KÖHNƏ VERSİYA            

Fransanın Afrikada 70 illik uğurlarını Makron 7 ildə məhv etdi...

Image

2022-ci ildə baş verən hadisələrdən sonra Fransa sözün əsl mənasında Afrikadan qovulur. Mərkəzi Afrika Respublikasından Fransanın qovulması qitənin digər ölkələrinin də analoji addımlar atması ilə müşayiət edilir. 1960-cı illərdən bəri Niger, Mali və Burkina Fasoda hərbi bazalar saxlayan Fransa artıq onları itirib. 

İndi eyni aqibət Seneqal və Çaddakı Fransa bazalarını da gözləyir. Yəni bu ilin sonuna qədər Fransanın Afrika qitəsində doqquz əvəzinə beş hərbi bazası olacaq. Eyni zamanda, yerdə qalanlarda - Qabon, Kot-d'İvuar və Cibutidə Fransa əleyhinə əhval-ruhiyyə güclənir.

Seneqal prezidenti Bassiou Diomai Fay bu yaxınlarda iki Fransa hərbi bazasını ölkədən çıxarmaqda qərarlı olduğunu açıqlayıb və bunu belə izah edib: “Seneqal müstəqil, suveren ölkədir, ona görə də xarici hərbi bazaların olması qəbuledilməzdir. Bu, müstəmləkə anaxronizmidir”. Seneqal rəhbəri misal kimi ölkəsinin Türkiyə, Çin və Səudiyyə Ərəbistanı ilə yaxşı və konstruktiv münasibətlərini” göstərərək, qeyd edib: “Bu ölkələrin ölkəmizdə hərbi bazaları yoxdur,amma yaxşı münasibətlərimiz var”. Seneqal hakimiyyəti gələn ilin yanvarında Fransa hərbi bazalarının ləğvi ilə bağlı Parislə danışıqlara başlamağı planlaşdırır.  Bu xüsusda xatırladaq ki, 1961-ci ildə Tunis sahilyanı Bizertedəki fransız hərbi bazasının ləğvini tələb edəndə Paris orada qan tökmüşdü. Bu, "Buldoq" adı ilə həyata keçirilən əməliyyat idi. Bu müddət ərzində 11 mindən çox tunisli öldü. Lakin 1963-cü ildə Fransa bradakı bazanı boşaltdı. Eyni şey Qərbi Afrika Kot-d'İvuarında 2010-cu illərin əvvəllərində baş verdi, həmin ölkənin "qeyri-fransalı" prezidenti Fransa hərbi bazalarının oradan çıxarılmasını müdafiə etdi. Tezliklə Fransa xüsusi xidmət orqanları tərəfindən devrildi. Amma indi vəziyyət fərqlidir. Rusiyanın, Çinin regionda artan təsiri də fransa üçün əlavə problem yaradır. Yalnız bu ilin yanvar-oktyabr aylarında Rusiya Federasiyası Seneqala taxıl tədarükünü təxminən üçdə bir  həcmdə artırıb. Bu, bir sıra Fransa KİV-lərinin narahatlığına səbəb olub: onlar deyirlər ki, Rusiya Fransanı Seneqal ərzaq bazarından sıxışdırır. Bununla belə, hamı başa düşür ki, rus taxılı nəinki fransızdan ucuzdur, həm də daha keyfiyyətlidir. Bundan əlavə, Rusiya və Belarus kimyəvi gübrələrinin Seneqala tədarükü artır, Fransadan isə analoji məhsulların tədarükü azalır. Və eyni fransız mediasında qeyd edildiyi kimi, Rusiya Federasiyası ilə Seneqal arasında iqtisadi əlaqələrin güclənməsi ilə Rusiyanın siyasi təsiri şübhəsiz artacaq. Yada salaq ki, 2024-cü ildə Fransa hakimiyyəti Seneqal hökumətini qonşu Mali və Burkina Fasodan çıxarılan fransız qoşunlarını qəbul etməyə razı salmağa çalışıb. Lakin seneqallılar bundan imtina etdilər. Və bir müddət əvvəl Fransanın qonşu Qvineya ilə Mali və Seneqal sərhədləri yaxınlığında öz böyük hərbi bazasını yaratmaq üçün danışıqlar apardığı bildirildi. Mövcud məlumata görə, danışıqlar başa çatmayıb, lakin Parisin Qvineyaya iqtisadi təzyiqi artır ki, onun hakimiyyət orqanları planlaşdırılan hərbi baza üçün Fransadan minimum icarə haqqı ilə razılaşsın. Mərkəzi Afrikada yerləşən Çad Respublikası Parisin hərbi mövcudluğu ilə bağlı Seneqala bənzər siyasət yürüdür. Ölkə 1960-cı ildə Fransa hərbi bazalarının ölkəsində yerləşməsi ilə bağlı keçmiş metropoliya ilə bağlanmış müqaviləni pisləyib.  Ölkə hökumətinin bəyanatına görə, Çad Respublikasının öz ərazisində tam suverenliyini təsdiqləməsi və milli prioritetləri əsasında strateji tərəfdaşlığını yenidən müəyyənləşdirməsinin vaxtı çatıb. Ölkədə minlərlə insan bu qərarı dəstəkləmək üçün nümayiş keçirib.Yeri gəlmişkən, Fransa xüsusi təyinatlıları 2011-ci ildə Çaddakı bazalardan Liviyaya yerləşdirilib. Məhz onların köməyi ilə üsyançılar Müəmmər Qəddafini öldürdülər. 

