Qondarma "DQR" buraxıldı, qondarma "Arsax Yeparxiyası" hələ də təxribatla məşquldur...
Əslində qondarma " DQR"- lə yanaşı , "Arsax yeparxiyası" deyilən qurum da illər boyu Katolikosun rəhbərliyi altında Azərbaycana qarşı separatçılıq cinayətinin başında durublar."DQR" buraxıldısa, qondarma " Arsax yeparxiyası " da buraxılmalıdır.Çünki əks halda Ermənistanda separatizm və revanşizm yaşadılacaq.Yeparxiya buraxılmadan Ermənistanla sülhü necə bağlamaq olar?! Bu yeparxiya erməni Eçmiədzin kilsəsinin cinayətkar separatçı uzantısı deyilmi?!
Bu günlərdə Yerevanda " Müqəddəs Troitsa" ( onun müqəddəsliyi nədir, bilinmir) kilsəsinin zalında Qarabağdan olan 60 erməni uşaqla görüş keçirilib.Bu uşaqlara " yetim görkəmi" verərək dünyaya hay salmaq istəyiblər.Tədbirdə ən aqressiv mövqe sərgiləyənlərdən biri qondarma Arsax yeparxiyasının yepiskopu Vartanes Abramyan olub .Vartanes çağırış edib ki, " Arsax erməniləri Ermənistandan getməsinlər( demək, qarabağlı ermənilər oradan da qaçırlar), qalsınlar, birlikdə qalib kimi Arsaxa qayıdacağıq"...
Hansı qələbədən danışılır? Heç şübhə yoxdur ki, qondarma " Arsax yeparxiyası" hələ də separatizmin və revanşın əsas ideoloji kürsülərindən biri olaraq qalır.
Nahid Salayev