TƏCİLİ: İsrail ordusu Əl-Şifa xəstəxanasında əməliyyata başladı!
İsrail ordusu Qəzza zolağının ən böyük xəstəxanası olan Əl-Şifa ərazisində əməliyyata başlayıb. Ordunun rəsmi açıqlamasında deyilir ki, kəşfiyyat məlumatlarına və əməliyyat zərurətinə əsaslanaraq, İsrail ordusu Əl-Şifa xəstəxanası ərazisində HƏMAS-a qarşı dəqiq və məqsədyönlü əməliyyat keçirir.
Qeyd olunur ki, xəstəxanadakı əməliyyatda iştirak edən ordu qüvvələri arasında “bu çətin və həssas mühitdə HƏMAS-ın canlı qalxan kimi istifadə etdiyi mülki şəxslərə zərər verməmək üçün” xüsusi təlim keçmiş tibbi qruplar və ərəbdilli şəxslər var.
Mətbuat xidməti yazır ki, İsrail dəfələrlə HƏMAS-ın xəstəxanadan hərbi istifadəsinin "onun beynəlxalq hüquq çərçivəsində qorunan statusunu təhlükə altına qoyduğu barədə xəbərdarlıq edib və bu qeyri-qanuni sui-istifadəni dayandırmaq üçün kifayət qədər vaxt verib".
Mətləb