ATƏT/DTİHB missiyasının rəhbəri: "Azərbaycan tərəfi də bizi çox gözəl qarşıladı"
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək müşahidə missiyası fəaliyyətə başlayıb. Bu barədə ATƏT/DTİHB missiyasının rəhbəri İoğan Mörfi Bakıda keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müşahidə missiyasına ATƏT-ə üzv olan 9 ölkədən 11 beynəlxalq ekspert, seçki günü seçki prosesini müşahidə edəcək qısamüddətli missiyanın 280 üzvü və yanvarın 3-də ölkəyə gələcək uzunmüddətli missiyanın 26 üzvü daxildir: “Bizim vəzifəmiz yalnız seçki prosesini izləməkdir. Seçki gününə iki həftə qalmış aralıq hesabatı təqdim edəcəyik. Seçkilərdən bir gün sonra, yəni fevralın 8-də müşahidəmizin nəticələrinə əsasən mətbuat konfransı keçirəcəyik”.
"Biz artıq Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşdük və komandamızı təqdim etdik. Öz növbəsində Azərbaycan tərəfi də bizi çox gözəl qarşıladı", - o bildirib. Missiya rəhbəri vurğulayıb ki, ATƏT indiyə qədər Azərbaycanda seçkiləri 12 dəfə müşahidə edib: “Sonuncu dəfə 2020-ci ildə keçirilmiş parlament seçkilərini müşahidə etmişik”.
Mətləb