KÖHNƏ VERSİYA            

Avrokomissiya rəhbərinin İlham Əliyevə təbriki erməniləri çıldırtdı...

Image

“Yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə sizi təbrik edirəm. Bu, Avropa İttifaqının bütün vətəndaşlarımızın maraqları naminə Şərq Tərəfdaşlığı çərçivəsində əhatə olunan ikitərəfli dialoqumuzun və bütün sahələrdə regional əməkdaşlığımızın, o cümlədən rifah və yaxşı idarəetmə prinsiplərinin möhkəmləndirilməsinə sadiqliyini vurğulamaq üçün münasib fürsətdir”. 

Bu fikirlər Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin prezident İlham Əliyevə təbrik məktubunda yer alıb.

Ursula Fon der Lyayen qeyd edir ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunda davamlı sülhə və sabitliyə, həmçinin regional əməkdaşlığa və əlaqələrə təkan vermək istiqamətində işləməyə sadiqdir: “Mən 2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını - COP29-u səbrsizliklə gözləyirəm. Bu, şübhəsiz ki, iqlim və enerji keçidi gündəliyinin irəlilədilməsində Azərbaycanın liderlik nümayiş etdirməsi baxımından əla fürsət olacaq”. Avropa Komissiyasının prezidentinin təbrik məktubu Ermənistanda ciddi qısqanclığa səbəb olub. Bununla bağlı “armenianreport” portalı yazır ki, Avropa Komissiyasının rəhbəri, Ermənistanın iddialarına baxmayaraq, Azərbaycanın davamlı sülhün bərqərar olunmasındakı rolundan danışır: “Amma xüsusilə simvolik olan odur ki, fon der Lyayenin məktubu Rusiyanın baş naziri Mixail Mişustinin Azərbaycana iki günlük səfərə gəldiyi gün Bakı mətbuatında dərc olunub. Danışıqlar zamanı Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlər nəzərdən keçirilib. Enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və digər sahələrdə birgə layihələrin təşviqinə xüsusi diqqət yetirilib. Görüşlərin və danışıqların yekunu olaraq bir sıra hökumətlərarası və idarələrarası sənədlər də imzalanacaq. Mişustin artıq Azərbaycana səfəri zamanı bəyan edib ki, “Rusiya Federasiyası Azərbaycanla əməkdaşlığın gücləndirilməsində “səmimi maraqlıdır”. Rusiya hökumətinin başçısı qarşılıqlı sərmayənin səviyyəsinin artırılmasını da Moskva və Bakının vəzifələrindən biri adlandırıb. Mişustin artıq Bakıda Azərbaycanın baş naziri Əli Əsədovla görüşüb. “Dost ölkələrlə, o cümlədən Rusiya Federasiyası ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin mühüm prioritetlərindən biri olaraq qalır. Biz Rusiya ilə mehriban qonşuluq münasibətlərini, qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlığı daha da möhkəmləndirməyə və genişləndirməyə yönəlmişik”, - Əsədov bildirib. Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin İlham Əliyevə təbrik məktubu yazdığı bir vaxtda Aİ-nin bir dəstə sanksiya tətbiq etdiyi Rusiyanın baş naziri Bakıda təmtəraqla qarşılanır. Rusiya Dmitri Medvedyevin ağzı ilə bir çox Avropa ölkələrini məhv etməklə hədələyir. Bakı və Moskvanın birgə Ermənistana hərbi-siyasi təzyiq planı hazırlaması ilə bağlı güclü şübhələr var”.

