Paşinyanı devirməyə çağıran keçmiş deputat tutuldu
Ermənistanda daha bir səs-küylü həbs baş verib. Ermənistan mətbuatının yazdığına görə, parlamentinin keçmiş üzvü Araqas Axoyan saxlanılıb. Bildirilir ki, o, sosial şəbəkə səhifəsində zorakılığa çağırışa material yerləşdirib. Keçmiş deputat Nikol Paşinyanı devirmək çağırışları da edib. Buna görə də hüquq-mühafiqə orqanları tərəfindən saxlanılıb.
Qeyd edək ki, o, 2021-ci il yanvarın 28-də İrəvandakı “Respublika” meydanında baş nazir Nikol Paşinyanın istefasını tələb edənlərdən olub. Onda Axoyan bir neçə nəfərlə birlikdə hökumət binasını ələ keçirməyə cəhd göstərmişdi.
Araqas Axoyan 2010-2012-ci illərdə Qagik Sarukyan və Robert Koçaryanın təsis etdiyi "Çiçəklənən Ermənistan" Partiyasından deputat olub.
Mətləb