Vətəndaşlar tərəfindən avtomat, qumbara və ov tüfəngləri polisə təhvil verilib
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında deyilir ki, noyabrın 11-də və 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd avtomat, 12 ədəd qumbara, 6 patron darağı, 490 ədəd müxtəlif çaplı patron və 20 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər. Keçirilən əməliyyat tədbirləri ilə 4 ov tüfəngi aşkar edilərək götürülüb.
Mətləb