Hamid Safari Bakıda qanunsuz pul köçürmələrə görə həbs edildi...
Paytaxtın Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan Safari Hamid Ghafour adlı xarici ölkə vətəndaşının cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilib.
Trend-in əldə etdiyi məlumata görə, Safari Hamidin hansı cinayət məsuliyyəti üzrə həbs edildiyi məlum olub. O, dövlət qeydiyyatından gizli qanunsuz beynəlxalq pul köçürmələrinin təşkili ilə bağlı aparılan araşdırmalar çərçivəsində saxlanıldığı müəyyən edilib.
Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-1-ci maddəsində nəzərdə tutulan və digər cinayət əməllərini törətməyə görə məsuliyyətə cəlb edilmiş Hamid Safari milyonlarla manat dəyərində ümumilikdə 1.379 gizli valyuta köçürmə əməliyyatlarını təşkil etməkdə ittiham edilir.
Əlavə edək ki, qeyd olunan kölgə iqtisadiyyat şəbəkəsi vasitəsilə Azərbaycana keçirilmiş həmin pul vəsaitlərinin çatdırıldığı şəxslər sırasında başqa şəxslər, habelə müxtəlif radikal ekstremist yönümlü qruplar da olub. Onların arasında müxtəlif cinayətlərə görə məsuliyyətə cəlb edilmiş şəxslərin adları da var.