KÖHNƏ VERSİYA            

Ermənistan və Rusiya açıq savaş müstəvisinə çıxdılar...

Image

Avropa İttifaqı birbaşa ABŞ-ın sifarişini yerinə yetirir və Ermənistana regiona “giriş nöqtəsi” kimi baxır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanla Avropa İttifaqı arasında münasibətlərin inkişafını şərh edərkən deyib.

Zaxarova qeyd edib ki, Qərb Kiyevə gözəl perspektivlər vəd edərək sonra onu tərk edib. Onun sözlərinə görə, indi də Ermənistan vicdansız Qərb siyasətçilərinin əlində alver predmetinə çevrilməməlidir: “Vaxtı ilə Ukraynanı da Qərb şəbəkələrinə cəlb ediblər, gözəl perspektivlər vəd ediblər, amma aldadıblar. İstəməzdim ki, bu, Ermənistanın başına gəlsin. Ermənistan özünün ən çətin tarixi yolunu keçib. Bu xalq sülh içində yaşamağa layiqdir və vicdansız Qərb siyasətçilərinin əlində alver predmetinə çevrilməməlidir”. Zaxarova əlavə edib ki, Qərb yeni qurban axtarmağa davam edir və bu yeni qurban Ermənistan ola bilər, hansı ki, Qərb onu şirnikləndirəcək, aldadacaq: “Təəssüflər olsun ki, Ermənistanın bir sıra siyasi xadimləri ölkənin Qərb geosiyasətinin, Qərb əyləncəsinin alətinə çevrildiyini düşünmür. Bizim gözümüzün qarşısında kollektiv Qərbin öz konyunktur məqsədləri naminə dövlətləri necə istifadə etmələrinə, daha sonra isə taleyin ümidinə buraxmalarına dair çoxsaylı nümunələr var. Avropa İttifaqı birmənalı olaraq daha heç kəsin etibarlı tərəfdaşı deyil. Bu ittifaqda Amerikanın sifarişini icra edənlər toplaşıb. Ermənistana bu ittifaqda regiona çıxış nöqtəsi kimi baxırlar. Bu da anlaşılandır”. Lakin Rusiyanın bu xəbərdarlıqlarına baxmayaraq, İrəvanda başqa cür hərəkət edirlər. Hətta Rusiyaya qarşı rəsmi səviyyədə müəyyən addımlara da start verilib. Məsələn, Ermənistan Rusiya sərhədçilərinin “Zvartnots” aeroportundan çıxarılması üçün Moskvaya rəsmi məktub göndərib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sözlərinə görə, ölkə rəhbərliyinin mövqeyi ondan ibarətdir ki, Ermənistanın Sərhəd Xidmətinin əməkdaşları İrəvanın “Zvartnots” hava limanında xidmət etməlidir və ölkənin bunun üçün bütün imkanları var. Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın Rusiya sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılmasının vacibliyinə dair səsləndirdiyi fikirləri rəsmi İrəvanın Kremlə qarşı növbəti qeyri-dost davranış nümunəsi kimi qiymətləndirib və bildirib ki, məsələ ilə bağlı Ermənistan hakimiyyətindən heç bir müraciət daxil olmayıb. Daha əvvəl isə Rusiya XİN rəhbəri Sergey Lavrov Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumunun nəticələrinə dair jurnalistlərlə söhbəti zamanı bildirib ki, Ermənistan paytaxtındakı “Zvartnots” hava limanını mühafizə edən rus sərhədçilərinin orada mövcudluğunun mümkünlüyü ilə bağlı İrəvan və Kreml arasında müzakirə aparılmır. Amma indi Ermənistanda fərqli düşünürlər. Onlar Rusiyanı Qərbə dəyişdiklərini daha açıq formada nümayiş etdirir, hətta prezident Vladimir Putini daha açıq şəkildə tənqid hədəfinə çevirirlər. Armen Qriqoryanın fikirləri də bunu təsdiq edir: “Bizi tez-tez Ermənistanla Rusiya arasında münasibətlərin pisləşməsinə səbəb olmaqda ittiham edirlər. Bəs gəlin vəziyyətə daha geniş baxaq və anlamağa çalışaq ki, Rusiya başqa ölkələrlə münasibətlərini korlamayıbmı? Baxsaq görərik ki, Ermənistan kimi nümunələr çoxdur. Rusiya təkcə bizimlə pis davranmır. Əgər bir adamın çoxları ilə pis münasibəti varsa, bu, çoxluğun deyil, həmin adamın problemidir. Biz görürük ki, Rusiyanın hamı ilə münasibətləri heç də hamar deyil”. Ermənistanın Qərbə doğru hərəkət etməkdə ittiham olunmasına toxunan Qriqoryan vurğulayıb: “Hazırda Qərb üçün katalizator Ukraynadakı müharibədir. Bu müharibə nəticəsində NATO bloku genişləndi. Avropa İttifaqı Ukraynadakı müharibədən sonra birləşdi, ABŞ-ın hərbi sənayesi də bu müharibə sayəsində çox intensiv inkişaf edir. NATO ən güclü strukturdur. İndi özümüzə sual verə bilərik: biz Qərbi daha da gücləndiririk, yoxsa bu müharibəni aparmaq qərarına gələn insanlar? Bu kontekstdə biz qərbyönlüləri Ermənistandan kənarda axtarmalıyıq” .

