"Seçkilərin nəticəsi regionda demokratiyanın əsaslarını daha da möhkəmləndirəcək" - Asiya Parlament Assambleyasının baş katibi
Seçkilər demokratiyanın milli təntənəsidir. Bu sözləri Trend-ə Asiya Parlament Assambleyasının baş katibi Məhəmməd Rza Məcidi bildirib.
"Mən Azərbaycan xalqını və hökumətini bu milli bayram münasibətilə təbrik edirəm, çünki seçkilər bayramdır və demokratiyanın milli bayramıdır. Biz indicə bir neçə seçki məntəqəsində olduq və burada, Bakıda seçki prosedurunu gördük. Hər şey qanun çərçivəsində baş verir.
Seçkilərin nəticəsi regionda demokratiyanın sütunlarını və əsaslarını daha da gücləndirəcək. Bu aydan etibarən Asiya Parlament Assambleyasının yeni prezidenti Azərbaycan parlamenti olacaq. Asiya Parlament Assambleyasının baş katibi kimi mən bu gün burada, Azərbaycan xalqı arasında olmaqdan çox məmnunam”, - o qeyd edib.