Cümə axşamı günü, 02 aprel 2026
     

Azərbaycanda 1500 orta məktəbi ləğv etməyin heç bir alternativi yoxdur?

Image


Azərbaycanda 1500 məktəbin bağlanması planlaşdırılır. Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin ötən iclasında deyib. O qeyd edib ki, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500 məktəbin bağlanılması planlaşdırılır.

O qeyd edib ki, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq".

Xatırladaq ki, bir neçə gün əvvəl elm və təhsil naziri Emin Əmrullayev bəzi məktəblərin komplektləşdiriləcəyini bildirib. O çıxışında vurğulayıb ki, rasionallaşmaya ehtiyac var, ağrılı proses olsa da, biz buna getməliyik.

Azərbaycanda məktəblərin bağlanmaması üçün hansı addım atılmalıdır? 

İlham Əhmədov: "Bu gün məktəbin bağlanması, kənddə məktəbin olmaması sabah kəndin özünün olmaması deməkdir"

Təhsil eksperti İlham Əhmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib ki, təhsil sahəsinin ən böyük problemi komplektləşdirilmiş məktəblərin sayının az olmasıdır: "4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır. Və qəti sözünü deyib: rasionallaşmaya getməliyik. 

Bəli, rasionallaşmaya getməliyik. Amma məktəbləri bağlamaqla yox. Bu gün məktəbin bağlanması, kənddə məktəbin olmaması sabah kəndin özünün olmaması deməkdir. Daha Bakıda ayaq basmağa yer qalmayıb. Maraqlıdır, necə olur ki, təhsilin büdcəsi 1 milyard olanda bu 1500 məktəbi 20-25 il saxlamaq mümkün oldu, indi təhsilin büdcəsi 5 milyard olanda bu mümkün olmadı?

Bu yolla qənaət edilən pullar elm və təhsilin inkişafında hansı mühüm problemlərinin həllinə xidmət edəcək ki, bunun naminə 1500 məktəb bağlanılır?  Qənaət edilən pullara  1500 avtobus alınacaqsa, bunun nəyi rasionallaşma olacaq, ondansa məktəblərin saxlanılması daha düzgün olardı. 

Bu 1500 məktəbin neçəsi son 20 ildə tikilib? Əlavə olaraq neçə modul tipli məktəb də tikildi, bəs bu tikilən məktəblər necə olsun? Bura neçə yüz milyonlar sərf edilib? Niyə belə israfçılıq edirik ki?"

Ekspertin sözlərinə görə, bu problem 15 il əvvəl də vardı. Onda da bu məsələ gündəmə gəlmişdi. Ucqar məktəbləri bağlamaq, əvəzinə qonşu kəndin məktəbinə avtobus almaqla məsələni həll etmək istəyirdilər: "O vaxt da biz bu mövzuda məqalələr  yazdıq. O vaxt məmurlar anladılar ki, qışda narahat dağ yolları ilə 1500 məktəbin 100.000 şagirdini hər gün palçıqlı və sürüşkən yollarda,  avtobuslarla 5-10 km. məsafədə olan qonşu kəndə və geriyə daşımaq böyük riskdir, bu məsuliyyətli addımı atmadılar.  Bu məqsədlə 1500 avtobus almaq, hər gün bunlara benzin tökmək, 1500 sürücüyə maaş vermək - bu da rasionallaşmaya aiddirmi? Həqiqətən də 5 milyardlıq təhsil büdcəsindən bu məktəblərin saxlanmasına pul çatmırsa, onda başqa xərcləri azaldın, təhsilə aidiyyəti olmayan xərclərə qənaət edin, məsələn, məktəbə heç bir faydası olmayan məktəblinin dostlarına (MD) xərclənəcək milyonları kənd məktəblərinin saxlanmasına yönəldin. Hansı daha vacibdir dövlət üçün? 100000 şagirdin və 15-20 min müəllimin taleyi, yoxsa MD-larının məşğulluğu  problemləri? Onlara başqa  sektorlarda daha faydalı və perspektivli iş də tapmaq olar. Bir çox ölkələr ucqar kəndlərdə məktəb problemini innovasion yolla həll ediblər, özü də çoxdan. Bu problemin həllinin mümkün yolu belədir: Azkomplektli məktəblər yaratmaq, bu məktəblərdə hibrid təhsil - bütün siniflərdə müəllimin nəzarəti ilə sinifdə distant təhsilin təşkili. Bu halda məktəbdə 32 yox, 10-11 müəllimə ehtiyac olacaqdır. Bu halda bir sinfə ildə 25000 manat yox, xeyli az xərc gedəcəkdir. 1500 avtobusa və onların gündəlik benzininə verilən pula isə ölkədə ümümtəhsi sistemi üçün normal distant təhsil qurmaq olar. Bundan nəinki ucqar dağ kəndlərinin məktəbləri, eləcə də şəhər məktəbləri istifadə edə bilər. Bu halda həm də 1500 məktəbi bağlanmaqdan, 1500 kəndi boşalmaqdan, 15-20 min müəllimi işsizlikdə, uşaqları təhlükəli yol məcaralarından xilas etmək olar. Bu addım həm də regionların, ucqar kəndlərin yaşamasına, onların gələcəkdə inkişafına dəstək ola bilər. Necə deyərlər …. "çobanın meyli olsa, təkədən pendir tutar". Əgər nazirlik belə bir düzgün seçim etsə, buna qərar versə, bu proseslərin yol xəritəsini təqdim edə bilərik".

