"Fransa Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən kənarda qalıb" - Elçin Əmirbəyov
Fransa Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən kənarda qalıb. Bu barədə Fransanın "L’Opinion" qəzetində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun sözlərinə sitat gətirilərək məqalə dərc olunub.
Fransa vətəndaşı Martin Rayanın Bakıda həbs edilməsini şərh edən müəllif qeyd edib ki, Elçin Əmirbəyov Fransanın qərəzli ermənipərəst mövqeyini, o cümlədən Fransa tərəfinin İrəvana silah və texnika tədarükünü davam etdirməsini, habelə BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan qətnamə layihəsini irəli sürmək üçün fəal cəhdlərini pisləyib.
“Fransa indi "Azərbaycan və Ermənistan arasında" vasitəçi rolundan kənarlaşdırılıb və hətta bu məsələdə Aİ-nin roluna xələl gətirir”, - o deyib
Xatırladaq ki, Azərbaycan hakimiyyəti Martin Rayanı 2023-cü il dekabrın 4-də casusluq ittihamı ilə həbs edib. Bakı şirkəti Merkorama MMC-nin baş direktoru Martin Rayan 2-ci DGSE-nin (Xarici Təhlükəsizlik Baş İdarəsi) fransız agenti tərəfindən manipulyasiya edilib və onu məxfi əməkdaşlığa cəlb edib və sonradan Bakıdan qovulub.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva məhkəmə orqanlarının onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçildiyini bildirib və Fransanın Bakıdakı səfirliyinə həbs barədə dərhal məlumat verildiyini deyib.
Qeyd edək ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin 2023-cü il dekabrın əvvəlində həyata keçirdiyi tədbirlər Azərbaycanda Fransa xüsusi xidmət orqanlarının geniş agent şəbəkəsinin ifşasına səbəb olub.
Qısa müddətdə onlarla fransalı kəşfiyyatçı müəyyən edilib ki, onların bəziləri bu və ya digər vaxtlarda Azərbaycanda fəaliyyət göstərib, bəziləri isə müxtəlif ölkələrdə və mötəbər beynəlxalq təşkilatlarda gizli fəaliyyətini davam etdiriblər.