Fransalı siyasətçi Makronu paylaşdığı fotolara görə tənqid etdi - yenə gülməli vəziyyətə düşdük...
Fransalı siyasətçi və Vətənpərvərlər Partiyasının lideri Florian Filippot prezident Emmanuel Makronun bütün dünya tərəfindən gülüşlə qarşılandığını bildirib.
“Almaniya, Belçika , Avstriya... Bütün dünyada Makrona və onun fotoşəkillərinə gülürlər. Bir daha istehza ilə qarşılandıq, bir daha gülməli vəziyyətə düşdük. Amma belə görünür ki, xoşuna (Makronun – red.) gəlir”, - Filippo X sosial şəbəkəsində yazıb.
O, Makronun paylaşdığı fotoya dünya mətbuatında dərc edilən istehza dolu yazıların bir hissəsini paylaşıb.
Qeyd edək ki, bir müddət öncə Makron boks torbası ilə məşq etdiyi fotolar paylaşıb. Bu, dünya mediası tərəfindən birmənalı qarşılanmayıb.
ZÜMRÜD