Paşinyan Putinlə görüşmək üçün Aİİ sammitini Piterə salmışdı, Putin isə imtina etdi...
O zamana qədər bu iki lider bir-biri ilə jestlərlə dialoq aparacaq
Dekabeın 13-də Ermənistan Baş naziri Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Moskvaya səfər edib. Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyanla təkbətək görüşməyib.
Paşinyan Aİİ-nin iclasını Sankt-Peterburqa salmaqla ümid edirdi ki, Putinlə görüşəcək. Ancaq Putin onu saymadı.
Aİİ-nin nizamnaməsinə görə, hansı dövlət sədr olursa iclas onun ölkəsində keçirilməlidir. Paşinyan bəhanə eləmişdi ki, biz Lukaşenkonun İrəvanda görmək istəmirik və iclas Rusiyada keçirilsin. Baş nazir demisdi ki, səxsən mən sammitin Ermənistanda keçirilməsini yersiz hesab edirəm, çünki Aİİ-nin Ali İqtisadi Şurasının bütün üzvləri Ermənistan Respublikası üçün arzuolunan deyil. Necə olur ki, Luksşenko 2020-ci ildə "D-20" zenit-artilleriya qurğuları vərəndə yaxşı idi, indi bir kəlməyə görə pis oldu? Bu sadəcə bəhanədir, əslində Rusiyanın liderlik etdiyi bir qurumun iclasının İrəvanda keçirilməsini Avropa istəmir.
Putin də Paşinyanı saymayaraq, onunla təkbətək görüş keçirmədi.
Putinlə Paşinyanın bir-biri ilə belə jestlərlə "dialoqu" nə vaxta qədər davam edəcək?
Məlum olduğu kimi, artıq 2020-ci ildən sonra, guya 44 günluk müharibədə passivlik nümayiş etdirdiyinə görə, Ermənistanla Rusiya arasında münasibətlər pisləşdi. Amma buna qədər də hiss edilirdi ki, Sem dayının dəstəyi ilə hakimiyyətə gələn Paşinyan Rusiya ilə əməkdaşlıqdan məmnun deyil. Çünki o, hakimiyyətə gələndə ölkənin inkişaf yönünü Rusiyadan Qərbə doğru çevirəcəyi barədə öhdəlik götürmüşdü. Lakin hakimiyyətinin ilk illərində müxalifət güclü olduğundan o bunu açıq şəkildə etiraf etməyə qorxurdu. 44 günluk müharibə isə ona bir bəhanə oldu ki, Rusiya bizi satdı. Həmin dövrdən etibarən proses davam edir.
Rusiya sərhədciləri Zvartnots hava limanından çıxarıldı, indi isə rus sərhədçiləri Ermənistanla İran arasındakı "Aqarak" sərhəd-keçid məntəqəsini tərk etməyə hazırlaşır. Bunun ardınca Paşinyan rus sərhədçilərinin digər ərazilərdən çıxması və Gümrüdəki 102 sayli Rusiya bazasının boşaldılması məsələsini qoyacaq.
Lakin Ermənistan və Qərb Rusiyadan qorxduğu üçun prosesleri mümkun qədər uzadır və yumşaltmağa çalışır.
Digər tərəfdən, Qərb hələ Ermənistanın iqtisadi ehtiyaclarını tam ödəyə bilmir. Ona görə də onun Rusiya ilə ticarət əlaqələrinin inkisafina qadağa qoymur, əksinə, ona şərait yaradır.
Ötən il Rusiya ilə Ermənistanın ticarət dövriyyəsi 2 dəfədən çox artaraq 7 milyard dollara çatıb. Bu il isə həmin rəqəm 16 milyard dollara çata bilər. Qərb Ermənistanın iqtisadi gəlirləri naminə, hətta öz siyasi mənafelərindən belə vaz keçir. Belə ki, Ermənistan Ukrayna müharibəsində istifadə edilən silahlar üçün Rusiyaya Avropadan və ərəb ölkələrindən idxal etdiyi çipi satir. Hazırda Ermənistan dünyada çıp satan dördüncu ölkədir. Bu dövriyyənin həcmi təxminən 6 milyard dollardır.
Ermənistan Rusiyada istehsal edilən qiymətli metalları və daş-qaşları dunyaya satir və bundan külli miqdarda gəlir götürür. Rusiyanin qiymətli metallar və minerallarının satışına Qərb məhz buna gorə sanksiya qoymur.
Eyni zamanda, Ermənistan iqtisafiyyatınin 80 faizindən çoxu Rusiyanın is adamlarının və Rusiya yönümlu erməni iş adamlarının əlindədir. Ona görə də Paşinyan Qərb investisiyasının ölkəyə gətrilməsinə can atır ki, bu balansi avropalı iş adamlarının hesabına dəyişsin. Amma hələ mümkun olmur.
Belə bir şəraitdə Paşinyan Rusiyanı nə uda, nə də qaytara bilir. Bu səbəbdən də, Qərbin tələblərinə uyğun olaraq Paşinyan Rusiyadan qopmaq istəyini KTMT-də üzvlüyünu dondurmaqla, Aİİ-nin toplantısının İrəvanda keçirlməsindən müxtəlif bəhanələrlə yayınmaqla ifadə edir. O biri tərəfdən isə, həm MDB-də, həm də Aİİ-də aktiv şəkildə iştirak edir. Hələ Paşinyan Putinə təklif verir ki, Aİİ cərçivəsində enerji bazarı yarat, bizə ucuz neft-qaz sat.
Bütün baş verənlərin fonunda hesab edirik ki, Rusiya-Ermənistan münasibətlərinin finalı Ukrayna müharibəsinin taleyindən daha çöx asılı olacaq. Tramp söz verdiyi kimi muharibəni dayandira bilsə, Rusiyanı ölümdən xilas etmiş olacaq. Bundan sonra isə Rusiya yenidən Ermənistanı öz ağuşuna alacaq, Qərb bu məsələdə "oyundankənar vəziyyət"də qalacaq. Lakin müharibə dayanmasa, bu, Rusiyanin sonunu gətirəcək və Moskvanın Ermənistanı belə özünə tabe etməyə gücü çatmayacaq. Amma ikinci versiyanin reallaşması üçün bir necə il zamana ehtiyac duyulacaq. O zamana qədər isə bu iki lider bir-biri ilə jestlərlə dialoq aparacaq. Putinə görüş lazım olanda Paşinyan, Paşinyana lazım olanda isə Putin yayınacaq.
Akif NƏSİRLİ