Kamran Əsədov: "Şagird sayı az olan məktəbləri bağlamaq yerinə, onların mərkəzləşdirilməsi, daha iri məktəblərlə birləşdirilməsi və ya yeni təhsil modelləri tətbiq edilməlidir"

Təhsil eksperti Kamran Əsədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, məktəblərin bağlanması məsələsi yalnız iqtisadi qərar deyil, həm də sosial, mədəni və ideoloji təsirləri olan həssas bir məsələdir. Azərbaycanda xərclərin optimallaşdırılması məqsədilə 4400 məktəbdən 1500-nün bağlanması planlaşdırılır. Bu qərar, xüsusilə kənd rayonlarında, dağlıq və dağətəyi ərazilərdə yerləşən məktəbləri əhatə edir: "Lakin məktəblərin bağlanması təhsilin əlçatanlığı, şagirdlərin rifahı və regionların sosial-iqtisadi inkişafı baxımından ciddi problemlər yarada bilər.  Azərbaycanda məktəblərin bağlanması əsasən şagird sayının azalması ilə izah edilir. Əhalinin kəndlərdən şəhərlərə və ya xarici ölkələrə kütləvi köçü nəticəsində bəzi kənd məktəblərində siniflərdə şagird sayı azalır. Məktəblərin saxlanılması üçün ayrılan vəsait bu şərtlərdə səmərəsiz görünə bilər. Lakin bu vəziyyətin yalnız iqtisadi yanaşma ilə həlli mümkün deyil. Məktəb yalnız təhsil müəssisəsi deyil, həm də kəndlərdə sosial və mədəni həyatın mərkəzi, əhali üçün motivasiya mənbəyidir. Onların bağlanması əhalinin həmin əraziləri daha da sürətlə tərk etməsinə gətirib çıxara bilər. Bu proses isə kəndlərin boşalması və demoqrafik tarazlığın pozulması ilə nəticələnə bilər. Dağ rayonlarında məktəblərin bağlanması xüsusi narahatlıq doğurur. Bu bölgələrdə coğrafi şəraitin çətinliyi, nəqliyyat və infrastruktur problemləri təhsilə çıxışı daha da çətinləşdirir. Şagirdlərin daha uzaq məsafələrdəki məktəblərə daşınması nəzərdə tutulsa da, bu proses yetərli səviyyədə təşkil edilmir. Köhnə mikroavtobuslarla həyata keçirilən daşınma təhlükəsizlik və rahatlıq baxımından standartlara uyğun deyil. Qış aylarında yolların sürüşkən olması, qarla bağlanması və avtobusların müntəzəm işləyə bilməməsi isə şagirdlərin məktəbə davamiyyətini daha da çətinləşdirir. Bu vəziyyət valideynləri övladlarını məktəbə göndərməkdən çəkindirir və erkən təhsildən yayınma hallarını artırır. Məktəblərin bağlanması yalnız şagirdlər üçün deyil, həm də müəllimlər üçün ciddi problemlər yaradır. Bağlanan məktəblərdə çalışan müəllimlərin iş yerlərinin itirilməsi və ya digər məktəblərdə işlə təmin olunmaq üçün uzaq ərazilərə köçməsi tələb olunur. Bu, müəllimlərin ailə və sosial mühit baxımından çətinliklər yaşamasına səbəb ola bilər. Müəllimlərin kənd yerlərindən kütləvi şəkildə şəhərlərə köçməsi isə həmin ərazilərdə təhsil keyfiyyətinin daha da aşağı düşməsi ilə nəticələnə bilər. Bu vəziyyətin həlli üçün bir neçə əsas yanaşma tətbiq edilə bilər. İlk növbədə, bağlanma risqi ilə üzləşən məktəblər üçün fərdi həllər nəzərdən