Xatırlatmaq yerinə düşər ki, Qərbi və Mərkəzi Afrika ölkələrində   pul vahidi əvvəlcə regional franklar idi, onların buraxılışı və məzənnəsi hələ də Fransa Xəzinədarlığı tərəfindən idarə olunur. Bu nəzarət elə həyata keçirilir ki, bu ölkələr keçmiş metropoliyanın kənd təsərrüfatı və xammal mənbələri olaraq qalırlar. Ancaq Niger, Mali və Burkina Faso hökumətləri bu ilin ortalarında. Fransanın maliyyə və ümumiyyətlə, iqtisadi neokolonializmindən qurtulmaq üçün 2026-cı ilə qədər kollektiv suveren valyutanın formalaşacağını elan ediblər. Həmin ölkələrdə bu ilin sonuna kimi onilliklər ərzində fransız biznesinə məxsus olan müəssisələrin əksəriyyəti artıq milliləşdirilib. Yeni regional valyutanın ilkin adı saheldir. 2025-ci ildə bu valyuta layihəsində mümkün iştirak Seneqal, Çad və Mərkəzi Afrika Respublikasında da açıqlanıb. Bunlar fonunda   bir çox fransız ekspertləri ilə razılaşmaq olar: Parisdən  Kiyev hakimiyyətinə artan hərbi yardımlar “aparılarkən”, Afrikada  Parisin təsrindən xilas olan Fransanın keçmiş müstəmləkələrinin sayı getdikcə artır. Fransanın "Le Point" jurnalı yazır ki, Fransanın Afrika qitəsindən sıxışdırılması və Rusiya ilə Çinin burada nüfuz qazanması Avropa ölkələri üçün ciddi nəticələrə səbəb ola bilər. Məqalədə qeyd edilir ki, Fransanın regiondan çəkilməsi, o cümlədən BMT daxilində onu müttəfiqlərdən və tərəfdaşlardan, mühüm təsir mənbəyindən məhrum edir və Parisin zəifləməsini simvollaşdırır. Jurnalın fikrincə, bu uğursuzluq Fransanın xarici siyasətdəki səhvləri və təsir vasitələrini itirməsi ilə izah olunur. "Le Point" əlavə edir ki, fransız diplomatiyası Afrikadakı mühüm dəyişikliklərə - qloballaşmanın artması, orta sinfin yaranması və gənclər arasında suverenlik arzusunun güclənməsi kimi proseslərə adekvat reaksiya verməyib. Bundan başqa, Fransa Rusiyanın hərbi, Çinin isə iqtisadi gücünü lazımi səviyyədə qiymətləndirməyib. Məqalədə vurğulanır ki, Fransanın regiondakı təsirinin zəifləməsi həm də fransız şirkətlərinin və sərmayələrinin Afrika ölkələrindən kütləvi şəkildə çıxması, dil və mədəni əlaqələrin pozulması fonunda baş verib. Bu, Fransanın diplomatik ambisiyaları ilə hərbi mövcudluğu arasında uçurum yaradıb. Respublika prezidenti Emmanuel Makronun fəaliyyətinə toxunan "Le Point" onun Fransa ilə Afrika arasında 70 illik imtiyazlı əlaqələrin mirasını 7 il ərzində məhv etdiyini qeyd edir.

