KÖHNƏ VERSİYA            

Məktəblərimizdə LGBT tədrisi - AŞPA-nı qəzəbləndirən həm də budur...

Image

Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının yanvarın 24-də axşam iclasında Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair 15898 saylı qətnaməni təsdiqləyiblər.

Onu da bildirək ki, Azərbaycan nümayəndə heyəti hələ səsvermədən əvvəl təşkilatı tərk edib. AŞPA-da formalaşmış dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti qarşısında azərbaycanlı nümayəndə heyəti AŞPA-da qarşılıqlı fəaliyyətini və mövcudluğunu dayandırmaq qərarına gəlib.

Əslində AŞPA  Azərbaycanın milli-mənəvi dəyərlərinə kökündən zidd olan LGBT+ (lezbiyan, gey, biseksual, transseksual) hüquqlarının qorunması, eynicinsli nikahlara icazənin verilməsini istəyir. AŞPA Azərbaycan təhsil müəssisələrində LGBT-nin təbliğ olunmasını tələb edir. 

LGBT isə Azərbaycanın milli-mənəvi dəyərlərinə uyğun deyil. Bu səbəbdən Azərbaycan tərəfi bu istəyə qəti şəkildə qarşı çıxıb. Əslində onlar yaxşı bilir ki, LGBT-nin təhsil müəssisələrində  tədrisi cəmiyyətin məhvinə, ailələrin dağılmasına səbəb olacaq. Ona görə də ölkəmiz bu qərarının üstündə dayanır.

Ceyhun Məmmədov: “Azərbaycanda LGBT-yə yer yoxdur və heç zaman olmayacaq da, heç kim bu məsələ ilə bağlı ölkəmizə təzyiq edə bilməz”

Məlum məsələ ilə bağlı fikir bildirən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu gün bir çox Avropa dövlətləri, təsisatları, AŞPA və digər qurumlar çox ciddi cəhdlə LGBT adlı biabırçılığı dünyaya yaymaq istəyir: “Təəssüf ki, bunun qanuniləşdirilməsi üçün davamlı olaraq müxtəlif addımların atıldığının da şahidi oluruq. Azərbaycanda LGBT-yə yer yoxdur və heç zaman olmayacaq da. Heç kim bu məsələ ilə bağlı ölkəmizə təzyiq edə bilməz. Əslində bizi düşündürən məsələ odur ki, Avropa təsisatları, qurumları LGBT-nin yayılması ilə nəyə nail olmaq istəyir, nə əldə etmək istəyir? LGBT onların mənsub olduğu dinə belə ziddir. Təəssüf ki, biz bu gün film, kino, hətta cizgi filmlərində belə LGBT-nin təbliğatını görə bilirik. Bu qəbuledilməz və kökündən yanlış bir məsələdir. Onlar  öz eybəcərliklərini bizim ölkəmizdə də yaymaq istəyir. Əlbəttə, Azərbaycan cəmiyyəti hər zaman buna öz etirazını bildirib”. 

Kamran Əsədov: “Biz heç vaxt imkan verə bilmərik ki, LGBT ölkəmizə ayaq açsın, Azərbaycanın ailə dəyərləri, milli davranışlarına zidd olan təsirlər təhsildə söz sahibi olsun” 

