Prokuror Vaqif Xaçaturyana 15 il cəza istədi
Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.
Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı, Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov çıxış edib.
O bildirib ki, Vaqif Xaçaturyanın cinayətini yüngülləşdirən hallar aşkarlanmayıb. Vaqif Xaçaturyanın təqsirləndirilməsinə dair işi üzrə sübutların təqdimatı olub. Prokuror Vaqif Xaçaturyanın 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Mətləb