Bazar ertəsi günü, 08 dekabr 2025
     

9 ayda Azərbaycanın üzərindən 24 milyon tondan çox yük daşınıb...

Image

2019-2024-cü illərdə Azərbaycan üzərindən tranzit daşımaların həcmi 2,5 dəfədən çox artıb. Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, prezidentin köməkçisi Şahmar Mövsümov Bakıda keçirilən Gömrük-Biznes Forumunda bildirib.

O qeyd edib ki, beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın tranzit ölkə mövqeyini möhkəmləndirir, biznes subyektləri üçün əhəmiyyətli imkanlar yaradır: "Tranzit daşımalarının artımı Azərbaycanın Şimal-Cənub və Orta Dəhliz kimi dəhlizlərdəki mövqeyinin güclənməsi ilə əlaqədardır. Xüsusilə Orta Dəhliz vasitəsilə Çindən Avropaya yükdaşımaların səmərəliliyi artırılıb, tranzit müddəti 8-10 günə qədər azaldılıb. Bu nəticələr elektron xidmətlərin tətbiqində aparılan ardıcıl işlər hesabına əldə olunub. Elektron gömrük sisteminin istifadəsi nəticəsində əvvəllər günlərlə vaxt aparan əməliyyatlar indi bir neçə saat ərzində həyata keçirilir. Bu dəyişikliklər təkcə vaxt qazanmaq deyil, həm də iş mühitinin optimallaşdırılmasına və proseslərin daha şəffaf həyata keçirilməsinə töhfə verir. Həm tranzit müddətinin, həm də bəyannamələrin emalı müddətinin daha da azaldılması imkanları mövcuddur. Bu imkanları gömrük orqanları və biznes araşdırmalı və tətbiq etməlidir". Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 24 milyon 620,1 min ton, yük dövriyyəsi isə 9 milyon 905,5 milyon ton-km təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə çoxdur. Komitə onu da bildirir ki, bu ilin ilk 9 ayı ərzində Şərq-Qərb nəqliyyat dəhlizi ilə 12 milyon 765,3 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 7 milyon 22,9 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 4 milyon 552,6 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə 279,3 min ton yük daşınıb. Hazırda ölkəmiz qlobal ticarət və logistikada əsas oyunçulardan biri statusunu daşıyır. Lakin Azərbaycan əldə olunan nailiyyətlərlə kifayətlənmir, yeni uğurlara zəmin yaradan genişmiqyaslı fəaliyyətini davam etdirir. Beynəlxalq nəqliyyat mərkəzinə çevrilməyin ən mühüm üstünlüklərindən biri onun iqtisadi inkişafa verdiyi təkandır. Hava, dəniz limanları, dəmir və avtomobil yolları kimi infrastrukturun inkişafı iş yerlərinin artımına səbəb olmaqla yanaşı, investisiyaları stimullaşdırır. Bunu dünya təcrübəsi də təsdiq edir. Misal üçün, Sinqapur və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr dünya səviyyəli nəqliyyat şəbəkələri yaratmaqla iqtisadi güc mərkəzlərinə çevrilməyi bacarıblar. İndi bu yanaşma Azərbaycanda da uğurla tətbiq olunur. Beynəlxalq nəqliyyat qovşağı qlobal təchizat zəncirlərində kritik halqa rolunu oynayır. Effektiv, etibarlı tranzit variantları təklif etməklə Azərbaycan regional və qlobal ticarət üçün əvəzolunmaz rolun ifaçısına çevrilir. Bu hal təkcə ölkəmizin özünə fayda gətirmir, həm də ümumən regionda iqtisadi artıma təkan verir. Azərbaycanın yaratdığı tranzit imkanlarından qonşu Gürcüstanın əldə etdiyi dividendlər bunun real təzahürdür. Elə sözügedən kontekstdə belə hesab olunur ki, Ermənistan da artıq regionda digər istiqamətlərdə kommunikasiyaların bərpası, o cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliklərin icrasını tezləşdirməlidir. Zəngəzur dəhlizinin artıq dünya üçün əhəmiyyəti artır. Gələcəkdə Zəngəzur-Naxçıvan, Balakən-Gürcüstan, Qazax-İcevan istiqamətində dəmir yollarının istifadəsi balaca bir regionda bir yox, bir neçə çıxışın təmin edilməsi deməkdir. Bu, Şərq-Qərb dəhlizinin səmərəliliyini artırır.

