KÖHNƏ VERSİYA            

Qərbdən və İrəvandan Lavrovun sözlərinə heç bir cavab verilmədi…

Image

Abutalıb Səmədov: “Lavrovun söylədiyi tərzdə, təbii ki, Ermənistanda heç kim ona birbaşa cavab verə bilməz”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair TASS-a eksklüziv müsahibəsində Ermənistanın NATO ilə dialoqu gücləndirmək kursunun nəticələri barədə xəbərdarlıq edib. 

Müxbirin “sizcə, son bir neçə ayda dialoqda yaranmış çətinlikləri nəzərə alaraq, Moskva ilə İrəvan arasında münasibətlər gələcəkdə necə inkişaf edə bilər? Rusiya hərbi bazalarının Ermənistanda davamlı olmasının mümkünlüyünü və respublika ilə NATO arasında əməkdaşlıq perspektivlərini necə qiymətləndirirsiniz” sualına S.Lavrov “Təəssüf ki, rəsmi İrəvan qərblilərin təlqininə uyaraq öz xarici siyasət xəttini yenidən formatlamağa çalışır. O, Moskva ilə zamanın sınağından çıxmış ittifaqı, hətta Qərbin konkret köməyi ilə deyil, yalnız qeyri-müəyyən vədlərlə dəyişir. Strateji dönüş kursuna haqq qazandırmaq üçün respublikanın bütün bəlalarına, o cümlədən Qarabağın itirilməsinə görə Rusiyanı günahlandırmağa çalışırlar. Biz dəfələrlə Rusiyanın narahatlığını açıq şəkildə demişik, indi Ermənistan hakimiyyətinin qeyri-dost addımlarını bir daha sadalamağın mənası yoxdur. Ermənistan Cənubi Qafqazda bizim üçün strateji tərəfdaş olub və belə də qalır. Əminik ki, bütün çətinliklər müvəqqətidir və siyasi iradə olarsa, aradan qaldırılacaqdır. Məhz Rusiya-Ermənistan əlaqələrinin davamlı və sistemli inkişafı iki dövlətimizin ortaq dəyərləri və vahid mədəni kodu olan xalqların fundamental maraqlarına cavab verir. Moskva ilə İrəvan arasında ticarət-iqtisadi əlaqələr və sənaye dialoqu təsirli templə inkişaf edir. Bu, iki ölkə arasında münasibətlərin bünövrəsidir, həm də Ermənistan iqtisadiyyatının davamlılığı və Ermənistan əhalisinin rifahı üçün ən mühüm yardımdır. Son illər respublikanın ÜDM-nin sürətli artımı daha çox Rusiya ilə əməkdaşlıq və İrəvanın Avrasiya İqtisadi İttifaqına üzv olması ilə bağlıdır. Dekabrın 14-15-də İrəvanda baş nazir müavinlərinin həmsədrliyi ilə İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 22-ci iclası keçirilib. Gələn il Ermənistan Aİİ-yə sədrlik edəcək. Həmkarlarımıza uğurlar arzulayırıq. Ermənistan hazırda bir sıra problemlərlə üz-üzədir. Üstəlik, Qərb oyunçularının köməyi ilə onları dayandırmaq mümkün olmayacaq. ABŞ və Aİ Rusiyadan fərqli olaraq respublikaya və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır. Onların vəzifəsi tamam başqadır - Moskvanı və digər regional gücləri sıxışdırıb sıxışdırmaq, Balkanlar, Yaxın Şərq və Ukraynadan sonra yeni gərginlik mənbəyi yaratmaq. Çətin vəziyyətdən çıxış yolu göz qabağındadır - İrəvan, Bakı və Moskvanın üçtərəfli razılaşmalarını ən yüksək səviyyədə həyata keçirmək. Biz Ermənistan ərazisində 102-ci Rusiya hərbi bazasının yaradılmasının məqsədəuyğunluğu ilə bağlı müzakirələri zərərli hesab edirik. Onun orada yerləşdirilməsi haqqında saziş 1995-ci il martın 16-da ilk növbədə milli maraqlara və dövlətlərimizin Cənubi Qafqazda sabitliyi möhkəmləndirmək məqsədinə əsaslanaraq bağlanıb. Bu gün bizim ordumuz bu regionda sülhün təmin edilməsində əsas elementdir. Son vaxtlar İrəvan NATO və onun ayrı-ayrı üzv ölkələri ilə əməkdaşlığı inkişaf etdirir. Bu il Ermənistan alyansla bir neçə onlarla tədbirdə iştirak edib. O, silahlı qüvvələrini NATO standartlarına uyğun modernləşdirməyə davam edir, hərbi respublikalar Şimali Atlantika blokunun bir sıra dövlətlərində təlim keçir. Bu, bizi narahat etməyə bilməz. Biz dəfələrlə erməni həmkarlarımızın diqqətinə çatdırmışıq ki, NATO-nun əsl məqsədi regionda öz mövqelərini gücləndirmək və “parçala, hökm sür” sxemi ilə manipulyasiyaya şərait yaratmaqdır. Ümid edirəm ki, İrəvan alyansla qarşılıqlı əlaqələrin dərinləşməsinin milli müdafiə və təhlükəsizlik sahəsində suverenliyin itirilməsinə səbəb olduğunu bilir”-deyə cavab verib. 

