KÖHNƏ VERSİYA            

Fransa Avropada antisemitizmin əcaib qalasına çevrilir...

Image

Qərbdə, xüsusən də Avropada antisemitizm və islamofob insidentlərin sayı İsrail ilə HƏMAS arasında münaqişə başlayandan bəri xeyli artıb. Hazırda bir çox Avropa ölkəsində, o cümlədən Fransa və Almaniyada nifrət zəminində cinayətlərin sayında ciddi artım qeydə alınır. 

Cinayətlərə daha çox, onlayn və əmlaka zərər verən hərəkətlər də daxil olmaqla, fərdlərə və ya qruplara qarşı yönəlmiş irqi və ya dini səbəblərdən baş verən insidentlər daxildir.

Indi iş o yerə çatıb ki, Avropa Komissiyası Avropa İttifaqı daxilində antisemitizmlə bağlı insidentlərin artmasını tənqid edib. Qurum bu xüsusda bildirir: “Son bir neçə gündə Avropada antisemitizm hadisələrinin artması tarixin qaranlıq bir dövrünü xatırladan qeyri-adi səviyyəyə çatıb. Bu gün Avropa yəhudiləri yenidən qorxu içində yaşayır”. Qeyd olunur ki, bu yaxınlarda Almaniyada sinaqoqa “Molotov kokteyli” atıblar, Fransada isə evlərin fasadlarına “David ulduzları” çəkiblər. Bundan başqa, Avstriyada yəhudi qəbiristanlığı təhqir edilib, İspaniyada yəhudi mağaza və sinaqoqlarına hücum olunub. Vurğulanır ki, nümayişlər zamanı tez-tez antisemitizmlə bağlı şüarlar eşidilir. Fransada bu hallar özünü getdikcə daha qabarıq büruzə verir. Ümumiyyətlə, Fransanın HƏMAS-İsrail müharibəsində tutduğu mövqe heç də birmənalı deyil. Livan siyasi, ictimai, mədəni və başqa baxımlardan bu ölkənin nəzarəti altındadır. Ancaq Paris, nədənsə, “Hizbullah”ın İsrailin ərazisinə hücumuna mane ola bilmir. Halbuki, bu qruplaşmanın fəaliyyəti HƏMAS-a yardımdır. Son illər Fransada antisemitizm meylləri güclənib. Elə Yelisey sarayının himayə etdiyi Ermənistanda da İsrailə qarşı çıxışlar olur. HƏMAS İsrailə hücum etməzdən 4 gün öncə İrəvanda Ümumdünya yəhudi mərkəzi hücuma məruz qalmışdı. Odur ki, Fransanın himayəsi altında olan Livan və Ermənistan İsrailə qarşı mövqe tutur. Bunlar fonunda, təbii ki, prezident Emmanuel Makronun yəhudi dövlətinə və Fələstinə səfəri və hər iki tərəflə bağlı verdiyi “barışdırıcı” çıxışı isə daha çox riyakarlıqdır. Düzdür, bəzi fransız siyasətçilər Qəzzada İsrail-HƏMAS müharibəsi fonunda antisemitizmin artmasına etiraz etmək üçün Parisdə on minlərlə insana qoşulublar. Fransanın baş naziri Elizabet Born, bir sıra solçu partiyaların nümayəndələri və ifrat sağçı lider Marin Le Pen ötən bazar günü Fransa paytaxtında sərt təhlükəsizlik tədbirləri şəraitində keçirilən yürüşdə iştirak ediblər. Amma onu da qeyd edək ki, son bir ay ərzində ölkə üzrə yəhudilərə qarşı 1000-dən çox zorakılıq aktı qeydə alınıb. Makron da bundan narahatlığını xalqa müraciətində bu sözlərlə bildirmişdi:  “Fransada yaşayan yəhudilər qorxu içindədirlər. Yəhudilər uşaqlarını məktəbə aparmağa, gec saatlarda evə qayıtmağa qorxurlar. Yəhudilərin həyatları üçün qorxu hissi keçirdikləri ölkə Fransa olmamalıdır. Bu, həmin Fransa deyil!”. Amma belə vəziyyət də elə Makronun həm xarici, həm də daxili siyasətdə ciddi yanlışlıqlara yol verməsi üzündən yaranıb.

Qeyd edək ki, Fransada antisemitizmlə yanaşı, islamofobiya halları da artıb. İslamofobiya anlayışı Fransanın siyasi leksikonunda gündən-günə daha da möhkəmlənir. Fransa islamofobiyanı radikal siyasətin və sosial elitanın mərkəzindən kənara nəinki qovmur, hətta geniş əhali arasında yayır, xarici siyasətində dünyanı bölmək üçün hakim bir konsepsiya kimi islamofob toxumlar səpir.  Indi bunlara antisemitizm də əlavə olunur. Almaniyada da vəziyyət qeyd edilən istiqamətdə pisləşməyə doğru gedir. Almaniyanın iqtisadiyyat naziri Robert Habek isə etiraf edir ki, Avropada antisemitizmin yeni dalğası qorxulu görünür: “Antisemitizmin miqyası qorxuludur. Bizim tarixi məsuliyyətimiz var və hansı formada olursa olsun, antisemitizmin Almaniyada yeri olmamalıdır”. Almaniyanın sağ mərkəzçi bloku antisemitizm cinayətlərinə görə məhkum olunmuş əcnəbi cinayətkarları deportasiya etməyə çağırıb. Sağçı partiyaların Bundestaqa təqdim etmək istədikləri qanun layihəsinə əsasən, antisemitizm cinayətinə görə məhkumluq ən azı 6 ay həbs və Almaniyada humanitar müdafiənin rədd edilməsi və ya itirilməsi ilə nəticələnməlidir ki, bu da adətən deportasiya ilə nəticələnir. Təklifdə deyilir ki, Almaniya pasportu almaq istəyən hər kəs İsrail dövlətinin mövcud olmaq hüququnu dəstəklədiyini bəyan etməlidir. Siyasətçilər deyir ki, ərizəçinin antisemit münasibətinin real, sarsılmaz əlamətləri varsa, o zaman proses açıq şəkildə istisna edilməlidir. Qanun layihəsinə görə, antisemit cinayət törədilərsə, ikili vətəndaşlığı olan şəxslər Almaniya vətəndaşlığını itirəcəklər. Berlinin meri Kay Veqner isə bildirir ki, Fələstin tərəfdarlarının keçirdikləri nümayişlər və yəhudi müəssisələrinə hücumlar Almaniyada antisemitizm probleminin mövcud olmasını sübut edir. Veqner qeyd edib ki, Almaniyada yaşayan hər kəs bilməlidir ki, bu ölkənin cəmiyyəti açıq və çoxmillətlidir. Şəhər rəhbəri vurğulayıb ki, bu cəmiyyətdə nifrətə, antisemitizmə və İsrail əleyhinə təhriklərə yer yoxdur. Bundan əlavə, Berlin meri Almaniya rəhbərliyinin yürütdüyü cəmiyyətdə antisemit əhvali-ruhiyyənin artmasına səbəb olan miqrantların inteqrasiya siyasətindən də şikayətlənib.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031