keçirilməlidir. Şagird sayı az olan məktəbləri bağlamaq yerinə, onların mərkəzləşdirilməsi, daha iri məktəblərlə birləşdirilməsi və ya yeni təhsil modelləri tətbiq edilməlidir. Məsələn, birləşdirilmiş siniflərdən və ya distant təhsil texnologiyalarından istifadə etməklə şagirdlərə təhsil almaq imkanı yaradılmalıdır. Texnologiya əsasında distant təhsil imkanları regionlarda təhsilin əlçatanlığını artırmaq üçün əvəzolunmaz vasitə ola bilər. Şagirdlərin daşınması məsələsi isə ciddi şəkildə nəzərdən keçirilməlidir. Daşınma üçün müasir, təhlükəsiz və rahat nəqliyyat vasitələrinin təmin edilməsi vacibdir. Bu nəqliyyat vasitələrinin müntəzəm olaraq texniki baxışdan keçirilməsi və hava şəraitinə uyğun təchiz edilməsi tələb olunur. Eyni zamanda, şagirdlərin dərs bitmə vaxtlarının uyğunlaşdırılması və daşınmanın daha koordinasiyalı şəkildə həyata keçirilməsi vacibdir. Daşınma prosesi zamanı şagirdlərin təhlükəsizliyi və rahatlığı təmin edilməzsə, təhsildən yayınma hallarının artması qaçılmazdır. Kənd məktəblərinin bağlanması əvəzinə onların modernləşdirilməsi və əlavə funksiyalarla təchiz edilməsi də nəzərə alınmalıdır. Məktəblər yalnız təhsil müəssisəsi deyil, həm də mədəniyyət və ictimaiyyət mərkəzi kimi fəaliyyət göstərə bilər. Məsələn, kənd məktəblərində peşə təhsili, sənət və mədəniyyət dərnəkləri və ya kənd təsərrüfatı sahəsində tədris proqramları təşkil edilə bilər. Bu, məktəblərin yalnız təhsil sahəsində deyil, həm də kəndlərin iqtisadi və sosial inkişafında mühüm rol oynamasına imkan yaradar. Əhalinin həmin əraziləri tərk etməməsi üçün isə dövlətin kəndlərin infrastrukturuna, yollarına və sosial xidmətlərinə diqqət yetirməsi vacibdir. Yardımlı rayonunda görülən işlər buna yaxşı nümunədir. Bu rayonda kənd məktəblərinin yenidən tikilməsi, yolların asfaltlanması və sosial yardımların artırılması nəticəsində əhalinin bölgədə qalma motivasiyası güclənibdir. Bu təcrübə digər dağlıq rayonlarda da tətbiq edilə bilər. Nəticə olaraq, məktəblərin bağlanması yalnız iqtisadi məsələ kimi deyil, həm də sosial və mədəni kontekstdə nəzərdən keçirilməlidir. Məktəb kənd icmasının əsas dayağıdır və onun bağlanması həmin icmanın gələcəyini təhlükə altına ata bilər. Təhsilin əlçatanlığı və keyfiyyəti yalnız məktəbin fiziki mövcudluğu ilə deyil, həm də bu məktəblərin müasir standartlara uyğun fəaliyyət göstərməsi ilə təmin edilməlidir. Dövlət bu məsələdə balanslı və inklüziv yanaşma nümayiş etdirməli, təhsil və sosial siyasəti daha koordinasiyalı şəkildə həyata keçirməlidir. Məktəblərin bağlanması yalnız müvəqqəti iqtisadi qənaət gətirə bilər, lakin uzunmüddətli perspektivdə həm təhsilə, həm də cəmiyyətin ümumi rifahına ciddi ziyan vura bilər. Bu səbəbdən, bu məsələni daha dərindən və strateji şəkildə həll etmək lazımdır".