Hazırda hadisələrin inkişaf axarı onu  göstərir ki, Avrasiyada baş verən geosiyasi proseslər fonunda Şərqlə Qərb arasında ənənəvi marşrutlarda yaranmış problemlər Azərbaycan ərazisindən keçən dəhlizlər üzrə tranzit yükdaşımaların həcmində bundan sonra da davamlı artıma səbəb olacaq. Xüsusən də Rusiya və Ukrayna arasındakı savaş burada öz sözünü deyr. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra tətbiq edilən sanksiyalar səbəbindən Moskva iqtisadi planda ixracını daha çox Çin və Hindistan hesabına həyata keçirir. Bu baxımdan Şimal-Cənub dəhlizi Rusiyanın həmin bazarlara çıxışını təmin edir. Rusiya Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu inşasının tezliklə başa çatdırılmasında maraqlıdır. Artıq yolun Qəzvin-Rəşt hissəsi istismara verilib, Rəşt-Astara hissəsində isə işlər davam edir. Rusiya bu yolun elektrik xətlərinin çəkilməsi ilə yanaşı, onun tikintisinin sürətləndirilməsi üçün yardım edir. Şimal-Cənub nəqliyyat dəhlizinə daxil olan bu yolla yüklər Rusiyadan Fars körfəzi ölkələrinə, Hindistana və digər Cənub-Şərqi Asiya ölkələrinə daşınacaq. Şimal-Cənub dəhlizinin fəaliyyətə başlaması Çinin də marağındadır. Bu ölkə də ABŞ-la yaranan gərginlikdən, ola biləcək sanksiyalardan yayınmaq üçün yeni marşruta maraq göstərir. Ümumiyyətlə, Çin dünyanın ən böyük istehsalçısı kimi bütün istiqamətlərdə yeni ixrac marşrutlarının fəaliyyətə başlamasına dəstək verir. Qeyd edilənlərlə yanaşı, Cənub-Qərb marşrutuna da mara qartır. O,  Fars körfəzi ilə Qara dəniz limanlarını əlaqələndirəcək. Bu baxımdan, İranın Azərbaycan üzərindən Gürcüstanın Qara dəniz limanlarına çıxışını təmin edəcək. Ermənistanla münasibətlərin normallaşması Fars körfəzindən gələn yüklərin qismən Naxçıvan, Ermənistan və Gürcüstan üzərindən daşınmasının təmini üçün şərait yaratmış olacaq. Bütün bunlar Azərbaycanın tranzit və logistka əhəmiyyətini yüksəldir. Elə o səbəbdən Azərbaycanla qeyd edilən istiqamətdə əməkdaşlığa maraq və diqqət artır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Qərbi Azərbaycanlıların qayıdışı MİLLİ İDEYADAN beynəlxalq platformaya çevrilir...

Qərbi azərbaycanlıların qayıdışı üçün səylər sürətləndirildi...

Azərbaycan, Türkiyə, ABŞ və Pakistan birgə hərbi təlimdə - Ermənistan niyə vahimələnib...

SON XƏBƏRLƏR

08.12.2025 / 18:57
ABŞ-ın yeni strategiyası - "Avropa çökür, Rusiya ilə müttəfiq olmalıyıq"...

08.12.2025 / 18:43
Qərbi Azərbaycanın mədəni irsinin bərpası gündəmə gətirildi...

08.12.2025 / 18:29
Putinlə Uitkoff Ukraynadan başqa 4 gizli sənədi də müzakirə ediblər...

08.12.2025 / 18:18
Prezident İlham Əliyevin Bratislavada rəsmi qarşılanma mərasimi olub - FOTO

08.12.2025 / 18:16
Qatil terrorçu Melkonyan hələ də İrəvanda “qəhrəman” sayılır - üstəlik “sülh” deyirlər...

08.12.2025 / 18:05
Trampın "söndürdüm" dediyi bütün müharibələr yenidən alovlanacaq, tək birindən başqa... çünki onu Tramp söndürməyib....

08.12.2025 / 17:56
“Tramp Ukraynanı satacaq” söhbətini Avropa liderləri məqsədli sızdırıblar...

08.12.2025 / 17:49
Prezident İlham Əliyev Slovakiyaya rəsmi səfər edib - FOTO

08.12.2025 / 17:43
Qərbi azərbaycanlılara qarşı törədilənlər beynəlxalq hüquqi qiymətini alacaq...

08.12.2025 / 17:29
Putin G7-lər klubuna qayıtmaqdan təəccüblü şəkildə imtina etdi...

