KÖHNƏ VERSİYA            

Cənubi azərbaycanlılar ana dilində təhsildən imtina ediblər? - İran kanalları daha nə uyduracaq?..

Image

Məcid Cavadi Araz: “Azərbaycan türklərinin ana dilində təhsil alması məsələsini fars milliyyətçiliyi, zehniyyəti, hegemonluğu özü üçün çox böyük təhlükə kimi görür, ona görə də bu cür yalan iddialar səsləndirirlər”

Molla rejimi uzun illərdir ki, Güney azərbaycanlıların öz ana dillərində təhsil almaq, yazıb-oxumaq haqqını tanımaq istəmir. Baxmayaraq ki, soydaşlarımız bu məsələdə ortaya ciddi iradə qoyur, tələblər irəli sürür, bununla belə yenə də Tehran rejimi bu siyasətindən əl çəkmir. 

Maraqlıdır ki, molla rejiminin yürütdüyü bu siyasəti panfarsist media qurumları da ciddi cəhdlə dəstəkləyir.

Azad İran Telegram kanalının yazdığına görə, İranın antiazərbaycan təbliğat maşını olan “Səhər” telekanalının aparıcısı İranda yaşayan türk əhalisinin Azərbaycan türkcəsində təhsil almaq hüququndan məhrum edilməsinə haqq qazandıraraq, “İran türkləri öz dillərində məktəbin olmasına ehtiyac duymurlar. Yəni təzyiq altında qalan, haqları tapdanan insanlar çevrəsində deyillər ki, onu ictimai hüquq kimi tələb etsinlər”, - deyə iddia edib.

Kanal qeyd edir ki, aparıcının bu iddialarına baxmayaraq, Güney azərbaycanlılar “Traktor” futbol komandasının oyunlarında davamlı olaraq “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!” şüarını səsləndirirlər. 

"Səhər" kanalı niyə güneyli soydaşlarımızın ana dilində təhsil almasına qarşı çıxır? Guya türk dilində məktəbə ehtiyac yoxdur və sair. Bunların bu cür yanlış mövqe göstərməkdə  məqsədləri nədir? Türk dilində məktəblərin açılması bunları niyə qorxudur?

“...Bunların ikisi də tamamilə yanlış təsbitlər və iddialardır” 

Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi Araz “Bakı-Xəbər”ə şərhində bildirdi ki, “Səhər” televiziya kanalı hər zaman antiazərbaycan təbliğatı aparır: “Bu kanal hər zaman istər Azərbaycanın Quzeyinə, istərsə də Güneyinə qarşı qərəzli yanaşmalar sərgiləyir, təxribat xarakterli təbliğat aparır. Bu səfər də deyib ki, İran nüfusunun 100-də 40 faizini təşkil edən Azərbaycan türkləri öz ana dillərində təhsil almaq istəmirlər, çünki onlar özlərini əzilən və dışlanan bir xalq kimi görmürlər. Təbii ki, bunların ikisi də tamamilə yanlış təsbitlər və iddialardır. İran rejimi, başqa məsələlərdə olduğu kimi, bu məsələdə də öz çıxarlarını, ideoloji baxışlarını, öz maraqlarını zorla topluma qəbul etdirməyə çalışır. Əslində elə bir şey yoxdur. Hər iki iddianın əksini göstərən çox ciddi faktlar, gerçəkliklər var. Məsələn, “Traxtor”un oyunlarında və başqa idman yarışlarında təkcə Təbrizdə deyil, Azərbaycanın digər şəhərlərində də - Ərdəbildə, Urmiyada, Zəncanda və sairdə, hətta Tehranda   belə şüarlar səsləndirilir. O şüarlar çoxdur, amma onlardan biri xüsusi seçilir və hər zaman “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!” şüarı səsləndirilir. Bu istisnasız olaraq bütün idman yarışlarında səsləndirilən bir şüardır. Bu fakt yeganə deyil, yüzlərlə, minərlə tələbə, ziyalı, alim, ictimai və mədəni fəalın imzası ilə İranın müxtəlif dövlət qurumlarına yazılı müraciət göndərilib, bunların hamısı internetdə mövcuddur”-deyə M.C.Araz vurğuladı. 

