Ələsgər Məmmədli və Ruslan İzzətli barəsində həbs qərarı verildi
"Toplum TV"-nin həmtəsisçisi, media eksperti Ələsgər Əhmədoğlu (Məmmədli) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Trend-in məlumatına görə, bu gün Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, Ələsgər Məmmədli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin barəsində d əhəbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb. Ruslan İzzətli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.