Nahid SALAYEV







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Ərdoğan 1-ci zəngi NATO-nun baş katibinə, 2-cini İlham Əliyevə etdi - niyə?..

Media savadlılığı niyə vacibdir?..

SON XƏBƏRLƏR

18.12.2024 | 00:30
Media savadlı olmaq üçün nə etməliyik?

17.12.2024 | 21:18
Paşinyan Konstitusiyanın preambula hissəsini dəyişməkdən imtina etdi - saziş məsələsi qapanır...

17.12.2024 | 21:02
Trampın Ukraynaya soyuq münasibətinin kökündə şübhəli məqam var...

17.12.2024 | 20:47
Ərdoğan 1-ci zəngi NATO-nun baş katibinə, 2-cini İlham Əliyevə etdi - niyə?..

17.12.2024 | 20:33
Paşinyan Putinlə görüşmək üçün Aİİ sammitini Piterə salmışdı, Putin isə imtina etdi...

17.12.2024 | 20:30
Emin Ağalarov Özbəkistanda “Sea Breeze” turizm mərkəzi tikəcək - Şavkat Mirziyoyev bu təklifi dəstəkləyib

17.12.2024 | 20:18
Suriyanın təsirləri - Qərbi Azərbaycan konsepsiyası ermənilərin yuxusunu ərşə çəkib...

17.12.2024 | 20:05
Məhkəmə hakimləri ilə bağlı yeni komitə - Məhkəmə-Hüquq Şurası necə olacaq?...

17.12.2024 | 19:51
İsrailin Suriyada növbəti addımları - Ərdoğan hava qüvvələrinə "vurun" əmri verdi...

17.12.2024 | 19:37
Hind mediası Bakının Dehlidən silah almaq cəhdləri barədə ağ yalanlar yazdı...

17.12.2024 | 19:24
Fransanın Afrikada 70 illik uğurlarını Makron 7 ildə məhv etdi...

17.12.2024 | 19:09
9 ayda Azərbaycanın üzərindən 24 milyon tondan çox yük daşınıb...

17.12.2024 | 18:55
Qolanda İsrailin işğalı davam edir - Suriyanın gələcəyi üçün yeni narahatlıq mənbəyi...

17.12.2024 | 18:41
"Əsəddən sonra Türkiyə və Avropanın Azərbaycan qazına marağı azalacaq" - proqnozun tutarsızlığı...

17.12.2024 | 18:28
Rusiya bazaları Suriyadan, 102-ci baza İrəvandan çıxarıla bilər...

17.12.2024 | 18:14
İrandan absurd iddia - Rəisinin ölümündə Azərbaycanın da əli var...

17.12.2024 | 18:01
Sahibkarların kartdan-karta pul atmaları necə ifşa olunur…

17.12.2024 | 17:53
BMU-da Əqli Mülkiyyət Agentliyi ilə birgə tədbir keçirilib

17.12.2024 | 17:47
Siyasi partiyaların pulu 1 milyon manat artırıldı...

