Azərbaycan ilə TürkPA arasında yerləşmə haqqında Sazişə dəyişikliklərə dair Protokol təsdiqləndi
“Azərbaycan Respublikası Hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katibliyi) arasında yerləşmə haqqında Saziş”ə dəyişikliklər edilməsinə dair Protokol” təsdiqlənib.
Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.
Qeyd edək ki, Saziş bu il iyunun 8-də Bakı şəhərində imzalanıb.