Onu da qeyd edək ki, bundan əvvəl Avropa Şurasının baş katibi Mariya Peyçinoviç, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, eləcə də bir çox Qərb rəsmiləri prezident İlham Əliyevi təbrik edb. Bu təbriklərdə xüsusi diqqət edilən məqamlar sırasında Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin müxtəlif aspektləri, xüsusilə energetika və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Həmçinin COP29-un Azərbaycanda keçirilməsi və bu çərçivədə Avropa İttifaqı ilə ölkəmiz arasında əməkdaşlıq məsələləri də daim xüsusi diqqət mərkəzində yer alıb. Daha bir mühüm nüans odur ki, yeni geosiyasi çağırışlar Avropa İttifaqı üçün enerji konsepsiyası məsələsini son dərəcə aktual edib. “Politico” nəşri isə Avropa Komissiyasının hazırladığı daxili sənədə istinadən yazır ki, qurum Avropa İttifaqının gələn il qışda enerji qiymətlərinin artması ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib. Sənədə görə, Avropa Komissiyası bildirir ki, Rusiya qazının Ukrayna ərazisindən tranzitini nəzərdə tutan sazişin müddəti uzadılmasa gələn qış qiymətlər arta bilər. 2024-cü ilin sonunda Moskva ilə Kiyev arasında 2019-cu ildə imzalanmış 5 illik qaz tranziti müqaviləsinin müddəti başa çatır. Bu saziş uzadılmasa, Aİ ümumi qaz idxalının təxminən 5%-ni itirəcək ki, bu da əsasən Mərkəzi və Cənub-Şərqi Avropaya təsir edəcək. Bu şəraitdə Avropanın Azərbaycana ehtiyacı və Azərbaycanın strateji əhəmiyyəti daha da artıb. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında səsləndirilən fikirlər və təkliflər də bunu təsdiqləyir. Avropa İttifaqının 23 ölkəsinin, bir sıra beynəlxalq təşkilatların və Avropanın maliyyə qurumları nümayəndələrinin qatıldığı bu mötəbər tədbirin məhz Bakıda keçirilməsi Azərbaycanın etibarlı, ciddi və böyük uğurlara imza atmış tərəfdaş ölkə olmasının göstəricisi idi. O səbəbdən Avropa, Ermənistanın bütün narazılığına baxmayaraq, bundan sonra da Azərbaycanla işləməkdə davam edəcək. Hətta bu işbirliyinin daha da dərinləşməsi tamamilə gözləniləndir. Ermənistanın da bu reallığı mütləq nəzərə alması vacibdir.

Nahid SALAYEV







VİDEO

Paşinyan Azərbaycanla kiçik müharibə ssenarisi üzərində işləyir... - VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Azərbaycan daha bir Avropa ölkəsinin enerji təhlükəsizliyini üzərinə götürdü...

İran Azərbaycanın tibb və doktorantura diplomlarını etibarsız saydı - rəsmi cavab veriləcəkmi?

51 milyon manat Azərbaycandan necə gizlədilib?..

SON XƏBƏRLƏR

02.12.2024 | 23:09
Fransada Makronun hökuməti devrilə bilər - müxalifət hazırlıqlara başladı...

02.12.2024 | 22:35
Emin Ağalarov Azərbaycan–Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri seçildi

02.12.2024 | 21:38
Ceyhun Bayramov Gürcüstanın yeni XİN rəhbəri ilə danışdı

02.12.2024 | 21:10
Paşinyanın Putinə qarşı yeni gedişləri - Moskva isə hələ də İrəvanı müttəfiq sayır...

02.12.2024 | 20:54
Azərbaycan daha bir Avropa ölkəsinin enerji təhlükəsizliyini üzərinə götürdü...

02.12.2024 | 20:39
ABŞ, Türkiyə, Rusiya, İran və İsrail Suriyanı bölüşdürür - Əsədin sonu çatdı...

02.12.2024 | 20:25
Gürcüstan diplomatları Qərbin təzyiqləri altında istefa edir?..

02.12.2024 | 20:12
Gürcüstanda köhnə prezident getmir, yenisi gələ bilmir - Qərb prosesləri buxovladı...

02.12.2024 | 19:57
Rusiya “İctimai forumla” Ermənistandan nə qoparmaq istəyir...

02.12.2024 | 19:43
Tramp dolların qlobal iqtisadi hegemonluğunu güzəştə getməyəcək... İş başladı...

02.12.2024 | 19:29
Dini-milli tolerantlıq dinamik tərəqqinin təməl sütunlarından biridir - Azərbaycan nümunəsi...

02.12.2024 | 19:16
Bayden hökuməti oğlunun xatirinə ABŞ demokratiyasını rüsvay etdi - həm də gedər ayaqda...

02.12.2024 | 19:02
Avrokomissiyanın sədri dəyişildi - Azərbaycana münasibət də dəyişəcəkmi?

02.12.2024 | 18:48
Tiflisdəki proseslərin başında duran Qərb rezidenti məlumdur...