Lavrovun açıqlamasına hələ nə Qərbdən, nə də Ermənistandan cavab var. Niyə reaksiya verilmir?

“Yəqin ki, Qərbin cavabını yaxın vaxtlarda eşidərik” 

Müstəqil ekspert Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Rusiyanın xarici işlər naziri Segey Lavrov digər rəsmilərdən fərqli olaraq həqiqəti söyləyir. “Ermənistan xarici siyasət kursunu dəyişdirir. Rusiya ilə mövcud yaxınlıqdan imtina edir və üzünü Qərbə tutur. Lavrov da deyir ki, Qərb   dumanlı vədlərdən başqa ortaya hələ konkret bir şey qoymayıb. Əslinə qalsa, bunu qoymaq imkanı da yoxdur. Yaxşı xatırlayırıq ki, ABŞ-ın konqresində dinləmələr zamanı dövlət katibinin köməkçisi bəyanat vermişdi ki, Azərbaycan hakimiyyətinin Qarabağ xalqına qarşı güc işlətməsinə imkan verməyəcəklər. Söhbət antiterror tədbirlərinin qarşısını almaqdan gedirdi. Azərbaycan bu tədbirləri həyata keçirmək məcburiyyətində idi. Çünki 10 mindən artıq Ermənistan silahlısı özünü “Qarabağ ordusu” adlandıran cinayətkar dəstələr tərki silah olunmalı idilər. ABŞ deportamentinin rəsmisi o cür bəyanat verdi, ancaq Azərbaycan buna baxmayaraq antiterror tədbirlərini həyata keçirdi və məlum oldu ki, ABŞ-ın əlindən gələn elə bu cür bəyanatlar verməkdir. Real addımlar ata bilmir, çünki haqsız mövqedədir, haqq - ədaləti müdafiə etmir. Separatizmə dəstək verir, Ermənistanın ədalətsiz tələblərini dəstəkləyir. Ancaq burada başqa bir məsələ də var ki, Rusiyanın ABŞ-dan elə də bir fərqi yoxdur. Rusiyanın da öz maraqları var və öz maraqları naminə bu xalqları uzun illərdir üz-üzə qoyub və bundan sonra da əlinə imkan düşsə, şübhəsiz, eyni siyasət davam etdiriləcək. Çətinlik bundadır ki, bu vəziyyətdə ABŞ ilə Rusiyanın bölgəni münaqişə, qarşıdurma zonasına çevirdikləri bir məqmada yanlış addımlar atılmasın və ən düzgün xarici siyasət xətti götürülsün. Hələlik Azərbaycan hakimiyyəti bunu bacarır. Şübhə yoxdur ki, bundan sonra da bacaracaq. Ancaq Ermənistanın gah bir, gah da başqa tərəfə meyl etməsi son nəticədə onun üçün uğurlu sayıla bilməyəcək nəticələrə gətirib çıxardı. Biz yaxşı xatırlayırıq, ötən ilin oktyabrda Ermənistan Vaşinqton platformasından imtina etməyə hazır olduğunu bəyan etdi, Rusiya prezidentindən xahiş etdi ki, Azərbaycan Ermənistan arasında sülh sazişi layihəsinin arxasında axıra qədər dursun. Görünür, ehtiyat edirdilər ki, Rusiya axıra qədər dayana bilməz və dayana da bilmədi. Keçən ilin oktyabrında Soçidə keçirilən sammitdə Azərbaycan Prezidenti kəskin mövqe ortaya qoydu və Rusiyanı məcbur etdi ki, hazırladığı layihədən imtina etsin. Yalnız bundan sonra Ermənistan Qərbə doğru kəskin dönüş etdi, bud a ona başqa problemlər yaratdı. İndi Avrasiya İqtisadi Birliyinin tədbirinə qatılıb. Bu da onunla əlaqədardır, görünür, Paşinyanı başa salıblar ki, bu cür addımların atılması Ermənistanı ağır iqtisadi duruma sala bilər. Ermənistanın xarici ticarət dövriyyəsinin az qala 40 faizə yaxını Rusiyanın payına düşür. Üstəlik, Rusyada işləyən ermənilər hər il 4 milyad dollara yaxın vəsait göndərirlər, bud a Ermənistan əhalisinin  dolanışığının təmin edilməsində həlledici rol oynayır ”-deyə A.Səmədov qeyd etdi.