17.12.2024 | 17:43
“Büdcədən partiyalara ayrılan maliyyənin artırılması siyasi sistemin daha da təkmilləşdirilməsinə müsbət təsir göstərəcək” - Vüqar Rəhimzadə

17.12.2024 | 17:42
"Ortaq Türk Keçmişindən Gələcəyinə Doğru: Ümumtürk Əlaqələrinin Güclənməsində Ortaq Əlifbanın Rolu"

17.12.2024 | 17:38
Dincə qoyulmuş torpaqlara görə subsidiya veriləcək

17.12.2024 | 17:38
Qondarma "Abxaziya dövlətinin səfirliyi" də Suriyadan qaçdı....Siyasi oyunbazlığın şərəfsiz sonluğu....

17.12.2024 | 17:35
Azad rayonlarda bərpa işlərinin analoqu yoxdur...

17.12.2024 | 17:33
Əsəd rejimini Suriya xalqı (?) devirdi, ya xarici dövlətlərin dəstəklədiyi silahlı dəstələr?...

17.12.2024 | 17:22
Media savadlılığı niyə vacibdir?..

17.12.2024 | 17:16
Rüstəm Minnixanov Cəbrayıl, Qubadlı və Zəngilana üç ədəd mikroavtobus hədiyyə etdi

17.12.2024 | 17:07
Azərbaycanda aqrar sahədə verilən subsidiyaların siyahısı genişləndirildi

17.12.2024 | 17:06
Moskvada rus generala sui-qəsdin arxasından Ukrayna çıxır...

17.12.2024 | 16:53
Türkiyə Suriyada PKK-ya qarşı genişmiqyaslı hərbi əməliyyata başlayır - Vaşinqton narahatdır...

17.12.2024 | 16:41
Azərbaycan AQEM-ə sədrliyi təhvil aldı...

17.12.2024 | 16:20
Kadırov Suriya ilə bağlı Kremlə çağırış etdi - HTŞ-ni terrorçular siyahısından çıxarın...

17.12.2024 | 16:07
Baş Prokurorluq erməni canilərin cinayət işi ilə bağlı Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət etdi

17.12.2024 | 15:55
Azərbaycan QHT-dən UNESCO-nun Baş direktoruna çağırış - Ermənistana faktaraşdırıcı missiya göndərin...

17.12.2024 | 15:30
"Dördüncü dəfə ölkədə inqilabın qarşısını aldıq, “komediya bitdi” - Gürcüstanın Baş naziri

17.12.2024 | 15:25
Prezident Rüstəm Minnixanovu “Dostluq” ordeni ilə təltif etdi

17.12.2024 | 15:23
Bakıda saxlanan erməni hərbi cinayətkarların işi məhkəməyə göndərildi

17.12.2024 | 15:20
Prezident İlham Əliyev Tatarıstan Respublikasının Rəisi ilə görüşdü - FOTO/YENİLƏNDİ

17.12.2024 | 15:12
Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

17.12.2024 | 14:36
Sərnişinlərin həyatını təhlükəyə atan avtobus sürücüsü həbs edildi

17.12.2024 | 14:30
HƏMYERLİMIZ RUSİYADA BEYNƏLXALQ ƏDƏBİ MÜSABİQƏNİN QALİBLƏRİ SIRASINDA

17.12.2024 | 14:19
Repetitor “biznesi” məktəbi və təhsili çökdürür....

17.12.2024 | 14:13
Siyasi şərhçi: Gürcüstan sabitlik zolağına çıxır

17.12.2024 | 14:10
Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

17.12.2024 | 13:56
Yaxta kirayəsi adı ilə vətəndaşları aldadan şəxslər yaxalandı - FOTO

17.12.2024 | 13:43
Moskvada ordu generalı öldürüldü - sui-qəsd...

