1500 reyslə silah gətirdik, Bakı hamısını əlimizdən aldı - Ermənistanın sabiq müdafiə naziri
Rusiyadan, həm də digər ölkələrdən silah almaq üçün ən azı 1500 uçuş həyata keçirdik. Trend xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə naziri, parlamentdəki “Ermənistan” blokunun rəhbəri Seyran Ohanyan bildirib.
O qeyd edib ki, silah almaq üçün 1500 uçuşu nazir olduğu müddət ərzində həyata keçirib.
"Onların arasında 3 ədəd S-300 sistemi var idi, sonra onların sayı 6 oldu. “İsgəndər”, “Toçka U”, “Smerç” sistemləri, təxminən 160 ədəd tank aldıq. Silahlarımızın böyük bir hissəsini qənimət olaraq Azərbaycan tərəfinə verdilər", - deyə o əlavə edib.
Ohanyan "Azərbaycan tərəfinə verildi" deyərkən, 20 sentyabr 2023-cü ildən sonra təhvil verilən silahları nəzərdə tutub-tutmadığını isə bu cür cavablandırıb: "Xeyr, bütün müharibə boyu".