Borrell də Makronu "vurdu" - Avropalılar Donbas üçün ölməyəcək, insanları qorxutmayın...
Ukraynaya qoşun yeridilməsi ilə bağlı müzakirələrə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel də qoşulub. Borrell Avropa İttifaqının "Donbas üçün ölməyə getməyəcəyini" deyib.
"Müharibə qaçılmazdır deyib insanları qorxutmağa ehtiyac yoxdur. Ukraynanı dəstəkləməyimiz qaçınılmazdır. Burada məsələ Donbas üçün ölmək deyil, burada məsələ ukraynalıların Donbas xatirinə, bombalananda Kiyev naminə öldürülməməsinə kömək etməkdir” - ali nümayəndə deyib.
O, bildirib ki, Avropa liderləri “çağırışları şişirtməməlidirlər” və müharibənin qaçılmaz olması ilə bağlı öz ölkələrinin sakinlərini qorxutmamalıdırlar: «Avropa liderlərinin qarşılaşdıqları problemlərdən xəbərdar olmaq gərəkdir çağırışları düzgündür, lakin biz mövcud təhdidləri şişirtməməliyik».
"Mən, guya müharibənin qaçılmaz olduğunu söyləyən bəzilərini eşitmişəm. Allaha şükür ki, bu belə deyil. Biz sülh içində yaşayırıq, Ukraynanı dəstəkləyirik, lakin biz bu hərbi əməliyyatların iştirakçısı deyilik ", - o qeyd edib.
O, insanları ehtiyac olmadan qorxutmamağa çağırıb. Onun sözlərinə görə, Aİ gələcəyə hazırlaşmalı, müdafiə sənayemizin imkanlarını artırmalıdır.
«Ukraynanı dəstəkləmək zəruriliyi labüddür», - Borrel əlavə edib.
Qeyd edək ki, Fransa prezidenti Makron Avropa ölkələrinə Ukraynaya əsgər göndərməyi təklif edib. Lakin onun bu təklifini NATO, eləcə də heç bir ölkə dəstəkləməyib.
TAHİR