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Sovet rejimindən qalma titullar ləğv edilməlidir

İran müharibəsi Azərbaycan sərhədlərində “narkotrafiki” dəyişdi...

Azərbaycan Şərqdəki müharibənin təsirlərinə çoxdan hazırlaşırdı...

SON XƏBƏRLƏR

02.04.2026 / 19:44
Tramp ABŞ-ın ən “qədim” müttəfiqi ilə də münasibətləri pozdu

02.04.2026 / 19:15
Putin etiraf etdi - “Qarabağın tanınması KTMT-nin siyasətini dəyişdi”...

02.04.2026 / 18:52
Rusiya sahibkarları Paşinyan hakimiyyətinə qarşı üsyana qaldırır...

02.04.2026 / 18:41
Plüralizmin inkişafı Azərbaycanda sosial rifaha və sabitliyə müstəsna töhfələr verir

02.04.2026 / 18:14
İrəvana hibrid təhdid oyunu - Zaxarova nəyi nəzərdə tutdu...

02.04.2026 / 17:35
Hörmüzdən sonra Bab əl-Məndəb boğazı da bağlana bilər – qlobal neft böhranı daha da dərinləşəcək...

02.04.2026 / 17:21
Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında qətnamə qəbul edildi

02.04.2026 / 17:08
Sürücülər üçün yeni sığorta formulu tətbiq edildi...

02.04.2026 / 16:56
“Bizdə media azaddır, seçki var, rus pasportluları seçkiyə buraxmarıq” - Paşinyan Putini həssas yerlərdən vurdu...

02.04.2026 / 16:33
Azərbaycanda TikTok istifadəçiləri üçün yeni qayda tətbiq olundu

02.04.2026 / 16:17
Paşinyan Moskvaya mesaj - "Rusiya şirkəti ilə sazişi pozmaq üçün rıçaqımız var, ancaq..."

02.04.2026 / 16:01
Namiq Dəlidağlının Qırğızıstanda kitabı nəşr edilib

02.04.2026 / 15:25
Vensin İrəvanda imzaladığı nüvə sazişinə Kreml dərhal “kontr” qoydu...

02.04.2026 / 15:08
Bu universitetdə dövlət sifarişi ilə oxuyan tələbələrdən pul tələb olunur - Dövlət Agentliyindən açıqlama...

02.04.2026 / 14:55
Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol...

02.04.2026 / 14:55
Nizami Kino Mərkəzi müdaxilə - polis araşdırmaya başladı- FOTO

02.04.2026 / 14:35
Paşinyan Putinə üz-üzə mesaj verdi - "biz bu hərəkatı davam etdirməyəcəyik"...

02.04.2026 / 14:23
NATO və AB-nin acığına Tramp Rusiya ilə "Dostluq sazişi" imzalayacaq...(?)

02.04.2026 / 14:20
"Orta Dəhliz hər birimizin marağına cavab verir" - Prezident

02.04.2026 / 14:07
Prezident İlham Əliyev: "Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir"

02.04.2026 / 14:03
Sabiq prezident Sarkisyanın partiyası 7 iyun seçkisindən imtina etdi - Kreml taktika dəyişir?...

