliklə, proseslərin gedişi ruslar üçün müsbət heç nə vəd etmir. Amma məsələnin digər tərəfləri də var. Qərbin oyunu regionda dağıdıcı nəticələrə gətirib çıxara bilər. Qərb ölkələri tərəfindən Ermənistana həm maliyyə və iqtisadi, həm də hərbi, mənəvi dəstək göstərilir. Belə olduğu halda sülh üçün Ermənistan heç cür konstruktiv mövqe nümayiş etdirə bilməz. Hadisələrin qeyd edilən səpkidə inkişafı Azərbaycanın maraqlarına cavab vermir və ölkəmizə qarşı atılan addımdır. Ermənistanın 2020-ci ildəki hərbi-diplomatik məğlubiyyətdən sonra revanşist əməllərindən çəkinəcəyi və 10 noyabrda imzalanan üçtərəfli bəyanatın şərtlərini yerinə yetirəcəyi düşünülsə də, gözləntilər özünü doğrultmadı. 4 ilə yaxındır ki, İrəvan öhdəliklərini icra etməkdən boyun qaçırır. Hələ üstəlik hərbi qüvvəsi darmadağın edildiyi halda, müəyyən vaxtlarda təxribat əməllərini də davam etdirir. Bu da Qərbdən gələn dəstəyə görədir. İndi ABŞ və Avropa İttifaqı Ukrayna ilə Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələr arasında ikitərəfli sazişlər kimi Ermənistana təhlükəsizlik zəmanətləri verilməsi də Qərbin daha geniş miqyasda regiona hərbi cəhətdən daxil olması cəhdidir. Bu da regionda hərbi müstəvidə qarşıdurma risqini artırır. Çünki Rusiya və İranın buna sona qədər dözümlü yanaşacağı inandırıcı deyil. Eyni zamanda baş verənlər Qərbin Ukraynadan sonra Qafqazda da Rusiyaya qarşı ikinci cəbhə açmaq cəhdidir. Rusiya Xarici İşlər Nazirliyi artıq açıq mətnlə bildirir ki, Qərb Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq niyyətindədir. Bunun üçün Ermənistan vasitə olaraq seçilib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova əvvəllər bəyan etmişdi ki, Ermənistan hakimiyyəti “Qərbin təhriki ilə” öz xarici siyasətini tamamilə dəyişməyə hazırlaşır: “ABŞ və Aİ Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq istəyir”. 

Bütün bunlar o deməkdir ki, indi Rusiya Ermənistan və Gürcüstan üzərindən Qafqazda ona qarşı ikinci cəbhənin açıla biləcəyindən ehtiyat edir. Uzun müddət ərzində Qərbin sanksiyaları ilə mübarizə aparan İran da indi şimal sərhədlərində, yəni, Ermənistanda Qərblə açıq konfrantasiya şəklinə qədər gəlib çıxıb. Bu vəziyyətin yaranmasının yeganə cavabdehi isə Ermənistandır. 

Qeyd edək ki, İran daim Qafqazda sərhədlərin dəyişdirilməsini özünün qırmızı xətti adlandırıb və prosesin regiondan kənar qüvvələr tərəfindən icra edilməsinə qarşı olmasını bildirib. İndiki vəziyyətdə Avropa İttifaqının müşahidə missiyasının daxilində bölgəyə nüfuz edən Avropanın təmsilçiləri İranın milli maraqlarına birbaşa təhdiddir. Bu, əslində Ermənistanın İrana qarşı xəyanəti kimi də qiymətləndirilir. Ermənistanı uzun illər ərzində hərbi, siyasi və iqtisadi cəhətdən dəstəkləyən İran hazırkı yaranmış vəziyyətdən olduqca narahatdır. Beləliklə, görünən odur ki, ABŞ-ın liderliyi ilə Qərb dövlətlərinin siyasəti Cənubi Qafqazda da vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Bunun üçün Ermənistan vasitə olaraq seçilib. Bu fonda həmin ölkənin tezliklə Suriyaya, Ukrayna və ya Livana çevriləcəyi gözlənilir. Bu, indiki vəziyyətdə Qərbin qucağına qaçan Ermənistanda siyasi və iqtisadi vəziyyətin acınacaqlı olacağı ehtimalını deməyə əsas verir. Rusiyaya qarşı hazırkı münasibət, İranın milli maraqlarına olan təhdidlər, beynəlxalq müşahidəçi adı altında kəşfiyyat sisteminin Ermənistana nüfuz etməsi kimi detallar yaxın zamanlarda başa verə biləcək real siyasi və hərbi proseslərdə bu ölkənin tək olacağına faktiki işarədir. Amma Ermənistan rəhbərliyi hələ də bu reallığı görmək istəmir. 

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031