Müsahibimizin sözlərinə görə, dəfələrlə İran rejiminin özünün içindən olan millət vəkilləri Azərbaycan türklərinin ana dillərində təhsil alması məsələsini Məclisdə dilə gətiriblər. “İranda ana yasanın 15-ci maddəsində yalan-yamalaq da olsa yazılır ki, etnik dillərin təhsili azaddır. Azərbaycanlı millət vəkilləri rejimin öz adamı olsalar da, bir neçə dəfə bu məsələni Məclis kürsüsündən dilə gətiriblər   ki, Azərbaycan xalqının ən böyük tələblərindən biri öz ana dillərində təhsil almaqdır. Azərbaycan türklərinin öz ana  dillərində təhsil almaq hüququ birmənalı olaraq tanınmalıdır, çünki bu onların  haqqıdır. Zaman-zaman bu məsələ aktuallaşıb və bu gün də aktualdır. İranın sabiq prezidenti Həsən Ruhani prezident seçildiyi zaman Azərbaycana - Təbrizə,  Ərdəbilə, Urmiyaya səfərində Azərbaycan xalqına üç vəd vermişdi. Birinci vədi Urmu gölünün xilas olunması idi. İkinci vədi Türk dilində təhsil, üçüncü isə Azərbaycanda türk dili qurumunun açılması ilə bağlı idi. Onun seçki vədinin ikisi türk dili ilə əlaqəli idi. Türk dili qurumunun açılması, türk dilində təhsilin verilməsi və Urmu gölünün xilası ilə bağlı verdiyi vədlərin üçü də boşa çıxdı. Nə türk dili qurumu açıldı, nə türk dilində təhsil imkanı yarandı, nə də Urmu gölü qurtarıldı.  Bütün bunlar göstərir ki, Güney Azərbaycanda, ümumiyyətlə İran türklərində bu məsələ nə qədər yüksək səviyyədir. 

İddia edirlər ki, guya türklər özlərini dışlanmış xalq kimi görmürlər. Sadəcə iki fakta baxmaq kifayət edər. Baxmayaraq ki, İran əhalinin 40 faizini türklər təşkil edir, amma yüksək vəzifələrdə azərbaycanlıların sayı 100-də 1 faizi keçmir. Bu faktın özü göstərir ki, türklər sistemdən nə qədər dışlanıb. Bunun ən bariz nümunələrindən biri Qarabağ məsələsi idi ki, Güney  Azərbaycan türklərinin o qədər həssaslığına rəğmən İran yenə də Ermənistanın tərəfini tutur və antiazərbaycan siyasəti yürüdür. Bu iki fakt zatən hər şeyi açıq-aydın ortaya qoyur. Biz bununla bağlı başqa faktlar da ortaya qoya bilərik. Son olaraq onu deyim ki, yüz ildir İrana hakim olan fars milliyyətçiliyi, zehniyyəti ölkədə var olan, nüfusun 100-də 40-nı təşkil edən türk xalqlarından, eləcə də digər qeyri-fars millətlərindən olanlara qarşı ayrıseçkilik edir. Rejimin təhsil nazirinin dediklərinə əsaslansaq, bu ölkədə farsdilli əhalinin sayı 37.5 faizdir. Qalanları qeyri-fars millətləridir. Ona görə də, qeyri-fars millətləri, özəlliklə də türk milləti məsələsi İranda çox əsas məsələdir. Azərbaycan türklərinin ana dilində təhsil alması məsələsini fars milliyyətçiliyi, zehniyyəti, hegemonluğu özü üçün çox böyük təhlükə kimi görür, ona görə də bu cür yalan iddialar səsləndirirlər. Azərbaycan türkləri heç zaman öz ana dilində təhsil almaqdan imtina etməyib və etməyəcək də”-deyə M.C.Araz qeyd etdi. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031