08.12.2025 / 17:10
Rusiya Ukrayna sərhədində öz şəhərini bombaladı - yaralı və ciddi dağıntılar var…

08.12.2025 / 16:53
NATO Rusiya təyyarəsini vura bilər - Moskvaya xəbərdarlıq…

08.12.2025 / 16:50
Elm və Təhsil Nazirliyinin tabeliyindəki üç elmi istehsalat birliyi ləğv edildi

08.12.2025 / 16:36
Bakıda “Qızıl qaya” şadlıq evinin fəaliyyəti dayandırıldı

08.12.2025 / 16:23
Kommunal xidmətlərin Vahid İnformasiya Sistemi 2029-da istifadəyə veriləcək...

08.12.2025 / 16:10
Ermənidən betər bəla...

08.12.2025 / 16:08
Tramp Rusiya-Ukrayna məsələsində yenə məyus oldu - Putin sülh istəyir, Zelenski yox?...

08.12.2025 / 16:04
Azərbaycandan Ermənistana yanacağın ilk partiyası göndəriləcək

08.12.2025 / 15:52
Məmməd İbrahimli barəsində qərar qüvvədə saxlandı

08.12.2025 / 15:45
Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş sanballı əsər

08.12.2025 / 15:31
Rəşt-Astara dəmir yolunun tikintisinə gələn ildən başlanacaq...

08.12.2025 / 15:16
Bakıda İƏT Mədəniyyət Festivalının açılış mərasimi oldu

08.12.2025 / 15:09
Qərbi Azərbaycanlıların qayıdışı MİLLİ İDEYADAN beynəlxalq platformaya çevrilir...

08.12.2025 / 15:05
MEDİA “Fərdi jurnalist müsabiqəsi”nin nəticələrini açıqladı

08.12.2025 / 14:55
“Biz Gürcüstan azərbaycanlılarını maraqlandıran bir sual var” - Aygül İsayeva

08.12.2025 / 14:43
İki “ruh ekizi”, iki “təbii müttəfiq” - Abutalıb Səmədov yazır...

08.12.2025 / 14:28
Ədalət yer üzündə Allahın tərəzisidir

08.12.2025 / 14:14
Azərbaycan Qəzzaya kontingent göndərəcək? - Nazir məsələyə aydınlıq gətirdi...

08.12.2025 / 13:50
"İran və Azərbaycan arasında gediş-gəlişin artırılması nəzərdə tutulub" - Əraqçi

08.12.2025 / 13:41
Ağbənd-Kəlalə körpüsünün gələn ilin əvvəlində istifadəyə veriləcəyi gözlənilir

08.12.2025 / 13:14
Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü

08.12.2025 / 13:08
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı, iki nəfər saxlandı...

08.12.2025 / 12:51
Anar Zərdabinin heykəlinin köçürülməsini təklif etdi - "...restoranın qapıçısı kimi görünür"

08.12.2025 / 12:34
"Bakı İslam dünyasının yaradıcı ruhunu birləşdirən paytaxtlardan biri kimi çıxış edir" - İƏT-in Baş katibinin müavini

08.12.2025 / 12:24
Emin Əmrullayev dərslikləri tənqid etdi - "...müəlliflərin şəxsi yanaşmalarına əsasən hazırlanır"...

08.12.2025 / 12:16
Nazirlik Naxçıvanda “uşaq oğrusu” ilə bağlı yayılan görüntülərə aydınlıq gətirdi...

08.12.2025 / 12:07
Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin baş icraçı direktorunu qəbul etdi

08.12.2025 / 12:04
"General Makkininin səfəri Azərbaycanla müdafiə əməkdaşlığını möhkəmləndirdi" - ABŞ səfirliyi

08.12.2025 / 11:57
"Şagirdlərin üzərinə onların daşıya bilməyəcəyi qədər böyük gözləntilər qoyurlar" – Nazir

08.12.2025 / 11:35
Prezident Tofiq Bakıxanovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi

08.12.2025 / 11:28
Prezident İlham Əliyev Abbas Əraqçini qəbul etdi - FOTO

08.12.2025 / 11:07
"Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 81,4 faizə çatıb" - Şahmar Mövsümov

08.12.2025 / 10:46
3 ildə 1 ton 900 kq, 11 ayda 1 ton 600 kq - Komitə sədri narkotiklərlə bağlı rəqəmlər açıqladı...

08.12.2025 / 10:06
İki gün öncə itkin düşmüşdü, meyiti kanaldan tapıldı...