02.12.2024 | 18:40
YAP bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Qərargahı yaratdı

02.12.2024 | 18:35
Azərbaycan Tiflisdə Qərbin qarmaqarışıq oyunlarına laqeyd ola bilməz - bu səbəblərdən...

02.12.2024 | 18:30
"Bakı-Xəbər"in əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi oldu

02.12.2024 | 18:21
Suriyanın Hələb şəhərində maraqlı hadisə - Hafiz və Bəşər Əsədlərin fotosu.....

02.12.2024 | 18:21
Şəkər testləri 1 aydır apteklərdən yoxa çıxıb - xəstələr təlaşda…

02.12.2024 | 18:19
Uşaq Paralimpiya Oyunları keçiriləcək

02.12.2024 | 18:08
ABŞ-ın Gürcüstana daha güclü təzyiqləri başladı...

02.12.2024 | 18:03
Paşinyan Azərbaycanla kiçik müharibə ssenarisi üzərində işləyir... - VİDEO

02.12.2024 | 17:55
İran Azərbaycanın tibb və doktorantura diplomlarını etibarsız saydı - rəsmi cavab veriləcəkmi?

02.12.2024 | 17:41
Tiflisdəki prosesləri Qərbə bağlı bu qurumlar qızışdırır...

02.12.2024 | 17:33
Kamalə Abiyevanın yeni kitabları çapdan çıxdı...

02.12.2024 | 17:28
51 milyon manat Azərbaycandan necə gizlədilib?..

02.12.2024 | 17:16
Ukraynanın itirdiyi torpaqları geri almaq üçün kifayət qədər gücü yoxdur - Zelenskidən etiraf...

02.12.2024 | 17:10
Makron 80 il əvvəl Seneqalda törətdikləri genosidi bu səbəbdən etiraf etməli oldu...

02.12.2024 | 16:57
Türkiyə ilə Rusiya Suriyada üsyançılara görə toqquşa bilərlər...

02.12.2024 | 16:34
Bu dairələrin seçiciləri bələdiyyə seçkisində səs verə bilməyəcəklər...

02.12.2024 | 16:16
Seçiləcək bələdiyyə üzvlərinin sayı açıqlandı

02.12.2024 | 15:58
NATO Rusiya sərhədi yaxınlığında böyük təlimlərə başlayır...

02.12.2024 | 15:52
Bayden oğlunu əfv etməklə özünü daha da qara günlərə atdı...

02.12.2024 | 15:44
Külli miqdarda ixrac pulunu ölkəyə qaytarmayan daha bir qrup şəxs məsuliyyətə cəlb edildi

02.12.2024 | 15:28
Bakıda 251 min dollarlıq dələduzluq - DİN əməliyyat keçirdi

02.12.2024 | 14:32
Prezident yeni bələdiyyə sədrinin seçilməsi ilə bağlı qaydaları təsdiqlədi

02.12.2024 | 14:27
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni vəzifələr verildi

02.12.2024 | 14:15
"Bakıda Qərbi Azərbaycan mövzusunda beynəlxalq tədbir keçiriləcək" - Əhliman Əmiraslanov

02.12.2024 | 13:50
İrandan Rusiyaya narkotik daşıyanlar Astara gömrüyündə "ilişdi"...

02.12.2024 | 13:37
Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar həbs edildi - FOTO

02.12.2024 | 13:24
Tiflisdə müxalif partiya sədri həbs edildi...

02.12.2024 | 13:03
"Генерал" Норат Тер - Григорьянц , зачем таскаешь этот ералаш на плечах? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

02.12.2024 | 12:47
Bakı və Sumqayıtda avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlandı

02.12.2024 | 12:34
“Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlandı

02.12.2024 | 12:07
Qərb Ermənistan üçün sülh qapısını bağlayır

02.12.2024 | 12:00
Qubada 4 nəfər narkotikaya görə həbs olundu

02.12.2024 | 11:30
Azərbaycanda uşaq hüquqları barədə konsepsiya hazırlanır

02.12.2024 | 11:15
Yenə "Neftçi", yenə antirekord - 20-ci dəfə böük hesabla məğlub olub...