17.12.2024 | 13:25
Bakıda “Media savadlılığı” konfransı keçirildi - FOTO

17.12.2024 | 13:03
Турция жестко наказала Армению - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

17.12.2024 | 12:51
"Vətəndaşlar artıq göndəriş aldığı təqdirdə istədiyi özəl xəstəxanaya müraciət edə bilər" - Zaur Əliyev

17.12.2024 | 12:40
"Media savadlılığının artırılması məsələsi bütün dünya üçün çox böyük əhəmiyyət daşıyır" - Lətifə Axarbaş

17.12.2024 | 12:35
Tatarıstanın Rəisi Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

17.12.2024 | 12:26
"Media savadlılığı sahəsində maarifləndirmə işlərində fasilə yaranmamalıdır" - Əhməd İsmayılov

17.12.2024 | 12:10
“Qalatasaray” Dibala ilə danışıqlara başlayıb

17.12.2024 | 12:05
Azərbaycanın xarici ticarət dövriyyəsi 52 milyard dollara çatıb - Prezidentin köməkçisi

17.12.2024 | 12:00
"Media savadlılığı bacarıqlarının artırılması üçün vahid daxili strategiya hazırlanıb"

17.12.2024 | 11:53
Azərbaycanda gələn ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiqləndi

17.12.2024 | 11:44
İsmət Səttarov: "Media savadlılığının hər bir insanın təhsilində yer alması çox mühümdür"

17.12.2024 | 11:30
Şirməmməd Hüseynovun 100 illiyi ilə əlaqədar elektron məlumat bazası hazırlanıb

17.12.2024 | 11:20
İsraildən Qəzzaya növbəti hücum - 8 fələstinli öldürüldü

17.12.2024 | 11:10
"Azərbaycandakı tolerantlıq mühiti ICESCO ilə münasibətlərin inkişafına mühüm təsir göstərir"

17.12.2024 | 11:05
Lökbatanda 2 avtomobil toqquşub, bir nəfər ölüb

17.12.2024 | 11:02
İran təhlükəli və çıxılmaz duruma düşdü - CANLI

17.12.2024 | 11:00
Hərbi xidmət müddətinin azaldılması müzakirə olunacaq? - Dövlət Xidməti açıqlama yaydı

17.12.2024 | 10:43
Dəm qazı daha bir ailəyə faciə gətirdi

17.12.2024 | 10:32
İran Suriya ilə bağlı bəyanat yayıb

17.12.2024 | 10:25
Konstitusiya Məhkəməsində iclas keçirilib

17.12.2024 | 10:10
Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb

17.12.2024 | 10:05
MSK seçkiqabağı təşviqatla bağlı elan yayımlayıb

17.12.2024 | 10:00
Moskvada yaşayış binasında partlayış olub, ölənlər var

17.12.2024 | 09:30
Keçmiş prezident həbs olunacaq - 15 yaşlı qızı hamilə buraxıb...

17.12.2024 | 09:25
Ali təhsil sistemində 7 yeni ixtisası kimlər tədris edəcək...

17.12.2024 | 09:15
Lökbatanda 15 yaşlı qızı maşın vurub

17.12.2024 | 09:10
"Bir aydan sonra özümdə güc toplayaraq.." - Manana anası barədə paylaşım etdi

17.12.2024 | 09:05
Gürcüstana əlavə sanksiyalar tətbiq ediləcək - ABŞ-dan AÇIQLAMA

17.12.2024 | 09:00
"Qalatasaray" darmadağınla qazandı, "Beşiktaş" uduzdu

17.12.2024 | 08:37
Naxçıvana 320 milyon manat dotasiya ayrıldı, ancaq 285 milyon...

17.12.2024 | 01:34
Bundestaq Şolts hökumətinə etimad göstərmədi - Almaniya növbədənkənar seçkilərə gedir...

17.12.2024 | 01:01
Tramp Ukraynada sülh danışıqlarında irəliləyiş olduğunu dedi və Zelenskiyə mesaj göndərdi - hazırlaşın...

17.12.2024 | 00:15
Media savadlılığı nədir?

16.12.2024 | 22:36
QAİ Blinkenə çağırış etdi - qərəzli siyasətə son qoyun və göndərdiyimiz məktuba cavab verin...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031