Kreml Azərbaycanla sərhəddə Aİ missiyasının effektivliyinə şübhə edir - bu, İrəvanın birtərəfli qərarıdır...
Kreml Avropa İttifaqının (Aİ) Ermənistan-Azərbaycan sərhədindəki müşahidə missiyasının effektivliyinə şübhə ilə yanaşır, İrəvanın Bakı ilə razılaşdırılmamış addımlarını isə birtərəfli hesab edir.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan-Azərbaycan sərhədindəki Aİ müşahidəçilərinin sayının artırılması ilə bağlı qərara belə münasibət bildirib: “Belə bir missiyanın potensial effektivliyi şübhə doğurur”.
O qeyd edib ki, İrəvanın addımları Azərbaycan tərəfi ilə razılaşdırılmayıb.
“Məsələ müşahidənin predmetinin nədən ibarət olması və bu missiyanın Azərbaycan tərəfindən tanınıb-tanınmamasıdır. Azərbaycan tərəfi bu missiyanın funksiyalarına tamamilə neqativ yanaşır və orada belə bir mandatın anlayışla qarşılanacağına şübhə edirəm”, - deyə Peskov vurğulayıb.
Onun sözlərinə görə, bu, İrəvanın birtərəfli qərarıdır.
TAHİR