"Putin Ukraynada dayanmayacaq" - Bayden
ABŞ Prezidenti Bayden bildirib ki, ABŞ Ukraynadan uzaqlaşsa, Avropa risq altında olacaq. O Konqresə illik müraciətində deyib ki, ABŞ NATO və Avropanın təhlükəsizliyinə sadiq qalacaq.
“Əgər bu otaqda kimsə Putinin Ukraynada dayanacağını düşünürsə, sizi əmin edirəm, o, dayanmayacaq. Əgər biz Ukraynanın yanında olsaq və ona özünü müdafiə etmək üçün lazım olan silahları versək, Ukrayna Putini dayandıra bilər. Ukraynanın tələbi yalnız budur. Onlar Amerika əsgərlərini tələb etmirlər. Ukraynaya yardım bizim dünya liderliyindən uzaqlaşmağımızı istəyənlər tərəfindən əngəllənir” – Amerika Prezidenti bildirib.
TAHİR