Armen Qriqoryan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Ermənistanın sərhədlərini tanımamaqda ittiham edib. Xatırladaq ki, rəsmi İrəvan daha əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı daxilində fəaliyyətini dayandırdığını bildirib və bunun hüquqi cəhətdən də baş verəcəyini istisna etməyib. Rəsmi Moskva bu mövqeyinə görə İrəvandan izahat tələb edir. Bütün bunlar Rusiya-Ermənistan münasibətlərində artıq geriyə dönüş olmayan bir həddə çatıldığını göstərir. Baş verənləri şərh edən “armenianreport” portalı yazır: “Qərbə arxalanırıq. Amma ölkəni Avropa İttifaqına çətin ki, qəbul etsinlər. Siz onilliklər boyu namizəd statusunda yaşaya bilərsiniz - Balkan ölkələrinin və ya Türkiyənin nümunəsi gözünüzün qabağındadır. Bundan əlavə, təəssüf ki, Şərq qonşumuzla həll olunmamış münaqişəmiz var. Azərbaycan bizdən Zəngəzur dəhlizinin açılmasını, eləcə də anklavların onun nəzarətinə keçməsini tələb edir. Bakı da Qarabağ uğrunda mübarizəni təsbit edən Ermənistan Konstitusiyasından bu halın çıxarılmasını istəyir. Bəli, regionda müharibə istisna deyil. Cənubi Qafqazın təpələri yenidən mərmi və raketlərin gurultusundan, pilotsuz təyyarələrin çığırtısından silkələnə, yer üzü yenidən qana boyana bilər... Beləliklə, biz Aİ-yə daxil olmaq istəyirik. Ötən gün spiker Alen Simonyan buna eyham vurub və “Qraparak” qəzetinin yazdığına görə, Paşinyan bu barədə tərəfdarları ilə danışıb. Bu, əlbəttə ki, yaxşıdır, lakin ilk növbədə, biz Avropaya inteqrasiya prosesləri ilə deyil, təhlükəsizlik məsələləri ilə məşğul olmalıyıq. KTMT məsələsi, məncə, müzakirəyə dəyməz. Burada hər şey aydındır. Rusiyanın xarici işlər naziri Lavrov bizdən “ortaq strukturlarda, o cümlədən KTMT-də iştirakla bağlı” cavab tələb edir. Düşünürəm ki, qocanın xahişini yerinə yetirməli, yollarımızın ondan ayrıldığını söyləməli və təşkilatımıza xoşbəxt gələcək arzulamalıyıq. Amma göz qabağındadır ki, Moskva bu məsələni belə buraxmayacaq. Və biz, bəlkə də, KTMT ilə vidalaşdıqdan sonra yaxın günlərdə Nerkin Hand kəndi ərazisində baş verənlər kimi sərhəddə vəziyyətin fəsadlarını gözləməliyik. Deməli, bir daha deyirəm, birinci həll edilməli olan məsələ təhlükəsizlik məsələsidir. Bizə yeni çətir lazımdır və o, NATO-nun çətiri olmalıdır. Politoloqlardan birinin dediyi kimi, Aİ təhlükəsizliyin təminatçısı deyil, Aİ təhlükəsizliyin istehlakçısıdır və bu təhlükəsizliyi NATO təmin edir. Bunu dolayısı ilə sərhəddəki Aİ missiyası da sübut edir: bəli, avropalıların durbinləri var, amma təəssüf ki, silah yoxdur. Sizə doğrusunu deyim, Avropaya inteqrasiya gözləyə bilər. Və hətta "bizsiz" də gözləyə bilər. İndi onlar bizim evimizə soxularkən bizim prioritetimiz Ermənistanın sərhədlərinin toxunulmazlığını təmin etmək olmalıdır. Ona görə də NATO ilə tərəfdaşlıq haqqında mümkün qədər tez bir zamanda birbaşa danışıqlara başlamaq düzgün olardı ki, bu da təkcə Silahlı Qüvvələrimizin yenidən silahlanması və yenidən hazırlanması proqramı deyil, həm də müəyyən müttəfiq öhdəlikləri ehtiva edir. Təəssüf ki, tək olduğumuz halda güclü ola bilmərik. Bizim geosiyasi rütbəmizi gücləndirməyin alternativi yoxdur. Şimali Atlantika Alyansı (hərbi mənada) və Aİ (siyasi mənada) ilə ittifaq olmadan bu nəticə verməyəcək. Amma yuxarıda yazdığım kimi, indiki tarixi məqamda hərbi əməkdaşlıq siyasi əməkdaşlıqdan qat-qat yüksəkdir. Bizim vəzifəmiz bu tufana tab gətirməkdir”.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031