02.04.2026 / 14:01
"Türk Dövlətləri Təşkilatının gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq" - Prezident

02.04.2026 / 13:57
Prezident: "Xarici siyasətimizdə TDT-yə üzv ölkələrlə əlaqələrimiz prioritet təşkil edir"

02.04.2026 / 13:55
"Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına böyük töhfə verir və verəcək" - Prezident

02.04.2026 / 13:52
TDT-nin Bakıda keçirilən görüşü çərçivəsində birgə bəyanat qəbul edildi

02.04.2026 / 13:33
Yeni nazirlik İcbari Tibbi Sığortada nələri dəyişməlidir?..

02.04.2026 / 13:21
Tramp İranla bağlı aprelin 6-nı gözləməyəcək...

02.04.2026 / 13:18
Paşinyandan Putinə “tərs sillə”...

02.04.2026 / 12:58
Müharibə başlayandan Türkiyənin 60 ton qızılı hara yox oldu?..

02.04.2026 / 12:34
Türk dünyasının ortaq ali təhsil məkanının yaradılması təklif olunur

02.04.2026 / 12:22
İranda müharibənin miqyası genişlənir, BƏƏ Hörmüz boğazına görə savaşa daxil olur...

02.04.2026 / 12:16
Putinlə Paşinyan Kremldə “atışdı”, iki ölkənin ziddiyyətləri daha da dərinləşdi...

02.04.2026 / 12:03
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib - FOTO

02.04.2026 / 11:57
Növbəti köç karvanı Kəlbəcərə yola salındı

02.04.2026 / 11:43
Əli Əsədov TDT hökumət başçılarının görüşündə Zəngəzur dəhlizinin əhəmyyətindən danışdı...

02.04.2026 / 11:27
Bakıda TDT-yə üzv dövlətlərin Hökumət başçıları/Vitse-prezidentlərnin görüşü keçirilib - YENİLƏNDİ

02.04.2026 / 11:16
Prezident İlham Əliyev TDT hökumət başçılarının görüşünün iştirakçılarını qəbul etdi - FOTO/YENİLƏNDİ

02.04.2026 / 11:04
Tramp indi də “göylə əlləşməyə” qərar verdi...

02.04.2026 / 10:57
Mərkəzi Bank inflyasiya gözləntilərini açıqladı...

02.04.2026 / 10:23
Azərbaycanın da iştirak etdiyi böyük enerji platforması qurulur

02.04.2026 / 08:29
İsrailin Xəzərdə ticarətə yaratdığı təhdidlər qəbuledilməzdir - Rusiya XİN

02.04.2026 / 08:14
Trampın NATO ilə bağlı şikayətləri bloku zəiflətmək planının bir hissəsi ola bilər - Kaja Kallas

02.04.2026 / 07:56
“İranı yaxın həftələrdə "Daş dövrü"nə - layiq olduğu yerə qaytaracağıq” - Tramp

02.04.2026 / 07:37
ABŞ İsfahanı müvəqqəti işğal altında saxlayacaq - zənginləşdirilmiş uranı çıxarmaq üçün…

02.04.2026 / 07:20
İranın sabiq XİN rəhbərinin evi bombalandı

02.04.2026 / 00:23
Bu gün aprel zəfərindən 10 il ötür

02.04.2026 / 00:13
İsrail Hizbullah Cənub cəbhəsinin komandirini öldürdü

01.04.2026 / 23:44
Turizmin Cənnəti Türkiyə: Tarix, Təbiət və Mədəniyyətlə Dolu Şəhərlər…

01.04.2026 / 23:31
AB Kiyevə dondurulmuş Rusiya aktivlərindən 1,4 milyard avro verəcək

01.04.2026 / 23:19
Abşeron nahiyəsinin Xəzər dənizi sahilləri... XX əsrin əvvəlləri... Qanlı sənələr

01.04.2026 / 21:39
Ağ Ev İran müharibəsinin xərcini körfəz ölkələrindən tələb etdi...

01.04.2026 / 21:16
Lavrov 3-cü dünya müharibəsini rəsmən bəyan etdi...