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son illər ərzində Amerika, Avropa, xüsusən də Fransa Azərbaycanda təhsilin müxtəlif pillərinə müdaxilə etmək istəyir: “Onlar Azərbaycanın mental dəyərlərinə, tarixi keçmişinə uyğun olmayan formatda qarışmaq istəyir. Avropada bir sıra təhsilin beynəlxalq qiymətləndirmə sistemləri var. Bu qiymətləndirmə sistemləri təəssüf ki, Azərbaycan təhsil sisteminin inkişafını deyil, təhsildə dəyərlər sisteminin formalaşmasını diqtə edir. Onu da deyim ki, beynəlxalq reytinq siyahıları Avropanın  nəzərdə tutduğu standartlarla ölçülür. Bu gün inkişaf etmiş ölkələrin  təcrübəsindən yararlanmaq lazımdır. Ancaq bir sıra məsələlər var ki, azərbaycançılıq məfkurəsi ən vacib ideologiya kimi götürülməlidir. Avropa hesab edir ki, LBGT kimi məsələlərə ali təhsil müəssisələrində loyal yanaşılmalıdır. Ancaq bu belə olmamalıdır. Məlumdur ki, Azərbaycanın qədim dövlətçilik ənənəsi var. Azərbaycanın dövlətçilik ənənəsi, təhsili,  tarixi Fransadan da qədimdir. Sadəcə olaraq, ölkəmiz uzun müddət Sovetin təsirində olduğu üçün Azərbaycan Avropa təhsilindən geri qalıb. Onu da deyim ki, vaxtilə Azərbaycanda elmi ixtiralar olarkən Avropada bu istiqamətdə irəliləyiş yox idi. Məsələn, Yusif Məmmədəliyev, Mirəli Qaşqayın kəşflərini nümunə kimi göstərə bilərik. Azərbaycanda elmi ixtiralar, kəşflər edilərkən Avropada bu istiqamətdə heç bir iş görülmürdü. Bizim dahi Nizami Gəncəvi ilə Fransanın müqayisə edə biləcəyi şəxs yoxdur. Tarixə nəzər yetirsək görərik ki, fransızlar öz krallarının başını kəsib. 1789-cu ildə Fransada keçirilən inqilab və ya 1572-ci ildə bu ölkədə Varfolomey gecəsi zamanı onların dini tolerantlığının hansı səviyyədə olduğu hər kəsə bəllidir. Xatırladım ki, Varfolomey gecəsi zamanı onlar öz insanlarını qətlə yetirib, amansız işgəncələr verib. Ümumiyyətlə, fransızların bütün fəaliyyətləri saxta olub”.

Həmsöhbətimiz xüsusi olaraq vurğuladı ki, bu gün Avropanın özünün formalaşdırdığı dəyər sistemi var. Bu dəyərlər isə Azərbaycana ziddir. 

K.Əsədov hesab edir ki, Azərbaycanın AŞPA-dan çıxmasının ölkə təhsilinə heç bir təsiri olmayacaq. Azərbaycan təhsili dünya tədrisinə inteqrasiya edir. Müasir innavativ yeniliklər təhsil sisteminə tətbiq olunur, texnoloji yeniliklərdən geniş şəkidə istifadə olunur: “Bunların hər biri çox yaxşı haldır. Ən vacib addım Azərbaycanın ali təhsilinin əmək bazarında  keyfiyyətinin artırılmasıdır. Biz heç vaxt imkan verə bilmərik ki, LGBT ölkəmizə ayaq açsın, Azərbaycanın ailə dəyərləri, milli davranışlarına zidd olan təsirlər təhsildə söz sahibi olsun. Təbii ki, buna qarşı çıxılmalıdır. Onu da deyim ki, LGBT-nin olduğu yerdə təhsil uğurlu ola bilməz. Azərbaycan məktəblilərinin beynəlxalq olimpiadalarda əldə etdiyi uğurlar LGBT-ni    dəstəkləyən Fransadan qat-qat yüksəkdir. Biz istənilən sahədə Fransa kimi ölkələrdən üstünük. O ölkələrdə dəyər anlayışı məhv olduğu üçün istəyirlər Azərbaycanda da eyni hal yaşansın”.

Ekspert bildirdi ki, LGBT və digər məsələlərin Azərbaycan orta ümümtəhsil məktəblərinə ayaq açmasına şərait yaradılmamalıdır. Azərbaycanın öz milli dəyərləri var: “Məlumat üçün onu da deyim ki, Aleksandr Duma Azərbaycanda olarkən Azərbaycan dəyərləri haqqında yazı yazıb. Ona baxmaq, fikir vermək kifayətdir görəsən ki, Azərbaycan tarixən öz dəyərlərinə sadiq qalıb və qalacaq”.

Günel CƏLİLOVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:43
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs edildi

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031