08.12.2025 / 10:01
"Əhalini təşvişə düşməməyə çağırırıq" - Müdafiə Nazirliyindən AÇIQLAMA

08.12.2025 / 09:20
Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa qar yağır - FAKTİKİ HAVA

08.12.2025 / 09:15
Bu gündən pullarınızı alacaqsınız - pensiyaçılara ŞAD XƏBƏR

08.12.2025 / 09:02
ABŞ 30-dan çox ölkənin vətəndaşlarına giriş qadağası qoyacaq

08.12.2025 / 08:41
Masazırda "BMW" yanıb, bir nəfər ölüb

07.12.2025 / 20:53
Suriyadan İsrailə "qırmızı xətt" xəbərdarlığı - bunsuz razılaşma mümkün deyil...

07.12.2025 / 20:20
Çernobılda təhlükəli vəziyyət - radiasiya sızmasına qarşı mühafizə qalxanı vuruldu…

07.12.2025 / 20:07
Abbas Araqçi Bakıya gəldi...

07.12.2025 / 18:44
HƏMAS şərtlərini açıqladı - bu halda silahlarımızı yerə qoymağa hazırıq…

07.12.2025 / 17:51
Trampın Ukrayna sülh planı iki məsələdə dalana dirəndi – Donetskin statusu və Zaporojye AES...

07.12.2025 / 17:18
Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər - FOTO

07.12.2025 / 16:38
Orban Avropa Birliyinin Rusiya ilə müharibəyə hazırlaşdığını iddia etdi - 2030-cu ilə qədər…

07.12.2025 / 14:23
"Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanılıb" - Prezident

07.12.2025 / 13:53
Avtoyuma məntəqəsi və un məmulatı sexindən oğurluq edən şəxslər saxlandı

07.12.2025 / 13:27
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib - FOTO

07.12.2025 / 13:18
Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər

07.12.2025 / 12:45
Mingəçevirdə körpəsini binanın zirzəmisinə atan "ana" saxlandı

07.12.2025 / 12:30
Ukrayna ordusu Dnepropetrovskda bir kəndi ruslardan azad etdi

07.12.2025 / 12:17
"Xalqlarımızı sülhə hazırlamalıyıq" - Hikmət Hacıyev

07.12.2025 / 11:50
Biləsuvarda kanala düşən “Lexus”da ölən 5 nəfərdən ikisi qardaşdır...

07.12.2025 / 11:33
"Tarixi Vaşinqton razılaşması Cənubi Qafqaz regionunu tamamilə dəyişəcək" - Prezidentin köməkçisi

07.12.2025 / 10:52
Nəsimidə avtomobildən külli miqdarda pul oğurlandı

07.12.2025 / 10:31
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının rəhbəri ilə görüşüb

07.12.2025 / 09:44
İranın xarici işlər naziri Azərbaycana gəlir

07.12.2025 / 08:48
Ərəblər bu futbolçuya "elçi" düşüblər - ilinə 30 milyon avro maaş!

06.12.2025 / 22:50
Dublin səmasında Zelenskinin təyyarəsinə dörd hərbi dronla sui-qəsd cəhdi...

06.12.2025 / 22:28
Hikmət Hacıyev: "Amerikalı dostlarımız dürüst vasitəçi oldular"...

06.12.2025 / 21:54
Tramp NATO-nun müdafiə xərclərinin böyük hissəsini onların üzərinə qoymaq istəyir - ABŞ-dan Avropaya tələb…

06.12.2025 / 21:18
Hindistanın baş naziri Putinə rusca "Bhaqavat Qita" bağışladı...

06.12.2025 / 20:11
Köçəryandan ağ yalan - "Kivestdə “Arsaxın” Ermənistana birləşdirilməsinə imza atmaq üzrə idik"...

06.12.2025 / 19:49
“Euroclear” Rusiyanın dondurulmuş milyardlarına göz dikən Avrokomissiya planını rədd etdi - verməyəcəyik..

06.12.2025 / 19:32
Azərbaycan və Ermənistan sərhədçiləri avtomatlarının patronlarını çıxardılar...

06.12.2025 / 18:43
Söküləcək “Baksol” bazar sahibkarlarının təklifi rədd edildi, “Dərnəgül” bazarı isə…

06.12.2025 / 17:58
BMT-nin iştirakı ilə Qərbi azərbaycanlılar Ermənistana qaytarılır... Kurs başladı...

06.12.2025 / 17:25
Trampın Ukrayna sülh layihəsini 4 hissəyə parçaladılar...

06.12.2025 / 16:56
Yunan hökumətindən qeyri-insani addım - Suriya qaçqınlarını dənizdə xilas edənlərə cinayət işi açıldı...

06.12.2025 / 16:33
Rusiya cəmiyyətinin Putinə sualları böyük sirri açdı...

Regional yol infrastrukturlarının inkişafında müstəsna əhəmiyyətli maliyyə mənbəyi...

XƏBƏR ARXİVİ