A.Səmədovun sözlərinə görə, burada Rusiya qazı məsələsi də var. Onun dediyinə görə, bu yaxınlarda İran da etiraf edib ki, Rusiya -“Qazprom” imkan vermir ki, İran da Ermənistana qaz satsın. O qeyd etdi ki, yəni İran da Rusiya ilə bu məsələdə hesablaşır və yeri gəlmişkən, Rusiya Ermənistana ən ucuz qiymətə qaz verir. “Digər məsələlər də var. Ən əsası, Yuxarı Lars keçid məntəqəsinin bağlanması, Ermənistan nəqliyyatının Rusiya əraziisnə buraxılmaması bu ölkə üçün həddən artıq ciddi problemlər yaradıb. Bu səbəbdən də, Lavrovun müsahibəsinə də hələ ki, cavab vermirlər, cavab versələr də adətən bu cavabları tapmaca şəkilində verirlər. Lavrovun söylədiyi tərzdə təbii ki, Ermənistanda heç kim ona birbaşa cavab verə bilməz. Yəqin ki, Qərbin cavabını yaxın vaxtlarda eşidərik. Qərbin cavabı da yəqin ki,  yaxın vaxtlarda olacaq. Çünki mübarizə bitməyib. Həqiqətən də Qərb Rusiyanı bölgədən vurub çıxarmaq istəyir. Bu məsələdə Ermənistan onun ən yaxın köməkçisidir. Buna nə qədər nail ola biləcək, üstəlik, Ukrayna müharibəsində 2024-cü ildə real dönüş ola biləcəkmi, Ukrayna bəlkə də sonuncu əks – hücum şansından istifadə edib heç olmasa torpaqlarının yarısını geri qaytara biləcəkmi? Bu da çox ciddi sualdır. Hələlik, Qərbin yardımı dayanıb, Ukrayna kifayət qədər ağır durumdadır, növbəti ildə artıq büdcə təşkilatında işləyənlərə və təqüdçülərə vəsait ödəmək müşkülə çevrilib. Belə bir durumda ABŞ-da seçkiqabağı kampaniyanın sürət götürdüyünü də nəzərə alsaq, Ukraynda vəziyyətin ağırlaşa biləcəyini söyləyə bilərik. Bölgə uğrunda ciddi, ağır mübarizə gedir və bu mübarizənin necə nəticələnməsi, çox güman ki, hələ bir qədər zaman tələb edəcək. Yaxın 2024-cü ildə ABŞ-ın və Qərbin Rusiyanı vurub bölgədən çıxarması və Ukraynada ciddi uğurlara nail olması mümkün görünmür. Bölgə uğrunda mübarizə davam edir, bu şəraitdə təbiidir ki, Azərbaycan yeganə düzgün siyasət yeridir və Azərbaycan Prezidenti dövləti mümkün sarsıntılardan qorumaq üçün əlindən gələni edir”-deyə A.Səmədov vurğuladı.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:43
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs edildi

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031