Xavi elan etdi: "Barselona"dan gedirəm
"Barselona"nın baş məşqçisi Xavi artıq katalon klubunu tərk etməyə hazırlaşır. "Mundo Deportivo" nəşri yazır ki, bu barədə mütəxəssis öz açıqlamasında bildirib. O, La Liqanın 22-ci turunda "Vilyarreal"a uduzduqları matçdan (3:5) sonra deyib: “Bu ilin iyun ayının 30-da klubdan ayrılacağam. Bu, klub prezidenti ilə, idarə heyəti ilə müzakirələrdən sonra verdiyimiz qərardır... "Barselona"nın istiqamət dəyişikliyinə ehtiyacı var.
Bunu klub prezidentinə başa saldım, görüşdük, yaxşı söhbət etdik. Onların mənə inamı tam idi, amma ayrılmağın vaxtı gəldi. Bu, iqtisadi vəziyyətə görə deyil, bu, ürəyimlə verdiyim qərardır. Mən "Barselona" üçün problem olmaq istəmirəm. Tamamilə pis bir matç keçirdik. Oyunçular belə nəticələrə layiq deyillər. Geridönüş etdiyimiz bir matçda məğlub olmaq çox məyusedicidir. Karyeramda belə "qəddar" matç keçirdiyimi xatırlamıram. Klubun rifahı üçün dəyişikliyə ehtiyac var. Bu, "Barselona"nın vəziyyətinin yaxşılaşmasına səbəb olacaq”.
Qeyd edək ki, Xavi 2021-ci ilin noyabr ayından "Barselona"ya rəhbərlik edir. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Mətləb