Balakəndə mikroavtobus piyadanı vurub
![Image](/uploads/posts/2024-01/b09120dc-400e-3619-9e00-3435cb5262dc_850.webp)
Balakəndə mikroavtobus piyadanı vuraraq öldürüb. Bu barədə mətbuata DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, yanvarın 6-sı rayonun Püştətala kəndində Ülvi İsmayılov idarə etdiyi “Mercedes” markalı mikroavtobus ilə yolu keçən piyada, 2001-ci il təvəllüdlü Alqayev Abdulla Kənan oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Araşdırma aparılır.
Mətləb