Səbaildə naməlum kişi meyiti tapıldı
Bu gün səhər saat 06:30 radələrində Səbail rayonu ərazisində üzərində xəsarət izləri olan naməlum kişi meyiti olması ilə bağlı polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəsmi açıqlamasında deyilir ki, araşdırmalarla naməlum şəxsin 1960-cı il təvəllüdlü Xəlilov Adil Maştı oğlu olması müəyyən edilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Əsədullayev Mərdan Xanoğlan oğlu saxlanılıb. M.Əsədullayev sərxoş vəziyyətdə olub, tüfeyli həyat tərzi keçirir. Araşdırma aparılır.
Mətləb