"Zəngəzur dəhlizi ilə bağlı Ermənistandan da müsbət mesajlar var" -Türkiyəli nazir açıqladı
Zəngəzur dəhlizi layihəsi barədə yeni xəbər var. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkəsini türk dünyası ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin 2028-ci ildə həyata keçirilə biləcəyini bildirib. Türkiyəli nazir “Tvnet”ə müsahibəsində bəyan edib ki, qarşıdakı 5 ildə dəhlizlə bağlı işlər davam edəcək: “Son vaxtlar bu məsələdə Ermənistandan da müsbət mesajlar var. Dəhlizin 43 kilometrlik hissəsi Ermənistan ərazisindədir. Oranın planlaşdırılması da başa çatanda məsələ həllini tapmış olacaq. Beləliklə, biz türk dünyasına daha rahat çata biləcəyik”.
Mətləb