Şairə Natəvanın heykəlini uçurdub terrorçu Teyliryana heykəl ucaldan dövlət...
Məlum olduğu kimi, Fransada Xurşudbanu Natəvana ucaldılmış abidənin təhqir edilməsi hadisəsi baş verib. Bu, sözün əsl mənasında vandallığın pik nöqtəsidir. Özünü Avropanın "beşiyi" sayan Fransada belə halların mütamadi olaraq baş verməsi, artıq rəsmi Parisin sadəcə danışmağa "dilinin qalmamasını" göstərir. “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində bu barədə yazıb. A.Quliyev yazır:
Sivil dövlət deyil ki.....Olsaydı, İnsanlığa dərin dəyərlər bəxş etmək iddiaları böyüdükcə ,siyasi və din tarixində xalqlar əleyhinə törətdiyi qanlı cinayətlər bir o qədər açıq üzə çıxmazdı....Bu dövlətin tarixi fərdlərə və toplumlara qarşı saysız cinayətlərlə doludur, bu gün də davam edir....
Bir şəhərində incə ruhlu Azərbaycan şairəsinin heykəlini insanlığa , ədəb- ərkana və siyasi qaydalara uymayan şəkildə hörmətsiz edir, o biri şəhərində isə terrorçu olduğu 103 il əvvəl məhkəmə yolu ilə sübut olunmuş Soqomon Tehliryan adlı erməniyə təntənəli heykəl açılışı edir.
Şairə Natəvana hörmətsizlik və terrorçunun xatirəsinin əbədiləşdirilməsi heç bir ortaq meyara sığmasa da, " ikiüzlü Yanusun" mənəvi oxşarı sayılan Fransa dövlətinin əsil sifət( sizliy) idir....
Martın 15- də Marsel şəhərində ermənilərin " milli azadlıq hərəkatının qəhrəmanı " kimi qələmə verdikləri Soqomon Teyliryana heykəl qoyublar. Teyliryan əslində kimdir?
Ərzurumda doğularaq törətdiyi cinayətlər üzündən Avropaya qaçmış və 1921- ci ilin 15 martında Berlində Osmanlı dövlətinin sonuncu baş naziri Mehmet Tələt paşanı güllələyərək qətlə yetirmiş əli qanlı bir cani.....Almanların o zamankı ata- babaları isə cani terrorçunu az sonra azadlığa buraxaraq daha bir cinayətə qol qoydular...
Tarixin faktlarından, faktların ittihamından heç kim qaça bilməz ....
Mətləb