çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Alban icması Kəlbəcərdə öz tarixi haqqına qovuşdu - ermənilər yanıb-yaxılır...

Image


Robert Mobili: "Udilər bu irsin birbaşa dini varisləridir"

Ermənilər uzun illərdir ki, Xudavəng monastırı ilə bağlı uydurmalar, qondarma iddialar irəli sürürlər. Kəlbəcər rayonunda yerləşən Xudavəng (Dədəvəng) monastırı alban-xristianlıq irsinin yadigarıdır və o, Qafqaz Albaniyasının qədim abidəsidir. 

Kəlbəcər 2020-ci ilin 25 noyabrında Azərbaycana təhvil verildi və o gündən də ermənilərin qarnına sancı dolmağa başladı ki, uzun illər saxtalaşdırıb erməni Qriqoryan kilsəsinin adına çıxdıqları abidələr, monastırlar yenidən öz sahibinə qaytarılacaq. Elə də oldu.

Son günlər erməni mediası Xudavəng ətrafında növbəti çirkin kampaniyalarını davam etdirirlər. Erməni KİV-i yazır ki, Xudavəng monastırı Alban-Udi İcmasının idarəçiliyinə verilib. Erməni mətbuatı monumentwatch.org-un yazdığı "1993-2020-ci illərin işğalı dövründə ermənilər məbədin tarixini saxtalaşdırmağa, özlərininki kimi təqdim etməyə çalışıblar və işğaldan azad edildikdən sonra o, ilkin sahiblərinə qaytarılıb" fikrini də verib, amma təbii ki, özlərinin saxtakarlıq dolu şərhləri ilə. 

Alban irsinin gerçək sahiblərinə iftira atan ermənilər iddia edirlər ki, bizim dövlət Azərbaycan ərazisində yaşayan xristian udiləri guya "erməni mədəni irsinin mənimsənilməsinə yönəlmiş təbliğat prosesinə fəal şəkildə cəlb etməyə başlayıb". Əlbəttə, ermənilərin udilərin guya dövlət tərəfindən bu işə cəlb edildiyi iddiası tamamilə ağ yalandır, bu irsin varisi udilər olduğu üçün onlar öz abidələri, məbəd və kilsələri, bir sözlə, ermənilər tərəfindən oğurlanmış tarixi-dini irsləri uğrunda mübarizə aparırlar.

"Erməniləri çox ciddi şəkildə əndişələndirən məsələlərdən biri odur ki, birdən alban kilsəsinin statusu bərpa edilə bilər"

Ermənilərin Xudavənglə bağlı növbəti kampaniyasına, iddialarına münasibət bildirməsi üçün Alban-udi xristian icmasının rəhbəri Robert Mobili ilə əlaqə saxladıq. Robert Mobili "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, bu yeni deyil, çoxdankı söhbətdir. "Açığını deyim ki, Xudavəngin alban-udi xristian icmasının idarəçiliyinə verilməsi barədə rəsmi sənəd yoxdur. İkinci də, işğal dövründə ermənilər Xudavəngə ibadətə gəlməyiblər, ziyafətə gəliblər, ora bayram günlərində baş çəkiblər. Sadəcə, biz bu gün alban kilsəsinin dini varisləri kimi ora bayramlara, ziyarətlərə gedirik, orada ibadətlər, öz dilimizdə dualar edirik. Bunları edirik. Amma o kilsənin bizə verilməsi barədə rəsmi sənəd yoxdur. 

Söhbət təkcə udilərdən getmir, bütün Azərbaycan o irsin sahibidir, amma udilər onun dini varisləridir. Ermənilər çox qorxurlar ki, birdən o məbədi udilərə verərlər. Udilərə verilməsi də təbii olardı, çünki udilər bu irsin birbaşa dini varisləridir. Ona görə də onlar narahatlıq bildirirlər".

R.Mobili qeyd etdi ki, bütün Azərbaycan vətəndaşları, bütün Azərbaycan alban irsinin varisləri, o qədim, o zəngin irsin sahibləridir, eyni zamanda burada söhbət ibadətdən gedir ki, orada ibadətlə onun dini varisləri məşğul olur, olacaq da. R.Mobilinin sözlərinə görə,  erməniləri narahat edən odur ki, orada udilərin din xadimləri gedib ibadət edirlər: "Erməniləri çox ciddi şəkildə əndişələndirən məsələlərdən biri odur ki, birdən alban kilsəsinin statusu bərpa edilə bilər. Erməni kilsəsinin, Eçmiədzinin boğazında udilər bir sümükdür. Ona görə qorxurlar. Yəni onlar üçün dini baxımdan ən qorxulu tərəf udilərdir. Məsələ budur. 

Ermənilərin bu məsələyə toxunmaqda məqsədi aydındır. Onlar istəyirlər, işağldan azad olunmuş ərazilərdə, Qarabağda qədim və zəngin xristian mədəni irsinə dini varislər kimi özlərini saxlasınlar ki, o kilsələr guya erməni kilsəsidir, onların varisi ermənilərdir. Məsələ belədir. Udilər ortaya çıxanda isə, sözsüz ki, onlar narazılıq edirlər. Hətta bu günlərdə onlar "Arsaxın xristian irsi" ilə bağlı Vatikanla birgə böyük bir konfrans da keçirmək istədilər. İndi onların Qarabağla bağlı yeganə tutacaqları qalıb, o da həmin xristian irsi ilə əlaqədardır. O da, sözsüz ki, Xocavənddə olan məbəd və kilsələrdir, Laçında olan Ağoğlan məbədidir. Xudavəng monastır-kompleksi onsuz da bir mirvaridir. Ondan çəkinirlər ki, birdən o kilsəni udilərə, ruslara, başqa xristian kilsələrə verərlər. Bundan qorxurlar. Ona görə də narahatlıq keçirirlər".

R.Mobilinin fikrincə, ermənilərin köhnə məqaləni təzələməsi, ola bilsin, Vatikanda keçirilməsi nəzərdə tutulan, lakin ləğv edilən tədbirlə bağlıdır. R.Mobili qeyd etdi ki, Azərbaycanın Vatikandakı səfiri nota təqdim edib və Vatikan o tədbiri ləğv edib.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