KÖHNƏ VERSİYA            

İrəvan Kiyev kimi müqavimət göstərə bilməyəcək...

Image

Rusiya səfiri Sergey Kopırkin Ermənistanın İctimai Televiziyasına müsahibəsi zamanı səsləndirdiyi fikirlər, gözlənildiyi kimi, İrəvanda ciddi ajiotaj yaradıb. Kopırkin qeyd edib ki, Nikol Paşinyanın İrəvanın xarici siyasət vektorunu dəyişmədiyinə dair vədlərinə baxmayaraq, Rusiya bu sahənin ciddi şəkildə korrektə olunduğunu və hətta yenidən formalaşdırıldığını görür: 

“Qərbin məqsədi, istər Cənubi Qafqaz, istərsə də digər regionlar olsun, bütün cəbhələrdə Rusiya ilə mübarizə aparmaqdır. Biz Ermənistanın müstəqil dövlət olduğunu bilirik və öz siyasətini müəyyən etmək hüququna malik olduğunu anlayarıq. Buna görə Ermənistanı hansısa xarici siyasət vektorunu dəyişməkdə suçlamırıq. Lakin Qərbin Rusiya ilə qarşıdurmasını nəzərə alsaq, onun narahatlığı normaldır. Amma Moskva Ermənistana strateji tərəfdaş və müttəfiq kimi baxmaqda davam edir”

Rusiya səfirinin bu açıqlamaları fonunda Ermənistanın “armenianreport” portalı yazır ki, əslində, Kremldən İrəvana növbətə xəbərdarlıq gəlir: “Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkinin müsahibəsində səsləndirdiklərini diqqətlə dəyərləndirməliyik. Çünki onun dediklərinin hamısı Kremlin ölkəmizlə bağlı siyasətinin bariz əksidir. Kreml isə ölkəmizin rəhbərliyinin siyasətindən narazılığını gizlətmir. Onlar hesab edirlər ki, Ermənistan “Qərblə flört edir”. “Rusiya Qərblə münasibətlərdəki tendensiyaları ikiqat ehtiyatla izləyir. Təbii ki, biz buna heç bir şəkildə qarşı çıxa bilmərik, biz qarşıdurma yaratmırıq və siyasəti nə bizimlə, nə də bizə qarşı hesab edirik”, - Kopırkin bildirib. Və bu, tamamilə aşkar, zəif gizli bir təhlükə idi. Bunun yalnız bir təsdiqini verəcəyik. “Təəssüf ki, rəsmi İrəvan qərblilərin təlqininə uyaraq öz xarici siyasət xəttini yenidən formatlamağa çalışır. O, Moskva ilə zamanın sınağından çıxmış ittifaqı, hətta Qərbdən konkret yardım üçün deyil, yalnız qeyri-müəyyən vədlər üçün dəyişir”, - Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunları üzrə TASS-a eksklüziv müsahibəsində bildirib. Tamamilə aydındır ki, səfir Kopırkin Rusiya XİN rəhbərinin fikrini, sadəcə olaraq, davam etdirib. O, praktiki olaraq açıq şəkildə ölkəmizin rəhbərliyini müstəqil xarici siyasət yürütməkdən əl çəkməyə və demokratik Qərblə yaxınlaşmamağa çağırır. Rusiya bizim milli maraqlarımıza əhəmiyyət vermir. Orada başqa ölçüdə yaşayırlar. Səfir Kopırkinin danışdığı da bunu göstərir. Bəli, Kreml hesab edir ki, Qərb Rusiyaya müharibə elan edib. Aydındır ki, reallıqda hər şey tamam fərqlidir. Əslində, rus xalqının yad torpaqlardakı müharibələrə, başqa ölkələrin sakinlərinin qanına və göz yaşlarına olan əbədi ehtiyacını ödəyən məhz Rusiya prezidenti Vladimir Putindir. O, yenidən SSRİ-ni yaratmağı arzulayır və əslində bunu gizlətmir. İstifadəsinə hazır olduğu üsulları da gizlətmir. Və bütün dünya yenidən Rusiyanın öz planlarını həyata keçirmək üçün nə etməyə hazır olduğunun yeni sübutunu gördü. O, Ukraynaya misli görünməmiş bir qəddarlıq və güc hücumu etdi. “Kiyev, Lvov, Odessa, Dnepr, Xarkov, Zaporojye və digər şəhərlərdə doğum evi, təhsil müəssisələri, ticarət mərkəzi, çoxmərtəbəli binalar və fərdi yaşayış evləri, ticarət anbarı, avtodayanacaqlar raketlərlə vuruldu”, - deyə Ukrayna prezidenti Vladimir Zelenski kütləvi hava hücumundan zərər çəkmiş şəhər və obyektləri sadalayıb. O bildirib ki, Rusiya arsenalında olan, demək olar ki, hər şeylə Ukraynanı vurub: “Kinjal”lar, S-300-lər, qanadlı raketlər, PUA-lar. “Strateji bombardmançı təyyarələr X-101/X-505-i buraxdılar. Təxminən 110 raket atılıb, onların əksəriyyəti vurulub”, - deyə Zelenski bildirib. Aydındır ki, Rusiya bundan sonra da eyni şəkildə hərəkət edəcək. Şübhəsi olanlar üçün Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin dediklərini xatırlamağı təklif edirik. O iddia edir ki, Odessa, Dnepropetrovsk, Xarkov, Nikolaev, Kiyev bir çox başqa müvəqqəti işğal olunmuş şəhərlər kimi Rusiyanın şəhərləridir. Bunu son günlərdə zərbələrin endirildiyi yerlərlə müqayisə edin və hər şey sizə aydın olacaq. Görəcəksiniz ki, Rusiyanın Ukrayna ilə bağlı planları nə qədər aydındır. “Onların hamısı hələ də kağız xəritələrdə və elektron planşetlərdə sarı və mavi rənglərlə qeyd olunub. Xüsusi əməliyyat davam edəcək, onun məqsədi Ukrayna qoşunlarının tərksilahı və hazırkı Ukrayna dövlətinin neonasizm ideologiyasından imtinası olaraq qalacaq”, - D.Medvedyev əlavə edib. Aydındır ki, o, Vladimir Putinin ağzı ilə danışır. Amma S.Lavrov və S.Kopırkinin bəyanatları haqqında da eyni şeyi demək olar. Bəli, hamı bizdən təvazökarlıq və təslim olmağı tələb edir. Əks halda, təbliğatçıların ağzından Ermənistanın Ukraynanın taleyi ilə üzləşəcəyini deyirlər. Bunu istəmirsən? Onda sivilizasiyaya, demokratiyaya doğru addımlar atmaqdan vaz keçin. Rus dünyasını izləyin - zorakılıq, gerilik, hamı ilə düşmənçilik dünyasını. Axı Kremldə, artıq səfir Korkinin dediyi kimi, Rusiyanın yanında olmayan hər kəsin ona qarşı olduğuna inanırlar. Və bu təhlükələri qiymətləndirməmək olmaz”. 

Beləliklə, indi Ermənistanda etiraf edilir ki, Rusiya Ukrayna ssenarisini tezliklə burada da tətbiq edə bilər. Amma Ukraynadan fərqli olaraq, Ermənistan Rusiyaya müqavimət göstərə bilməyəcək.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:43
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs edildi

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031