01.04.2026 / 20:43
Trampın “İranı məhv etmişik” yalanlarının konkret hədəfi var...

01.04.2026 / 20:17
Rusiya Ukraynanın Luqansk bölgəsini tam ələ keçirdi…

01.04.2026 / 19:57
İran ABŞ-la bağlı Bolqarıstana nota verdi - Hava limanlarınızı onlara açmayın...

01.04.2026 / 19:38
Azərbaycanda hüquq-mühafizə orqanlarının adı ilə minlərlə vətəndaşı aldatmağa cəhd edildi

01.04.2026 / 19:25
"Prezident İlham Əliyev və Paşinyanın səyləri ilə Azərbaycan-Ermənistan münasibətləri sabitləşib" - Putin

01.04.2026 / 19:07
Əvvəlki illərdə ÜDM artımı 7 faizə yaxın idi, indi isə...

01.04.2026 / 18:42
Əli Əsədov TDT-nin baş katibi ilə əməkdaşlıq məsələlərini müzakirə edib

01.04.2026 / 18:30
Ceyhun Bayramov Hindistanın yeni səfirini qəbul etdi

01.04.2026 / 18:16
Amerikada Tramp əleyhinə etiraz hərəkatı geniş vüsət alır

01.04.2026 / 18:04
Husilər neft qiymətlərinin daha sürətlə bahalaşmasını tətikləməyə başladılar

01.04.2026 / 18:00
İranın ballistik raketləri Tramp üçün daha ciddi problemə çevrilir

01.04.2026 / 17:55
"Aprel döyüşləri şanlı Zəfərə gedən yolun başlanğıcı idi" - Vüqar Rəhimzadə

01.04.2026 / 17:46
SOMDA-da 31 Mart Sоyqırımı Günü ilə əlaqədar anım tədbirləri kеçirildi - FOTO

01.04.2026 / 17:11
Rusiyada ətlə bağlı böyük təhdid yaranıb…

01.04.2026 / 17:09
İran müharibəsi NATO-nu parçalayır - ABŞ NATO-dan çıxa bilər...

01.04.2026 / 16:27
Körfəz ölkələrindəki 2800 "Patriot" raketinin 2400-nü İran məhv edib?..

01.04.2026 / 16:11
Nazir Vilayət Eyvazov Cəlilabadda növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

01.04.2026 / 15:57
Azərbaycan İran müharibəsinə xeyli önləyən kurs müəyyənləşdirdi...

01.04.2026 / 15:42
BƏƏ İrana qarşı müharibəyə qoşulur - yarım əsrlik ada mübahisəsi yenidən gündəmə gəldi...

01.04.2026 / 15:35
Ağdərə sakini Suqovuşanda minaya düşdü....

01.04.2026 / 15:21
İranda ABŞ-ın quru əməliyyatının 2 ağlasığmaz hədəfi - "uran oğurluğu" və ...

01.04.2026 / 15:11
Rusiyadan Azərbaycana nağd pul axınının qarşısı alınacaq...

01.04.2026 / 14:50
İran nüvə silahına doğru böyük bir addım atdı...

01.04.2026 / 14:50
Bakıda cibgirlik edən 64 yaşlı kişi yaxalandı - VİDEO

01.04.2026 / 14:34
Tramp NATO-ya bir neçə öldürücü zərbə planlaşdırır...

01.04.2026 / 14:32
Şəraa qlobal neft oyunlarına baş vurdu - "Hörmüzə alternativ təklif edirəm"...

01.04.2026 / 13:51
MDU ilə “Mingəçevir SES Silsiləsi” arasında strateji əməkdaşlıq başlayıb...

01.04.2026 / 13:42
“Azərbaycan alüminiumu” ASC ləğv edilir

01.04.2026 / 13:37
İrandan Səudiyyəni sarsıdan hücum... ABŞ-ın hava gücünə ağır zərbə - 200 nəfərlik heyət vuruldu...

Plüralizmin inkişafı Azərbaycanda sosial rifaha və sabitliyə müstəsna töhfələr verir

XƏBƏR ARXİVİ