Netanyahu ərəb ölkələrinin liderlərini təhdid etdi, ABŞ-a da mesaj verdi - Hakimiyyətinizi qorumaq istəyirsinizsə...
Qəzzada hərbi əməliyyatları bir aydan çoxdur davam etdirən İsrailin baş naziri Binyamin Netanyahu İsrailə qarşı sanksiyalara hazırlaşan ərəb ölkələrinin liderlərini təhdid edib.
CNN-in canlı yayımında sualları cavablandıran Netanyahu deyib: “Ərəb liderlərinə deyirəm. Hakimiyyətinizi və maraqlarınızı qorumaq istəyirsinizsə, edə biləcəyiniz yalnız bir şey var. O, səsinizi kəsməkdir".
CNN müxbiri “Niyə 7 oktyabrın məsuliyyətini indi üzərinizə götürmürsünüz?” sualına Netanyahu "Bu sual Pearl Harbordan sonra Franklin Ruzveltə verilibmi? 11 sentyabrdan sonra Buşa verilib?" -deyə cavab verib.
TAHİR