02.12.2024 | 11:14
Prezident İlham Əliyev milli bayram münasibətilə laoslu həmkarını təbrik edib

02.12.2024 | 11:10
Qida Təhlükəsizliyi Agentliyinin sədri sahibkarlarla görüşəcək

02.12.2024 | 11:10
Prezident İlham Əliyev BƏƏ-nin dövlət başçısını təbrik etdi

02.12.2024 | 11:09
Almaniya kansleri Kiyevə gəlib -TƏCİLİ

02.12.2024 | 11:05
"Hər 4 məktəblidən biri zorakılığa və psixoloji təsirlərə məruz qalır" - UNİCEF

02.12.2024 | 11:03
Azərbaycana qarşı təhlükəli oyun. Türkmənçay müqaviləsi ətrafında Moskva-İrəvan kombinasiyası - CANLI

02.12.2024 | 11:00
Yol polisi yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

02.12.2024 | 10:59
Şahbuzda qarın hündürlüyü 17 sm-ə çatıb – FAKTİKİ HAVA

02.12.2024 | 10:44
Prezident İlham Əliyev Qvineya-Bisau Respublikasının nümayəndə heyətini qəbul edib

02.12.2024 | 10:20
Hindistan bu ölkə ilə sərhədə 2 min təhlükəsizlik qüvvəsi yeridib

02.12.2024 | 10:15
Yasamalda avtomobil piyadanı vurub

02.12.2024 | 10:10
Balakəndə evində külli miqdarda narkotik vasitələr saxlayan şəxs yaxalanıb

02.12.2024 | 10:05
Silah istehsal edən şirkətlərin gəlirləri kəskin artıb - söhbət milyard dollarlardan gedir...

02.12.2024 | 10:00
Bu gün Bakının bu hissələrində qaz olmayacaq- XƏBƏRDARLIQ

02.12.2024 | 09:30
"Gəncliyimə, xatirələrimə gedirəm” - Cəbrayıla qayıdan sakin

02.12.2024 | 09:20
Bayden oğlunu əfv etdi, Tramp bu qərarı QINADI!

02.12.2024 | 09:15
"Qalatasaray" Arda Turanın komandası ilə bacarmadı

02.12.2024 | 09:10
Almaniyada terror törətməyə hazırlaşan 17 yaşlı gənc yaxalandı

02.12.2024 | 09:05
Bu yolda bəzi zolaqlar üzrə sürət həddi endirilib - sürücülərə XƏBƏRDARLIQ

02.12.2024 | 09:00
Daha 34 ailə Cəbrayıla köçürüldü

02.12.2024 | 08:30
Ronaldo məşhur blogerə 1 milyon dollar qazandırdı

01.12.2024 | 23:10
İsrailli general ABŞ və Körfəz ölkələrini Əsədi müdafiə etməyə çağırdı - qatil, diktator olsa da, İsrail üçün sərfəlidir...

01.12.2024 | 22:23
Putin 2007-də "pivə içdiyi" üçün G8 sammitinə gecikib? - Merkelin iddiasına Kremldən reaksiya gəldi...

01.12.2024 | 21:50
Gürcüstanda aksiyalar zamanı parlament binasını yandırmağa çalışan Britaniya vətəndaşı tutuldu...

01.12.2024 | 21:15
Azərbaycan derbisi - "Qarabağ" "Neftçi"yə böyük hesabla qalib gəldi

01.12.2024 | 20:41
Əsədin Türkiyəyə təcili heyət göndərdiyi xəbəri yayıldı - Antalyada Dəməşq-Ankara görüşü gözlənilir...

01.12.2024 | 20:16
Suriyanın nə süverenliyi, nə də dövlət şərəfi qaldı....

01.12.2024 | 20:00
Tramp BRİCS ölkələrini hədələdi - dollara alternativ valyuta yaratsaz...

01.12.2024 | 19:25
Suriya azı 4 yerə bölünəcək ...Əsəd "keçi qiymətinə" satılır...David koridoru gerçəkləşə bilər....

01.12.2024 | 19:20
Mingəçevirdə şəhid Fuad Xankişiyevin döyüş yoludan bəhs edən “Mən Gedirəm” kitabının təqdimatı keçirildi

01.12.2024 | 17:31
Kobaxidze Zurabişviliyə mesaj göndərdi - vəzifənizi tərk edəcəksiz, təkrar seçki olmayacaq...

01.12.2024 | 16:54
Zelenski NATO qarşısında Putinin də qəbul etməyəcəyi şərt qoydu - bunu edin, müharibəni dayandıraq...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031